musiqiyə, bədii sözə qarşı çox həssas olurlar. Onlar böyük məmnuniyyətlə
sadə nağılları, mahnıları dinləyir, böyüklər oxuyarkən onlara qoşulur, özü sevdiyi mahnını oxuyur
və rəqs edir. Ritmə, intonasiyaya, şeirlərin ahənginə həssaslıq artır. Hərəkətləri müsiqiyə uyğun
uzlaşdırmaq qabiliyyəti yüksəlir, musiqi sədaları altında elementar ritmik və müxtəlif hərəkətlər
yaranır. Bu dövrdə bədii fəaliyyət üçün zəmin formalaşır, onu mənimsəməyin ilkin cəhdləri
müşahidə edilir (maşın çəkəcəyəm). Sadalanan bütün keyfiyyətlər uşaqları yeni inkişaf dövrünə
hazırlayır.
Məktəbəqədər yaşlı uşağın fiziki və pisixi inkişafını təmin edən coxsaylı şərtlər arasında gün
rejimi xüsusi yer tutur. Uşaq bağçalarında gün rejimi –uşaqların yuxu, qida qəbulu, sağlamlaşdırıcı
və gigienik prosedurların, məşğələlərin və uşaqların müstəqil fəaliyyətinin bölüşdürülməsi
sistemidir. Yemək, yuxu, oyun və təlim fəaliyyətinin bilavasitə təşkilinin daimi vaxtı-
uşağın
düzgün inkişafı və tərbiyəsi üçün mühüm şərtdir. Çünki, bundan uşağın həm sağlamlığı, həm də
gümrah, şən, xoş əhvali-ruhiyyəsi asılıdır.
Uşaq bağçasında uşaqların aktiv fəaliyyəti adətən müxtəlif fəaliyyət növlərindən yaranır ki,
bunların da əsasını məşğələlər, müxtəlif əmək növləri, müstəqil hərəkət, hərəkətli idman oyunları,
əyləncələr, səhər gimnastikası, fiziki mədəniyyət məşğələləri, müstəqil fəaliyyət, həmçinin gəzinti
təşkil edir.
Rejimə verilən əsas tələblər- fəaliyyət növlərinin digəri ilə həm vaxta görə, həm də düzgün
növbələşməsinin dəqiqliyinə əməl edilməsidir.
Rejimə düzgün əməl edilməsi nəticəsində orqanizm sanki qarşıdakı fəaliyyətlərə uğurla
hazır olur və gün ərzində yaxşı iş qabiliyyəti nümayiş etdirərək, onları artıq enerji və gərginlik sərf
etmədən sistemli şəkildə həyata keçirir. Gün rejiminə alışmış uşaqlar nizam-intizamları,
əməksevərlikləri, yaşlılar və yaşıdları ilə ünsiyyət yaratmaları, xoş əhvali-ruhiyyələri, davranışları
ilə seçilirlər. Belə uşaqlar adətən fəal və iştahalı olurlar ki, bütün bunlar da uşağın sağlamlığının
və düzgün inkişafının göstəriciləridir.