Azərbaycan respublikasi təHSİl naziRLİYİ аzərbaycan texniKİ universiteti “Hİdravlika və İSTİLİk texnikasi” kafedrası



Yüklə 1,56 Mb.
səhifə68/74
tarix02.01.2022
ölçüsü1,56 Mb.
#36080
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   74
istilik texnikasi mühazirə

MÜHAZİRƏ 15.
İstilikmübadilə aparatları.
İstilikmübadilə aparatlarından texnikada və məişətdə geniş istifadə olunur.

İstilikdəyişdirici aparat elə qurğuya deyilir ki, o istiliyi bir cisimdən digərinə verir. İsti­lik­də­yiş­dirici aparatlardan müxtəlif istilik prosesləri baş verə bilər: temperaturun dəyişməsi, buxarlanma, qaynama, kondensasiya, ərimə, bərkimə və nəhayət, daha mürəkkəb kombinə edilmiş proseslər. Bu proseslərdə iştirak edən cisimlərin miqdarı iki və daha çox ola bilər. Məsələn: istilik ya bir cisimdən bir neçə cismə və yaxud da əksinə keçə bilər. Prosesdə iştirak edən, istiliyi verən və qəbul edən cisim istilik daşıyıcısı adlanır (isidən və isidilən, qızdıran və qızan cisimlər).

İstilikdəyişdirici aparatlar bütün sənaye sahələrində, o cümlədən, istilik-güc təsərrüfatə sayə­sin­də ən geniş yayılmışdır. İşlədilmə oblastından asılı olaraq istilikdəyişdirici aparatları qızdırıcılar, kondensatorlar, buxarlandırıcılar, buxar əmələ gətiricilər və s. adlandırıla bilər.

İş prinsipinə görə istilikdəyişdirici aparatları iki cür olur: səthli və qarışdırıcı.

Səthli istilikdəyişdiricilərdə istilikdaşıyıcıları bir-birindən bərk istilik keçirən divarlara ayrıl­mış­lar ki, onlar arasında istilik mübadiləsi bilavasitə həmin divarlarla olur. Həmin bu istilik mübadi­lə­sində iştirak edən divarların səthinə qızdırıcı səth deyilir.

Öz-özlüyündə səthli istilikdəyişdiricilər rekuperativ və regenativ olmaqla iki yerə bölülünürlər.

Əgər istilik mübadiləsi istilikdaşıyıcıları arasında bərk səthlər vasitəsilə baş verirsə, belə isti­lik mübadiləsi aparatlarına rekuperativ istilikdəyişdiriciləri deyilir. Belə ki, bu cür aparatlarda istilik­keçirici divarların hər biri nöqtəsində istilik seli öz istilik qamətini sabit saxlayır.

Əgər istilik daşıyıcısı vaxtaşırı eyni bir qızdırıcı səthlə təmasda olursa, belə istilikdəyişdirici apa­ratlara regenerativ istilikdəyişdiriciləri deyilir. Belə ki, burada səth istilikdaşıyıcıların biri ilə təmas­da olduqda (səth yuyulduqda) ondan istiliyi alır özündə saxlayır, yəni akumilə edir, digər istilik daşıyıcısı ilə görüşdükdə ona ötürür. Burada istilik selinin istiqaməti daimə bir-birinə əks olunur.

Ümumiyyətlə, əksər rekuperativ istilikdəyişdirici aparatlarda, istiliyin bir istilik daşıyıcısın­dan digərinə ötürülməsi fasiləsiz baş verir. Odur ki, bu tip aparatlar fasiləsiz işləyən aparatlar sıra­sı­na daxil olur.

Əgər rekuperativ istilikdəyişdirici aparatlarda istilikdaşıyıcının dövrü olaraq qızması və so­yu­ması baş verirsə, belə aparat fasiləli işləyən aparat sırasına daxil olur.

Regenerativ istilikdəyişdiricilərinin isə əksəriyyəti dövrü olur, çünki müxtəlif istilik­daşı­yı­cı­ları müxtəlif vaxtlatda aparat daxil olur.

Qarışdırıcı tip istilikdəyişdiricilərində isə istilik kütlə mübadiləsi bilavasitə istilikdaşıyıcının kontakt olunması (qarışması) vasitəsilə aparılır. Məsələn: maye və qaz şəkilli istilikdaşıyıcılarının qarışması.

Qeyd etmək lazımdır ki, sənayedə ən çox işlədilən boru gövdəli səthli rekuperativ istilikdə­yiş­diriləridir. Rekuperativ boru gövdəli istilikdəyişdiriciləri konstruktiv quruluşuna görə aşağıdakı təsnifatda ola bilərlər:


Boru gövdli i/d

Üzəri başlıqlı (tərpənməz lövhəli ÜB)

Tərpənməz lövhələr TL

İlanvari boru dəstəli İB

Linzavari kompensatorlu LK

U-şəkilli borulu UŞB



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin