Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 2. Xarici iqtisadi əlaqələrin nəzəri və metodoloji



Yüklə 0,97 Mb.
səhifə9/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

Fəsil 2. Xarici iqtisadi əlaqələrin nəzəri və metodoloji


əsasları.
    1. Beynəlxalq iqtisadi əlaqələrin obyektiv zəruriliyi və


nəzəri əsasları.
Beynəlxalq iqtisadi siyasət dedikdə, dövlətin beynəlxalq iqtisadi əlaqələr sahəsində xarici ticarət və istehsal axınının istiqamətinə təsir göstərərək ölkədəki bütün iqtisadi fəaliyyətlə bağlıdır. İqtisadi siyasətin iki istiqaməti – daxili və xarici siyasəti arasında sədd qoymaq qeyri mümkündü. Xarici iqtisadi siyasət əsasən, xarici ölkələrdə tədbirlər sisteminin məcmusu, maliyyə mənbələrinin yaradılması, tarif və qeyri- tarif tənzimləmələri, xarici yardım, xarici kapital qoyuluşları və tədiyyə balansı anlayışını əhatə edən dövlətin aparıcı qoludur. İqtisadi nəzəriyyənin aparıcı baniləri haqlı olaraq sübut etmişlər ki, dünya iqtisadi sistemindən tədric olunmuş şəkildə heç bir dövlət sağlam ticarət apara bilməz.

Beynəlxalq ticarət ən qədim dövrlərdən yaransa da, xarıci ticarət anlayışı XV əsrdən merkantilistlər tərəfindən yaranaraq Avropada milli dövlətin iqtisadi siyasi prinsiplərini müəyyən edərək, merkantilizm ideyaları kimi özünü göstərmişdir. Avropa dövlətləri təxminən 300 ilə yaxın bu ideologiyanı əsas götürərək ölkərə mümkün qədər cox qızıl və gümüş gətirilməsini təmin etmək məqsədi ilə xarici ticarətin dövlət tərəfindən nizamlanması və himayəsi ideyasını müdafiə edirdilər. Merkantilistlər insanın gücünü “Milli sərvət” adlandırdıqları qızıl və gümüşdən ibarət dövlətdə görürdülər.

Fransada təbiətin gücü adı altında meydana gələn fiziokratlar axını merkantilizmə qarşı çıxaraq, dəyərin mənşəyini tədavül sferasında deyil, istehsal sferasında axtarmağa başlamışlar. Fiziokratlar beynəlxalq ticarətin sərbəstliyini nəzərdə tutan – liberalizm anlayışının əsasını

qoyaraq klassik iqtisadi məktəbin yaranmasına şərait yaratdılar. Bu məktəbin yaradıcılarından olan Adam Smitt (1723-1790) həyatın özündə “görünməyən əl” və iqtisadi adam anlayışlarını əsaslandıraraq, sərvətin mənbəyini torpaqda, kənd təsərrüfatında, üstünlük prinsipini isə hansısa ölkədə digər ölkələrə görə daha məhsuldar istehsal edilməsində, beynəlxaq əmək bölgüsünün verdiyi səmərəni isə yalnız sərbəst ticarətdə görürdü. Fiziokratlar məktəbi merkantilizm ilə mübarizədə inkişaf etmişdir.

Mütləq üstünlük nəzəriyyəsinin cavab verə bilmədiyi bir sira suallara D.Rikardonun (1819-1923) müqayisəli üstünlük nəzəriyyəsi cavablandırmışdı. Dünya ölkələri bir-biri ilə iqtisadi əlaqələrin müxtəlif formalarından istifadə edirlər.

Bu baxımdan iqtisadi fəaliyyətə dair müddəalar D.Rikardo tərəfindən işlənib, hazırlanmışdır;



  1. İqtisadi resurslar-təbii, insan və sərmayə ehtiyatları ölkələr arasında qeyri-bərabər bölünmüşdür.

  2. Müxtəlif əmtələrin səmərəli istehsalı texnologiya və resurs- ların kombinasiyasını tələb edir.

  3. Ölkələr arasında resursların mütəbərrikliyi aşağıdır.

Ona görə də, xarici ticarət resursların beynəlxalq mütəbərrikliyi əvəzləyicisi kimi ortaya çıxır.

Rikardoya görə hava və su həddən artıq faydalıdırlar qızılın hava və su ilə müqayisədə istehlak dəyəri çox azdır, lakin çox miqdarda başqa nemətlərə mübadilə olunur. Beləliklə, faydalılıq mübadilə dəyəri üçün nə qədər zəruri olsa da onun ölçüsü ola bilməz. Beləliklə, beynəlxalq ticarət nəzəriyyəsi öz başlanğıcını A.Smittdən və D.Rikardodan götürür.

Müasir dünyanın vəhdətini, dünya xalqlarının birliyini şərtləndirən amillər sırasına bəşəriyyəti narahat edən aşağıdakı qlobal problemləri aid etmək lazımdır.


      1. Nüvə müharibəsinin qarşısının alınması

      2. Zəif inkşaf etmiş ölkənin iqtisadi geriliyinin aradan qaldırılması.

      3. Dünya enerji, ərzaq, xammal və demoqrafiya problemlərinin həlli.

      4. Kosmos və dünya okeanı sərvətlərinin dinc məqsədlər üçün istifadə edilməsi.

      5. Təhlükəli xəstəliklərin müalicəsi və aradan qaldırılması və s.

Bu məqsədlərin həyata keçirilməsi böyük iqtisadi biliklərin yaranmasına, məhsuldar qüvvələrin beynəlmilləşməsinə səbəb olur.

Xarici ticarətin nəzəri müddə alan dünya təcbübəsisınaqlarından keçmiş müasir ümümdünya təcrübəsində özünü tam subut etmişdir. Dünya ölkələrinin iqtisadi əlaqələrinin əsasını təşkil edən obyektiv meyarlarla qiymətləndirdikdə Azərbaycanın dünya iqtisadi inteqrasiyasına qovuşmasını şərtləndirən amilləri aşağıdakılara ayırmaq olar:



        1. Coğrafi baxımdan Azərbaycanın torpaq iqlim şəraitinin əlverişliyi. Qərb və Şərq, Şimal və Cənub arasında əlaqələrin yaradılmasında Azərbaycan ərazisi mühüm rol oynayır. Azərbaycandan dünya ticarət və hava yollarına asanlıqla çıxmaq imkanları vardır. Xarici iqtisadi əlaqələrin inkişafı üçün yüksək səviyyədə inkişaf etmiş nəqliyyat və infrastruktura sistemi ticrət-iqtisadi əlaqələri səmərəli aparmaq üçün əlverişli şərait yaradır, xarici iqtisadi əlaqələrin yaradılması üçün əlavə xərclər tələb olunmur.

        2. Respublikanın zəngin təbii xammal və əmək ehtiyatlarına malik olması.

        3. İnvestisiya-kapital resurslarının məhdudlugu və çatışması. 4.Texniki-texnoloji potensialın aşağı olması və onlara kəskin

ehtiyac olması.

  1. Azərbayan iqtisadiyatının mövcud vəziyyəti eledir ki, ölkə əhalisinin bütün məhsul növlərinə olan ehdiyaclarını öz istesalı hesabına tımin etmık imkanına malik deyildir. Ona görə də xarici ticarətin Azərbaycanın iqtisadi inkişafında rolu böyükdür.

  2. Müstəqil azərbaycanın siyasi durumu Azərbaycan dövlətinin müstəqilliyini qorumaq və möhkəmləndirmək zərurəti.

Azərbaycanın əldə etdiyi siyasi istiqlalı möhkəmlətmək üçün xarici ölkələrlə iqtisadi əməkdaşlıq həm siyasi həmdə iqtisadi cəhətdən çox vacibdir. Azərbaycanın dünya təsərrüfatının tərkib hissəsinə çevrilməklə, iki dövlətlərin maraq dairəsinə daxil olunur. Həmin ölkələr isə öz maraqlarıni təmin etmək üçün Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanılmasında maraqlıdır. Ümumdünya əmək bölgüsü və təsərrüfat həyatının beynəlilləşməsi prosesin obyektiv əsasları kimi, ölkələr arasında iqtisadi əlaqələri daima artır və genişləndirir.

Digər tərəfdən beynəlxalq iqtisadi əməkdaşlığın üstünlüklərindən istifadə edərək respublika öz iqtisadi problemlərini həll etmək imkanı qazanır.




    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin