Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


Təlimin təşkili və ona verilən tələblər



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə25/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   21   22   23   24   25   26   27   28   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
3.2.Təlimin təşkili və ona verilən tələblər 
Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin mərkəzində dayanan tərbiyəçi-
müəllim və uşaqların funksiyaları dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş 
nəticələrə əsasən qurulur. Tərbiyəçi-müəllim təlim prosesində yeni texnologiyaların 
içərisindən ən münasibini seçir. Bu texnologiyaların müəyyən olunmasında tərbiyəçi-müəllim 
və uşaq şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt – subyekt” 
formuluna uyğun qurulur. Bu zaman uşaqlar öz təfəkkürünün, düşüncəsinin, tərbiyəçi-
müəllimlər isə uşağın inkişafı üçün şəraitin təşkilatçısı olur. Tərbiyəçi-müəllimlərin rəhbərlik 
funksiyası dəyişir, informasiya vermək sahəsindəki fəaliyyəti məhdudlaşır. O daha çox qrup 
şəraitində təlim fəaliyyətini əlaqələndirən, istiqamətləndirən məsləhətçi kimi uşaqların 
müstəqil idraki fəaliyyətini, yaradıcılığını təşkil edən subyektə çevrilir, uşaqlar isə müstəqil 
axtarışlar aparmağa, yaradıcı fəaliyyət göstərməyə sövq edilir. Uşaqların fiziki inkişafına, 
sağlamlığına kömək etmək üçün aşağıdakı strategiyalar çox mühümdür. Bunlar hər bir uşağın 


21 
unikal ehtiyaclarını təmin etmək, fiziki inkişafına kömək göstərmək baxımından əhəmiyyət 
daşıyır:
• hər bir uşağın sağlamlığı və təhlükəsizliyi üçün şəraitin yaradılması;
• uşaqların tibbi müayinə ilə təmin olunması;
• uşaqların optimal inkişafını artıran qidalanmanın təmin olunması;
• uşaqların sağlamlığını və fəal hərəkətlərini artıran gündəlik şəraitin yaradılması;
• materialların bütün uşaqlar üçün asanlıqla əlçatan (hündürlük, ölçü, yerləşdirilmə) olması;
• məşğələlərin, açıq havada nəğməli, hərəkətli oyunların, mahnı oxunmasının, rəqs və 
mədəni vərdişlərin aşılanması baxımından digər spesifik fəaliyyətlərin uşaqların gündəlik 
rejimlərinə daxil edilməsi;
• fiziki xüsusiyyətlər və eləcə də fərdi üstünlüklər haqqında müzakirələrin aparılması;
• risk faktorları və uşaqların hüquqlarının pozulması, onlara qarşı zorakılıq hallarının 
qarşısının alınması.
Uşaqların sosial və emosional inkişafı onların böyüdüyü mühit və öyrəndiyi kontekstlərlə, 
mədəni vərdişlər və münasibətlərlə bağlı olduğu üçün valideynlər və tərbiyəçi-müəllimlər 
uşaqların sosial və emosional inkişafının formalaşmasında əsas rol oynayırlar.
Aşağıdakı yanaşmalar hər bir uşağın öz unikal ehtiyaclarını ödəyən təcrübələr əldə 
etməsinə kömək edəcək:
• uşaqlara qarşı həssas, məsuliyyətli və qayğıkeş olmaq;
• uşaqlara öz emosiyalarını başa düşmək və idarə etməkdə kömək etmək;
• 
müxtəlifliyi bildirən, mədəni davranış baxımından münasib fəaliyyətlər, təcrübə və materiallar 
toplusundan istifadə etmək;
• ailə mədəniyyətinin qəbul edilməsinə, yüksək qiymətləndirilməsinə və maarifləndirilməsinə 
dəstək vermək və ailələrlə əməkdaşlıq qurmaq;
• insanlara qayğı və hörmətlə yanaşan, mənfi rəylərdən uzaq olan azad mühit yaratmaq;
• qarşılıqlı münasibətlər qurmaq üçün davamlı şərait təşkil etmək;
• uşaqların nəyi bildiyinə və nəyi yaxşı bacardığına əsaslanmaq;
• münaqişənin və problemlərin həlli bacarıqlarının modelini yaratmaq və uşaqlara öyrətmək.
• təlim prosesinin uşağa yönəlməsini, yəni uşağın maraq, ehtiyac, inkişaf səviyyəsi, imkanları, 
ailə mədəniyyəti və s. nəzərə almaq.
Hər bir uşaq özünün fiziki və sosial dünyasında müxtəlif yollarla ümumi biliklər əldə edir. 
Mahiyyət etibarilə, hər bir uşaq özünün ünsiyyəti, dili, intellektual düşüncəsi və zəruri həyati 
bacarıqlarının inkişaf etdirilməsinə kömək üçün ətrafdakıların dəstəyinə ehtiyac duyur. İdrakın 
inkişafına kömək etmək üçün aşağıdakı strategiyaların nəzərə alınması tövsiyə olunur:
• uşaqların gündəlik həyati bacarıqlara yiyələnmələri üçün şəraitin yaradılması;
• öyrətmə və öyrənmə strategiyalarının (məsələn, nəğməli oyunlar, musiqi və hərəkətləri 
idraki inkişafla əlaqələndirmək) birləşdirilməsi;
• mürəkkəb tapşırıqların daha kiçik hissələrə bölünməsi ilə sadələşdirilməsi;
• gün ərzində uşaqların müxtəlif fəaliyyətlərə və çevik rejimlərə cəlb edilməsi;
• öyrənmə üçün praktiki və sensor (məsələn, öyrənmə, görmə, dadına baxma, iyləmə və 
manipulyasiya etmə) təcrübənin təmin edilməsi;
• təlimin uşaqların müxtəlif qabiliyyətlər və öyrənmə yolları ilə uzlaşdırılması.


22 
1-3 yaş
dövrünü əhatə edən erkən dövr daha spesifikdir. Erkən yaş dövrünün təlimi uşaqların tez-
tez sual verməsi, tədqiq etməsi və onları əhatə edən aləm haqqında maraqlanması və öyrənməsi 
zamanı daha əhəmiyyətlidir. Çünki bu zaman öyrənməyə dair onlarda elə münasibətlər formalaşır 
ki, bu münasibətlər həyatı boyu onlarla birgə qalır.
Uşaqların hərtərəfli inkişafı, sağlamlığının möhkəmləndirilməsi üçün aşağıdakı strategiyalar çox 
böyük əhəmiyyət kəsb edir. Bunların nəzərə alınması hər bir uşağın unikal ehtiyaclarının təmin 
edilməsi, fiziki inkişafına kömək göstərilməsi baxımından zəruridir: 

Böyüklərin nəzarəti və rəhbərliyi təmin edilməklə hər bir uşağın sağlamlığı və təhlükəsizliyi 
üçün şəraitin yaradılması; 

Uşaqların optimal inkişafını artıran ərzaqların qəbul edilməsinin təmin olunması; 

Uşaqların fiziki sağlamlığı, inkişafı və rifahı sahəsində tibbi və inkişaf üzrə ekspertlərdən 
məsləhət alınması; 

Uşaqların sağlamlığına xidmət edən gündəlik imkanların yaradılması; 

Uşaqların fiziki hərəkətlərini məhdudlaşdırmayan, fiziki fəaliyyətlərini təmin etmək üçün həm 
müəssisə daxilində, həm də xaricində təhlükəsizliyinin təmin edilməsi; 

Uşaqların tibbi müayinə ilə təmin olunması. 
Uşaqların 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin