İstilikdaşıyıcılar və onların növləri.
İşlədilmə prosesindən asılı olaraq müxtəlif növ istilikdaşıyıcılardan istifadə olunur. İstilikdaşıyıcıları qaz, maye və bərk halında ola bilərlər.
İstilikdaşıyıcıların texniki və iqtisadi cəhətdən əlverişli olması üçün o, aşağıdakı tələbatları ödəməlidir:
İstilikdaşıyıcının buxarlanma istiliyi, istilik tutumu və sıxlığı çox, özlülüyü az olmalıdır.
İstilikdaşıyıcıları termiki cəhətdən davamlı və istilikdəyişdiricinin materialına qarşı zərərsiz olmalıdır, yeni yüksək tempraturlarda parçalanmamalı və metal səthləri korroziyaya uğurlatmamalıdır.
İstilikdaşıyıcıları sənaye miqyasında ucuz başa gələn və çox tapılan maddə olmalıdır.
Su buxarı qızdırıcı bir istilikdaşıyıcı kimi sənayedə çox böyük yayılmışdır. Onun bir sıra üstün cəhətləri vardır. Belə ki, onu boru kəmərləri vasitəsilə uzaq məsafələrə nəql etmək mümkündür. Kondensatlaşdıqda istilikvermmə prosesi intensivləşdiyindən, istilikdəyişdiricinin qızma səthini az götürmək mümkündür.
Buxar kondensatlaşdırıldıqda onun entalpiyasının kəskin azalması (çox istilik vermək üçün) işlədilən buxarın miqdarının xeyli az olmasını təmin edir. Kondensatlaşma tempraturunun və eləcə də təzyiqinin sabit olması qurğuda sabit rejim yaradılmasını təmin edir.
Su buxarının əsas nöqsan cəhəti onun təzyiqinin tempraturundan asılı olaraq kəskin dəyişməsidir. Məsələn: 0,981·105 Pa təzyiqində buxarın doyma tempraturu 99,1 0S təşkil etdiyi halda, doyma tempraturu 309,5 0S olduqda doyma təzyiqi 98,1·105 Pa olur. Ona görə də buxarla qızdırılma, adətən, 60/150 0S arasında aparılır.
Qeyd etmək lazımdır ki, istilikdəyişdiricilərdə qızdırıcı buxarın təzyiqi 1,96·105 Pa -dan 11,8·105 Pa qədər olur. Yüksək tempraturlarda isə istilikdəyişdiricinin ölçüləri çox böyük olur, baha başa gəlir, ona görə də az işlədilir.
İsti su bir qızdırıcı istilik daşıyıcısı kimi istilik təchizatı və ventilyasiya qurğularında geniş işlədilir. O, xüsusi su qızdırcı qazanlarda, texnoloji proseslərdə iştirak edən aparatlarda və yaxud İES-in su qızdırıcı qurğularında hazırlanır. Yaxşı izolə edilmiş su kəmərində tempratur 1 km məsafədə 10S-dən çox aşağı düşməməlidir. İsti suyun bir istilik daşıyıcısı kimi müsbət cəhəti onun istilikvermə əmsalının böyük olmamasındadır. Lakin o sənaye istilikdəyişdiricilərində az işlədilir, çünki isitmə mövsümündən asılı olaraq onun tempraturu 700S-dən 1500S-yə kimi dəyişə bilir və yay aylarında istilik şəbəkələrində işlənmir.
Dostları ilə paylaş: |