Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 0,97 Mb.
səhifə6/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   2   3   4   5   6   7   8   9   ...   46

BİS-in ümumi xarakteristikası.

Dövlətin xarici ticarət siyasəti bazar uğrunda digər dövlətlərlə və ya iqtisadi blolkarla mübarizədə rəqabət qabiliyətinin qaldırılmasına yönəlmişdir və qirilmaz əlaqədədir. Ticarət siyasəti çoxplanli hadisə kimi:



    • ixrac və idxal axinlarının tənzimlənməsinə;

    • xarici ticarət strukturlarının səmərəliləşdirilməsinə;

    • milli bazarın zəruri maddi –texniki ehtiyatlarla təmininə;

    • ölkənin səmərəli formada BƏB-ə qoşulmasına;

    • həmçinin idxal və ixrac məhsullarına qoyulan qiymətin qarşılıqlı nisbətinin tənzimlənçəsi üzrə istiqamətləndirilə bilər.

Bütün bu dövlət səvviyəsində tənzimləmə vasitələri iki istiqamətdə tətbiq oluna bilər - liberallaşma (Free Trading) və himayəçilik (protek- sionizm) siyasətində. Bəşəriyyətin inkişafı boyunca məhsulların ölkəyə gətirilməsi və ölkədən çıxarılması üçün bütün maneələrin aradan qaldırılmasına yönəlmiş azad ticarət siyasəti daha çox öz sahəsini genişləndirir. Proteksionist siyasəti milli bazarın xarici rəqabətdən müdafiəsi məsələsini ortaya qoyur. Bir qayda olaraq müdafiə mearları üç istiqamətdə həyata keçə bilər; məhsulun istehsal xərclərinin hər cür ixtisarı, milli bazarda rəqiblərin aktivlərinin buraxılmasına qadağa və

məhdudiyətlərin həyata keçirilməsi; xarici mal və ya xidmətə münasibətdə milli qiymətlərin artırılması siyasətinin keçirilməsi.

Yuxarıdakıların nəticəsi ziddiyətli ola bilər. Beynəlxalq təşkilatlərın araşdırmaları ilə himayəçilik siyasətinin həyata keçməsinin əks nəticələri qeyd olunmuşdur. Burada belə bir faktı qeyd etmək lazımdırki, idxalın aşağı düşməsi ölkədə əhalinin məşğulluğunu artırmır və yeni işçi yerlərinin yaradılmasına kömək etmir. Ticarət məhdudiyətlərinin tətbiqi praktikası ixracı aşağı salır. İnkar etmək olmaz ki, himayəçilik siyasəti iqtisadiyatın aşağı inkişafına səbəb olaraq xarici investisyaların axinini aşağı düşməsinə kömək edir. Meksikanin xarici borclarinin ödənilməsi təcrübəsi göstərirki, himayəçilik siyasəti ixrac bazarına qoşulma siyasətini məhdudlaşdırır, lakin şəxsi vergilərin maliyyələşməsi effektiv ixrac sektorunun formalaşması zəruriliyini müəyyən edir. Əyani olaraq aşağıdakı rəqəmləri göstərmək olar.

1970-1985–ci illərdə azad ticarət siyasəti yürüdən ölkələrdə inkişaf tempi 5 6 % çatdi, himayəçilik rejimi olan ölkələrdə isə 0.1 – 0.2 % -ə çatdı (ümümdünya banki və iqtisadi inkişaf təşkilatının göstəricilərinə görə). Dövlətin daxili inkişafı ilə bağlı və xarici siyasətlə həyata keçirilən öhdəlikləri ticarət siyasətini bu və ya digər vasitələrinin birləşdirilməsinin məqsədə uyğunluluğunu müəyyən edir, bu vasitələr öz təsirində bir başa və ya dolayı ola bilər. Bu vasitələr arasında gömrük himayəçiliyinin meyarlarını, ticarətin kəmiyyətcə tənzimlənməsinə, ixracın gücləndirilməsi və stimullaşdırılmasına görə malliyə və vergi meyarlarını, ticari sazişlərin imzalanmasını qeyd etmək məqsədə uyğundur. Beynəlxalq ticarət sazişləri sistemi müəyyən məsələlər üzrə dövlətlər arası əməkdaşlıgın ticarət–siyasi rejimini formalaşdırır və iki növə bölünür: iqtisadi problemlərin normativ bazasını əhatə edən siyası sazişlər, sonuncusu növbəti tiplə təmsil oluna bilər: dövlətlərin qarşılıqlı münasibətlərində müəyyən ticari–iqtisadi rejimi təsbit edən ticarət sazişləri; kontinental ticarət sazişləri (mal dövriyəsi və malların

çatdırılması haqda razılığı təsbit edir) bu sazişlərə ixrac–idxal lisenziyalarının verilməsi, kvotalar haqda sazişlərin verilməsi aiddir; qarşılıqlı hesablamalar haqda saziş və kredit sazişləri.

Ticarət sazişlərində qarşılıqlı təsərrüfat əlaqələrinin müxtəlif aspektləri təsbit olunur, lakin onlarda ehtiva olunan şərtlər bərabərlik və ya əlverişlilik prinsipinə və ya milli rejim və kompensasiya prinsiplərinə əsaslana bilər. Onlardan birincisi müəyyən edirki, bir ölkədən başqasına hər hansı üçüncü ölkədən ötürülən əmtəə gömrük rüsumu, vergi və həmçinin daha ağır qayda və formalılığa məruz qalmır. Şərtsiz əlverişlilik prinsipi başqa razilaşma bağlanmış tərəfdə tətbiq edilməli olan imtiyaz və üstünlükləri verir. Bəzən praktikada saziş bağlamış tərəf bu imtiyazları kompensasiya üzrə ala bilər. Milli rejimin yayılması prinsipi istənilən firma və şəxsi milli və ya xarici dövlətin nümayəndəsi olmasına baxmayaraq bərabər şərtlərlə təmin edir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin