30
uşağın böyüklərlə əşyalarla birgə fəaliyyətində sensor-perseptiv proseslərin və kiçik motorikanın
aktiv istifadəsi ilə inkişaf edir.
Diqqət, yaddaş, təxəyyül, təfəkkür və nitqin inkişafı aşagıdakı hallarda baş verir:
-əşyalarla fəaliyyət prosesində praktik vəzifələrin yerinə yetirilməsində;
-əşyalar arasında sadə əlaqələrin müəyyən edilməsi və istifadəsində;
-ümumiləşdirmə bacarığının formalaşdırılmasında;
-maraq və emosiyaların təsiri ilə təxəyyülün stimullaşdırılmasında.
Uşaq təlim prosesində fəaliyyətdə olaraq öyrənir və dərketmə üsullarını təkmilləşdirərək
ətraf aləmi dərk edir. Zəngin və rəngarəng əşya mühiti uşağı müxtəlif
istiqamətlərdə hərəkət
etməyə, əşyalardan istifadəyə stimullaşdırır, onun hissi təcrübəsinin zənginləşməsinə və inkişafına
təsir edir. Buna görə də onlar imkan daxilində müxtəlif materiallardan (taxta, plastmas, metal,
parça, rezin, dəri və s.) hazırlanmalıdır. Bunlar müxtəlif ölçüdə, görkəmdə, rəngdə olmalı, səsləri
fərqlənməli, müxtəlif hərəkət növlərini stimullaşdırmalıdırlar. Oyuncaqlar öz məzmununda
hərəkətin məqsədini ifadə edir və bu məqsədə çatmaq üçün necə hərəkət etmək lazım
olduğunu
uşağa diktə edir. Belə ki, qrupda müvafiq hərəkətləri yerinə yetirmək üçün əşya və oyuncaqların
olması zəruridir: piramida, kubiklər, tikinti materialları; həyətdə
qumla oynamaq üçün balaca
vedrə, bel, araba, dırmıx və s.; atıb-tutmaq və diyirlətmək üçün toplar, maşınlar; uşaqların
biləklərini və barmaqlarını inkişaf etdirmək üçün iplər və lentlər, düymələr;
stolüstü oyunlardan
qurğular (mozaika, kubik) məişət əşyalarını imitasiya edən oyuncaqların olması vacibdir.
İki yaşlı uşaqlar
Dostları ilə paylaş: