Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Beynəlxalq iqtisadi siyasətin mahiyyəti



Yüklə 0,97 Mb.
səhifə5/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   2   3   4   5   6   7   8   9   ...   46

Beynəlxalq iqtisadi siyasətin mahiyyəti

Beynəlxalq iqtisadi münasibətlərin inkişafı beynəlxalq ticarətin milli səviyyədə tənzimlənməsi ilə yanaşı, son illərdə bu sahədə dövlətlərarası qarşılıqlı fəaliyyətin müxtəlif formalarının yaranması ilə müşaiyət olunur. Bu tendensiya bir neçə səbəblərlə şərtlənir:



  • təsərrüfat həyatının beynəlmiləlləºməsinin dərinləºməsi;

  • dünya əmtəə, xidmət, istehsal amilləri bazarlarının genişlənməsi;

  • transmilli şirkətlərin inkişafı;

  • çoxsaylı beynəlxalq təşkilatların yaranması.

Nəticədə bir ölkənin tənzimləmə tədbirləri digər dövlətlərin iqtisadiyyatına bir başa təsir göstərir ki, bu dövlətlər də öz növbəsində istehsalçılarını və istehlakçılarını müdafiə etmək üçün cavab tədbirləri görürlər. Bu tənzimlənmənin dövlətlərarası səviyyədə həyata keçirilməsi zəruriliyini ortaya çıxarır.

Ticarətin dövlətlərarası tənzimlənməsi aşağıdakı əsaslarda həyata keçirilə bilər:



    • ikitərəfli müqavilələr;

    • regional təşkilatlar çərçivəsində imzalanan regional xarakterli çoxtərəfli müqavilələr;

    • qlobal təşkilatlar tərəfondən dövriyyəyə daxil edilən qlobal xarakterli çoxtərəfli konvensiyalar.

Dövlətlər arasında ikitərəfli əsasda qurulan ticarət münasibətləri ticarət müqavilələri və sazişlərinin köməyi ilə tənzimlənir ki, onlar da ölkələr arasında icraedici hakimiyyət (hökumətlər arasında) səviyyəsində bağlanır və qanunverici hakimiyyət (parlament) tərəfindən təsdiq edilir. İkitərəfli ticarətin prinsiplərini və rejimini müəyyən edən bu cür müqavilələr və sazişlər adətən 5-10 il müddətinə imzalanır və dövri olaraq onlara yenidən baxılır və müddətləri uzadılır.

Beynəlxalq ticarətin dövlətlərarası tənzimlənməsinin ikinci əsasda aparılmasından danışarkən ilk növbədə gömrük birliklərini qeyd etmək lazımdır. Hazırda dünya üzrə sayı 20-ni keçən gömrük birlikləri hüquqi baxımdan iki və ya daha artıq dövlətin bağladığı sazişdir. Bu sazişə görə, birliyə daxil olan dövlətlər bir-birlərinə və üçüncü ölkələrə münasibətdə vahid tarif siyasəti həyata keçirirlər. İqtisadi nöqteyi-nəzərdən gömrük birlikləri vahid iqtisadi məkanın formalaşdırılmasını nəzərdə tutur ki, bu da həmin məkanın daxilində gömrük sərhədlərinin ləğv edilməsi deməkdir.

Xarici iqtisadi siyasət strategiyasının mexanizmi kompleks xarak- terə malik olduğundan və iqtisadiyyatın bütün səviyyələri (mikro, mezo, makro) və sferaları ilə sıx qarşılıqlı bağlılığı səbəbindən əksər iqtisadi məktəblərin tədqiqat obyektinə çevrilmişdir və bu istiqamətdə tədqiqat- lar bugün də davam edir. Dünyanın tanınmış alimləri tərəfindən dünya iqtisadiyyatı və xarici iqtisadi əlaqələr sisteminin mahiyyətinin açıqlan- ması və fundamental problemlərinin araşdırılması sahəsindəçox dəyərli tədqiqat əsərləri yaradılmışdır. Bu iqtisadçılardan A. Smit, D. Rikardo, J. Keyns, N. Kaldor, E. F. Heckscher, B. Ohlin, V. Leontev, M. Porter, Rybczynski, P. Samuelson, V. Stopler, B. Belaşa, M. Korden, P. Kruqman, C. Stiqlis, J. Saks və digərlərinin adlarını çəkmək olar.

MDB və digər postsosialist ölkələrində xarici iqtisadi əlaqələrin tənzimlənməsi mövzusu Rusiya, Ukrayna vəŞərqi Avropa ölkələrinin bir çox tanınmış alimləri tərəfindən işlənilmişdir. Həmin dövrdə Y. F. Avdokuşin, V. Q. Draqonov, A. S. Filipenko, V. İ. Fomiçev, İ. P. Fominski, A. Kireev, V. Y. Rıbalkin, S. Şişkov kimi görkəmli iqtisadçıların problemə həsr olunmuş əsərləri elmi ictimaiyyətin həmişə diqqət mərkəzində olmuşdur. Son zamanlar xarici iqtisadi əlaqələrin tənzimlənməsi mövzusu və Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf problemləri ölkəmizin iqtisadçı alimlərinin də tədqiqat obyekti olmuşdur. Azərbaycanın iqtisadçı alimlərindən Səmədzadə Z.Ə., Ələs-

gərov A.K., Nadirov A.N., Bayramov Ə. İ., Əlirzayev Ə. Q., İmanov N.M., Həsənov R. T., Muradov Ə., Qənbərov F.Ə., Əhmədov M.A., Bərxudarov M.İ. və başqaları tərəfindən müasir dövrdə beynəlxalq iqtisadi münasibətlərdə baş verən dəyişikliklər və hazırkı şəraitdə ölkəmizin xarici iqtisadi əlaqələrinin hüquqi təminat sisteminin prinsipləri və xarakterik xüsusiyyətləri araşdırılmışdır.

Beynəlxalq ticarətin, istehsal və elmi-texniki əməkdaşlığın bütün formaları beynəlxalq hesablaşmaların həyata keçirilməsi və beynəlxalq kreditlərin alınması və ya verilməsi imkanlarının mövcudluğunun zəruriliyi ilə əlaqədardır. Bu isə beynəlxalq valyuta-kredit münasibət- lərinin inkişafına təkan verir. İnvestisiya və borc kapitalı üzrə dünya bazarlarında mövcud olan vəziyyət isə öz növbəsində əmtəələrlə və xidmətlərlə, texnologiyalarla beynəlxalq ticarətə, dünya təsərrüfatında işçi qüvvəsinin əmək miqrasiyası prosesinə təsir göstərir. BİM-in praktiki reallaşdırılması onun həyata keçirilmə mexanizminin olmasını tələb edir. BİM-in mexanizmi dedikdə milli və dövlətlərarası səviyyədə qəbul olunmuş (regional və qlobal beynəlxalq iqtisadi təşkilatlar da daxil olmaqla) hüquqi normaların və onların reallaşdırılması alətlərinin (beynəlxalq sazişlər, müqavilələr, konvensiyalar, xartiyalar, kodekslər və s.) məcmusu başa düşülür.

Müasir dünya təsərrüfatının xarakterik cəhətlərindən biri beynəlxalq iqtisadi münasibətlərin intensiv inkişafda olmasıdır. Bu özünüölkələr, ölkə qrupları, ayrı-ayrı firma və təşkilatlar arasında iqtisadi münasibət- lərin genişlənməsində və dərinləşməsində göstərir ki, bunu da əsasən aşağıdakı səbəblər şərtləndirir:


  • istehsalın beynəlmiləlləşməsi, yəni onun milli sərhədlər çərçivəsindən kənara çıxması, milli iqtisadi sistemlər arasında hərtərəfli və geniş həcmli əlaqələrin və qarşılıqlı asılılığın inkişaf etməsi;

  • elmi-texniki tərəqqi nəticəsində ictimai əmək bölgüsünün dərinləşməsi və istehsalçılar arasında ən müxtəlif əlaqələrin, xüsusilə də texnoloji əlaqələrin güclənməsi;

  • regional inteqrasiya prosesinin sürətlənməsi nəticəsində bu prosesdə iştirak edən ölkələrin qarşılıqlı əlaqələrinin güclənməsi və onların iqtisadiyyatlarının açıqlığının artması;

  • qlobal problemlərin kəskinləşməsinin bütün dünya ictimaiyyətinin bu problemlərin həlli üçün səylərini birləşdirməyə gətirib çıxarması.

Yuxarıda sadalanan amillər, həmçinin qeyd olunmayan bir sıra digər amillər beynəlxalq münasibətlərin xüsusi altsistemi olan BİM-in inkişafını aktivləşdirir.

Ümumilikdə BİM-in bərqərar olmasına və inkişafına ciddi təsir göstərən beş amil bloku vardır.

BİM-in inkişafının birinci amillər bloku kimi ölkələr üzrə mövcud olan təbii-coğrafi fərqliliyi qeyd etmək olar. Hər bir ölkə faydalı qazıntı ehtiyatlarına, torpağın münbitliyinə, iqliminə görə müxtəlif şəraitə malikdir ki, bu da onlar üçün BİMə cəlb olunmanı və bu münasibətləri inkişaf etdirməyi zəruri edir.

İkinci amillər blokuna maşın sənayesi və kütləvi istehsalın təşkili daxil edilir. Kütləvi istehsalın təşkili əmək məhsuldarlığının kəskin artımına gətirib çıxarır. Nəticədə istehsalın həcmi daxili bazarın ehtiyaclarını aşır və beləliklə də, istehsal olunan artıq məhsul xarici bazarlara çıxarılır. Eyni zamanda istehsalın ixtisaslaşması prosesi inkişaf edir ki, bu da özlüyündə ölkələr arasında əmək nəticələrinin qarşılıqlı mübadiləsini zəruri edir.

Üçüncü amillər bloku elmi-texniki tərəqqi ilə bağlıdır. XX əsrin ikinci yarısında yüksək texnologiyaya əsaslanan istehsalda inqilabi dəyişikliklər baş verdi. Lakin yeni texnologiyaların və yeni növ əmtəələrin işlənməsinə əhəmiyyətli, daim artan xərclər tələb olunur.

Bununla əlaqədar əksər ölkələr bu istiqamətdəöz səylərini birləşdirir, əməkdaşlıq edir və ümumi proqramlar həyata keçirir, ya da müəyyən elmi istiqamətlər üzrə ixtisaslaşaraq əldə olunmuş nəticələrlə mübadilə edirlər.

Dördüncü amillər qrupuna kapital ixracının artması aid edilir. Ölkələr arasında xarici iqtisadi münasibətlərin bərqərar olmasında kapital ixracı mühüm rol oynamışdır. Xarici investisiya qoyuluşunun həyata keçirilməsi ilə beynəlxalq istehsalın əsas subyektləri – transmilli və çoxmilli şirkətlər meydana gəlmişdir. Beynəlxalq kreditləşmə hazırda dünya istehsalının fasiləsizliyini təmin edən mühüm şərtlərdən biridir.

Son illərdə digər amillər bloku – qlobal problemlərin BİM-in inkişafına özünəməxsus təsir dərəcəsi getdikcə artmaqdadır. Ekoloji, enerji, xammal, ərzaq və digər problemlər ümumilikdə sivilizasiyaya aid olduğundan onların həlli ayrıca bir ölkənin qüvvəsi hesabına baş verə bilməz. Buna görə də, onların aradan qaldırılması üçün sosial-iqtisadi inkişaf səviyyələrindən və siyasi istiqamətlərindən asılı olmayaraq bütün ölkələrin birgə səyi zəruridir. Müasir dünya təsərrüfatının xarakterik cəhətlərindən biri beynəlxalq iqtisadi münasibətlərin intensiv inkişafda olmasıdır. Bu özünüölkələr, ölkə qrupları, ayrı-ayrı firma və təşkilatlar arasında iqtisadi münasibətlərin genişlənməsində və dərinləşməsində göstərir ki, bunu da əsasən aşağıdakı səbəblər şərtləndirir:



  • istehsalın beynəlmiləlləşməsi, yəni onun milli sərhədlər çərçivə- sindən kənara çıxması, milli iqtisadi sistemlər arasında hərtərəfli və geniş həcmli əlaqələrin və qarşılıqlı asılılığın inkişaf etməsi;

  • elmi-texniki tərəqqi nəticəsində ictimai əmək bölgüsünün dərin- ləşməsi və istehsalçılar arasında ən müxtəlif əlaqələrin, xüsusilə də texnoloji əlaqələrin güclənməsi;

  • regional inteqrasiya prosesinin sürətlənməsi nəticəsində bu prosesdə iştirak edən ölkələrin qarşılıqlı əlaqələrinin güclənməsi və onların iqtisadiyyatlarının açıqlığının artması;

  • qlobal problemlərin kəskinləşməsinin bütün dünya ictimaiyyətinin bu problemlərin həlli üçün səylərini birləşdirməyə gətirib çıxarması.

Yuxarıda sadalanan amillər, həmçinin qeyd olunmayan bir sıra digər amillər beynəlxalq münasibətlərin xüsusi altsistemi olan BİM-in inkişafını aktivləşdirir.


    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin