Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 1. Beynəlxalq İqtisadi Siyasətin məzmunu, konseosiyası və əsas prinsipləri



Yüklə 0,97 Mb.
səhifə4/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   2   3   4   5   6   7   8   9   ...   46

Fəsil 1. Beynəlxalq İqtisadi Siyasətin məzmunu, konseosiyası və əsas prinsipləri

    1. Beynəlxalq iqtisadi siyasət haqqında anlayış.

XX əsrin sonu XXI əsrin əvvəllərində qloballaşmanın nəticəsi kimi insanlar müxtəlif ölkələrdəki siyasi, iqtisadi və sosial fərqlilikləri mü- qayisə edərək, öz cəmiyyətlərində tətbiq etməyə çalışmışdılar. Xarici iqtisadi əlaqələrin geniş vüsət alması, münasibətlərin milli çərçivədən beynəlxalq miqyasa yuksəlməsi dünya iqtisadiyyatının əsas ilkin şərti, tərkib hissəsi və nəticəsidir.



Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, milli təsərrüfatların qarşılıqlı əlaqədə olması faktının və dünyanın tamlığının getdikcə daha çox mütəxəssis və ekspertlər tərəfindən dərk edilməsi prosesi güclənmişdir. Buna görə də müasir sivilizasiyanın demoqrafik, ərzaq, təbii resurslar, ekoloji, beynəlxalq təhlükəsizlik, dünya okeanı və s. bu kimi problemlərinin mahiyyətini hər kəs bilməlidir. Onu da yaddan çıxarmaq olmaz ki, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün ilk növbədə beynəlxalq iqtisadi əlaqələrin mühüm formaları olan beynəlxalq ticarəti, kapitalın vəəməyin beynəlxalq miqrasiyası proseslərini dərindən dərk etmək, onların sirlərini ortaya çıxartmaq lazımdır. "Beynəlxalq iqtisadi siyasət" fənninin inkişaf etməsinin əsas səbəbi dövlətin oz sərhədləri daxilində lazımi səviyyədə inkişaf etməsi və milli iqtisadiyyat sistemlərinin dunya təsərrüfatı sisteminə qovuşması tələbatının meydana çıxmasıdır. Belə bir tələbat əslində həmişə olmuşdur, lakin keçən əsrin ortalarında bu daha aydın görünməyə başlamışdır. XX əsrin sonu XXI əsrin əvvəlində isə bu problem qlobal qanunauyğunluq şəklini almışdır.

"Beynəlxalq iqtisadi siyasət" fənni inteqral xarakterə malikdir. Burada iqtisadi inkişafa təsir gostərən bütün amil araşdırılır, öyrənilir və təcrubə üçün lazımi nəticələr çıxarılır. Məhz buna görə də "Beynəlxalq iqtisadi siyasət" fənninin öyrəndiyi məsələlər dairəsinə dünya ticarəti, kapitalın və işçi qüvvəsinin miqrasiyası kimi ən mühüm beynəlxalq iqtisadi əməkdaşlıq formaları və sazişləri, müqavilələri də daxildir. "Beynəlxalq iqtisadi siyasət" fənni eyni zamanda beynəlxalq təsərrufat sistemi mexanizmini, onun problemlərini, ümumdünya iqtisadiyyatının potensial imkanlarını, bəşəriyyətdə baş verən qloballaşma proseslərini, sövdələşmələri dərindən araşdırır, təhlil edir, inkişaf səviyyəsini təyin edir, proqnozlaşdırır və qabaqcıl təcrübəni yaymaq, mənfi meylləri aradan qaldırmaq sahəsində əməli təkliflər irəli sürür. Dünya iqti- sadiyyatı siyasi-iqtisadi kateqoriya olduğu kimi həm də tarixi kate- qoriyadır. Bu ona görə belədir ki, hər hansı bir tarixi dövrün öz xüsusiyyətləri olub və dünya iqtisadiyyatı da həmin dövrlərdə müxtəlif miqyasda, həcmdə, səviyyədə fəaliyyət göstərib. Müxtəliflik isə təkcə iqtisadiyyatın səviyyəsində öz əksini tapmayıb. O həm də insanların dünya iqtisadiyyatına olan münasibətində və “Dünya iqtisadiyyatının” və siyasətinin dünyəvilik səviyyəsində öz əksini tapmışdır. Əgər dünya iqtisadiyyatına bir sıra dərslik və dərs vəsaitlərində göstərildiyi kimi, milli iqtisadiyyatların məcmusu kimi baxsaq, onda cürətlə deyə bilərik ki, dünya iqtisadiyyatı həmişə mövcud olmuşdur. Lakin bu əsas məsələ deyil. Əsas məsələ müasir dünya iqtisadiyyatını fərqləndirən cəhətləri ortaya çıxartmaq və təcrübədə onlardan məqsədyönlü istifadə etməkdir. Keçmiş dünya iqtisadiyyatı (dünya təsərrüfatı) uzun illərboyu ayrı-ayrı ölkə və regionların qeyri-bərabər inkişafı, rəqabət mübarizəsinin daim kəskinləşməsi, kapitalın və elmi-texniki potensialın rəqabət mərkəzində cəmlənməsi, əsasən əmtəələrin ixrac edilməsi kimi xarakterik cəhətləri ilə fərqlənmişdir. Müasir dünya iqtisadiyyatında (təsərrüfatında) xarakterik cəhətlər daha güclü və daha qlobaldır. İctimai istehsalın və

kapitalın sosiallaşdırılması, humanistləşdirilməsi, müasir elmi-texniki inqilabın misli görünməmiş nailiyyətlərindən istifadənin hərtərəfli genişləndirilməsi, prosesləri belə qlobal cəhətlərdəndir. İndiki dövrdə xarici iqtisadi əlaqələr sahələrdən, məsafədən, millətindən asılı olmayaraq təsərrüfatçılıqla məşğul olan müxtəlif subyektlərin arasında yaranan və inkişaf edən kontaktlara çevrilmişdir. Beynəlxalq istehsal, kapitalın beynəlxalq bazarı, işçi qüvvəsinin beynəlxalq bazarı kimi xarakterik xüsusiyyətlər isə tam gücü ilə formalaşmaqdadır. Müasir dünya iqtisadiyyatının fərqləndirici cəhətləri arasında beynəlxalq məlumat fəzasının sürətlə formalaşmasını xüsusi qeyd etmək lazımdır.

Beynəlxalq iqtisadi siyasət - dövlətlərin idxal və ixrac, gömrük rüsumları, tariflər, məhdudiyyətlər, xarici kapitalın cəlb olunması, kapitalın xaricə ixracı, xarici istiqrazlar, digər ölkələrə iqtisadi yardımın göstərilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi deməkdir. Beynəlxalq iqtisadi siyasət xarici ticarət və istehsal amilləri axınının istiqaməti, tərkibi və həcminə təsir göstərmək üçün hökumətin hər növ məcmusundan ibarətdir. Eyni zamanda, beynəlxalq iqtisadi siyasəti həyata keçirən ümumi iqtisadi siyasətin tərkib hissəsidir vəölkədə ticarəti bütün iqtisadi fəaliyyətlə sıx bağlıdır. Beynəlxalq iqtisadi fəaliyyət sahəsində qəbul edilən bütün qərarlar gündəlik həyatın bütün sahələrinəöz təsirini göstərir. Beynəlxalq ticarəti məhdudlaşdıran hər hansı bir hökumət siyasəti, qiymətlər vasitəsilə istehlakçıların vəziyyətinə təsir göstərir. Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasətini ümumi iqtisadi siyasətin göstərilən iki istiqamətini bir-biri ilə sıx bağlı olduğu üçün bir-birindən hər hansı bir xətt üzrə ayırmaq mümkün deyildir. Beynəlxalq iqtisadi siyasətin mühüm həyata keçirilmə vasitəsi milli pul və maliyyə siyasət olması, milli pul və maliyyə siyasəti beynəlxalq ticarətə və kapital qoyuluşlarına ciddi təsir göstərməsi və ölkənin xarici iqtisadi siyasəti ilə bilavasitə əlaqəlidir. Yaxud məşğu-

liyyət sahəsində görülən tədbirlərdə ölkənin xarici iqtisadi əlaqələrində öz əksini tapır. Yaxud, beynəlxalq ticarət, xarici yardım, xarici kapital qoyuluşları və ödəniş balansı sahəsində qəbul edilən qərarlar milli gəlirin artımı və bölgüsündə, məşğuliyyət və qiymətlərin səviyyəsində öz əksini tapır.

Xarici ticarət siyasəti ölkədə xarici ticarətin nizamlanmasına yönəldilmiş tədbirlər sisteminin məcmusu, beynəlxalq iqtisadi siyasətin aparıcı sahələrindən biridir. Xarici ticarət siyasəti geniş mənada maliyyə mənbələri yaradılması və istifadə olunmasına xidmət edir.

Beynəlxalq iqtisadi siyasətin əsas istiqamətləri xarici iqtisadi fəaliyyətin məcmusunu tənzimləyir: mal və xidmətin beynəlxalq qarışığı, maddi, əmək, pul, və intelektual resurslar. Onun tərkib hissəsi xarici ticarət siyasəti, istehsal və elmi texniki əməkdaşlıq sahəsində siyasət, valyuta kredit siyasəti, xarici investisyalar sahəsində siyasət, texnologiya və.s ötürülməsində siyasət dövlətin xarici iqtisadi siyasətin hazırlanması müəyyən baza tələb edir: iqtisadi institutıarın müvafiq sistemi.



  • Dövlətin milli xüsusiyətlərini nəzərə alan xarici iqtisadi siyasətin formalaşması üçün nəzəri baza;

  • Lobbiçilik sipərini təmin edən cəmiyyətin demokratikləşməsini zəruri səviyyəsi;

  • İqtisadiyyada bu və ya digər lider həlqələri təmin edə bilməyən milli bazar strukturunun geniş şəbəkəsinin formalaşması.

Bununla əlaqədər tam qanuna uyğun olaraq ümumi cəhətlərin ayrılması, müasir mərhələdə BƏB-ə meyl və eyni zamanda bəzi ölkələrin uğur və nailiyətlərinin formulunu və digərlərinin xətalarını əks etdirmək zəruriliyi meydana çixir. Yekunda ölkələr arası qarşiqoymanın zəruriliyini qəbul etsək, onun mühüm və tamamlayıcı kompenenti siyasətin qiymətləndirilməsi olur.

    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin