Tüstü və ocaq qazlarından bir qızdırıcı agent kimi, adətən, onların alındığı sənaye obyektlərində materialın qurudulmasında istifadə edilir. Əgər qurudulan materialın qurudulmasında istifadə edilir. Əgər qurudulan materialın fiziki-kimyəvi xassələri tüstü qazları ilə kontaktda dəyişərsə və yaxud da çirklənmə nəticəsində keyfiyyət pisləşərsə, o zaman tüstü qazlarından rekuperativ istilikdəyişdiricilərində aralıq istilik daşıyıcısı kimi havanı qızdırmaqdan ötəri istifadə edilir. Qızmış hava isə materialı qurutmaq üçün verilir.
Tüstü qazlarının üstün cəhəti ondan ibarətdir ki, onunla materialı yüksək tempratura qədər qızdırmaq olar.
Ocaq qazlarının temperaturunun böyük olması çox da istilik itkisinə səbəb olur. Məsələn, ocağı 10000S temperatur ilə tərk edən qaz, tələbatçıya 7000S-dən yuxarı çatmır.
Tüstü və ocaq qazlarının mənfi cəhəti onun sıxlığının, xüsusi istilik tutumunun və istilikvermə əmsalının xeyli az olmasındadır.
Bütün bu yuxarıda göstərdiklərimizlə yanaşı yüksək və alçaq temperaturlu istilikdaşıyıcıları vardır ki, sənayenin bir çox sahəsində onlardan geniş istifadə olunur.
Dostları ilə paylaş: |