Aralarında ekran olmaqla yastı paralel səthlər arasında şüalanma ilə istilik mübadilə.
Texnikada bir çox hallarda cisimlərin şüalandırdığı istiliyin təsirinin azalması tələb olunur. Bundan ötrü ekranlardan istifadə olunur.
Ekran vəzifəsində kiçik şüaudma və böyük şüaəksetmə əmsalına malik olan nazik metal lövhələdən istifadə olunur.
Baxdığımız məsələdə q12=Enət tapmaq lazımdır. Yaza bilərik ki,
Və ya
Toplasaq alarıq ki,
Qərarlaşmış rejimdə
Odur ki,
Buradan
MÜHAZİRƏ 14.
Buxar və qazların şüalandırması.
Əsas xüsusiyyətlər.
Üç və çoxatomlu qazlar enerjini həm şüalandırıb, həm də uda bilirlər. Bu cür qazlar yanacağın yanma məhsulunda da var. Məsələn, CO2; H2O; azacıq SO4 də ola bilər. Qazan qurğularının istilik hesabatında ən əsas məsələlərdən biri həmin qazların qaralıq dərəcəsi haqqında məlumatın əldə olunmasıdır. Həmin məsələnin həllində nəzərə alınmalıdır ki, bu növ qazların şüalanması həm seleksiya , həm də həcmi xarakter daşıyır.
λ
Qrafikdən göründüyü kimi, mütləq qara cisimlər (1əyrisi) və boz cisimlər (2 əyrisi) enerjini dalğa uzunluğunun bütün diapazonunda şüalandırır. Buxar və qazlar isə dalğa uzunluğunun yalnız müəyyən ( 1, 2, və s.) diapazonunda enerjini şüalandırır və udur. Belə şüalanma selektiv adlanır. Temperatur artdıqca da artır.
Bildiyimiz kimi mütləq qara cisimlər Stefan – Bolsman qanununa tabedir
Boz cisimlər üçün bu qanun aşağıdakı şəkildə tədbiq olunur
Qazlar üçün isə yaza bilərik
Qeyd etmək lazımdr ki, yazdığımız ifadə heçdə Stefan – Bolsman qanunu deyil, yalnız əlverişli şəkildə yazılmış ifadədir. Burada - qazların həcmi və selektiv şüalanmasını nəzərə alan əmsaldır.
Buqer qanunu.
Qazların enerji şüalandırdığının həcmi xarakteri Buqer qanunu ilə ifadə olunur. Bərk cisimlərdə molekul və atomlar olduqca sıx bir sistem təşkil edir, odur ki bu cisimlərdə enerjinin şüalandırılması və udulması səthin nazik təbəqəsində baş verir. Bununla əlaqədar olaraq bərk cisimlər üçün səthi şüalanma anlayışından istifadə olunur. Buxar və qazlarda molekul və atomlar arasnda məsafə daha böyükdür, ona görə də şüalandırma və şüanın udulması bütün həcmdə baş verir.
Fərz edək ki, yarımməhdudlaşdırılmış həcmdə qaz vardır. Tutaq ki, həmin qaz qatına düşən şüaların intensivliyi - dır. Qaz təbəqəsindən keçərkən, enerjinin bir hissəsi həmin təbəqədə udulur. Təbəqədən keçdikdən sonra şüanın intensivliyi Iλ,l–yə qədər düşür. Sonsuz kiçik dl məsafədən keçərkən, şüanın intensivliyi qədər düşür. Həmin dəyişmə şüanın intensivliyinə mütənasibdir.
Burada α1 – şüanın zəifləmə əmsalı və yada cismin spektral şüaudma qabiliyyətidir. Bu əmsal cismin fiziki (t və p) xassələrindən və dalğa uzunluğundan asılıdır:
İnteqrallayaraq alırıq ki,
“c” sabitinin qiymətini sərhəd şərtlərindən təyin edirik.
l=0 olduqda , odur ki, c=ln
onda
Nəhayət
Aldığımız ifadə Buger qanunu adlanır. Bu qanundan göründüyü kimi , şüanın spektral intensivliyi şüanın zəifləmə əmsalı və qaz təbəqəsinin qalınlığından asılıdır.
olduqda , yəni şüa enerjisi bütövlüklə qaz təbəqəsində udulur. (qara şüalandırma)
Dostları ilə paylaş: |