Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycanın dünya iqtisadi inteqrasiyasına



Yüklə 0,97 Mb.
səhifə10/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

Azərbaycanın dünya iqtisadi inteqrasiyasına


qovuşması
İqtisadi inteqrasiya prosesi ilk növbədə təsərrüfat subyektlərinə (firmalara, idarələrə, təşkilatlara, müəssisələrə və s. təsərrüfat subyektlərinə) imkan verir ki, bütün region miqyasında iqtisadi resurslardan (maliyyə, maddi, əmək) yeni texnologiya və texnikadan istifadə etməklə iqtisadi inteqrasiyaya daxil olan dövlətlərin bazarlarının tələbatını ödəmək üçün məhsul istehsalını həyata keçirsinlər. İkincisi isə region miqyasında ölkələrin iqtisadi inkişaf səviyyələrinin birbirinə yaxınlaşması, yaranmış sosial problemlərin birgə həlli, əhalinin məşğuliyyəti, sosial təminatı və səhiyyənin gələcək inkişafı təmin edilsin. Valyuta ittifaqı isə müəyyən ölkələrin bir ittifaqda birləşməsidir. Buna misal olaraq, 1979-cu ildən fəaliyyət göstərən Avropa valyuta sistemini göstərmək olar. Dünya iqtisadi inteqrasiya prosesində iki meyl özünü göstərir: beynəlxalq yaxınlaşma; regional yaxınlaşma.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasında strateji valyuta-kredit siyasətinin düzgün seçilməsi və səmərəli xarici ticarət sisteminin formalaşmasında valyuta- maliyyə münasibətləri mühüm əhəmiyyət kəsb edir. Ölkənin milli təhlükəsizliyinin təmin edilməsi, tədiyyə balansının kəsrinin aradan qaldırılması, daxili istehsalın inkişafı və ixrac olunan malların xüsusilə emaledici sənaye məhsulları ixracının genişləndirilməsi Azərbaycanda həyata keçirilən valyuta-kredit siyasətinin əasa məqsədlərindəndir.

Ölkənin valyuta siyasəti əsasən dövlətin və cəmiyyətin maraqlarını qoruyaraq, milli iqtisadiyyatda – əmtəə və kapital bazarının mövcud vəziyyətini nəzərə almalı və dünya böhrandan az təsirlənən dövlət kimi siyasi prinsiplərini qorumalıdır.

Azərbaycan ərazisinə görə də Zaqafqaziyada ən böyük dövlətdir. Ərazisi 86.6 min km2-dir. Ərazisinin 11.5%-i meşələr, 1.6%-i su hövzəsi, 50%-i becərilən torpaqlar, o cümlədən 27%-i otlaqlar, 36.9% sair torpaqlardır. Ölkə 420və 520 Şərq uzunluq sahəsi, 380 və 420 şimal en dairəsində, Bakı 400paralel üzərindədir. Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km təşkil edir.

Azərbaycan respublikasında son illərdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də məşğulluq sahəsindəki siyasətin formalaşdırılması və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Ölkədə əhalinin məşğulluq və işsizlik probleminin həll edilməsinin mühüm aspektlərindən biri də ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici kapitalın ölkə əhalisinin məşğulluq və işsizlik problemlərinin həll edilməsindəki rolunun müəyyən edilməsi ən mühüm vəzifələrdən biridir.1996-cı ildən başlayaraq 2005-ci ilə kimi ölkədə fəaliyyət göstərən xarici investisiyalı və birgə müəssisələrdə məşğul olanların sayı 9,6 dəfə artaraq, 5,6 min

nəfərdən 53,9 min nəfərə çatmışdır. 2004cü ildə 2000-ci ilə nisbətən sənaye məhsulunun həcmi 22,1 faiz, kapital qoyuluşları 5,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 30,5 faiz, nəqliyyatda yük daşınmasının həcmi 1,5 dəfə artmışdır. 2000-2004-cü illərdə əhalinin real pul gəlirləri 1,5 dəfə, əhali tərəfindən əldə edilmiş pul gəlirlərinin nominal həcmi 1,7 dəfə artmışdır. 2000-ci ilə nisbətən 2004-cü ildə əhalinin əmək haqqı üzrə gəlirləri 1,7 dəfəyə yaxın artmışdır. Azərbaycanda yaradılan iqtisadi sabitlik və əlverişli iqtisadi şəraitdən məqsədyönlü istifadə edən yerli və xarici investorlar il ərzində sənayeyə 2003-cü ildəkindən 30,3 faiz çox və ya 19,6 trilyon manatlıq əsas kapitala investisiyalar yönəltmişlər.

Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu. XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı.

Xarici iqtisadi siyasət umumi iqtisadi siyasətin tərkib hissəsidir və ölkədəki bütün iqtisadi fəaliyyətlə sıx bağlıdır. Xarici iqtisadi fəaliyyət sahəsində qəbul edilen qərarlar gündəlik həyatın bütün sahələrinə öz təsirini göstərir. Məs.: Beynəlxalq siyasəti məhdudlaşdıran hər hansı bir hökümət siyasəti qiymətlər vasitəsi ilə dərhal isteklakçıların vəziyətinə təsir göstərir. Müasir mərhələdə dövlətin iqtisadi siyasətində daxili və xarici iqtisadi siyasi bir-birindən ayırmaq mümkün deyil, çünki, göstərilən iki istiqamət bir-biri ilə sıx bağlıdır. Məs.: xarici iqtisadi siyasətin həyata keçirilmə vasitəsi milli pul və maliyyə siyasəti

beynəlxalq ticarətə və kapital qoyuluşlarına ciddi təsir göstərir və buna görə də ölkənin xarici iqtisadi əlaələri ilə qarşılıqlı əlaqədir.

Yaxud məşquliyyət sahəsində görülən tədbirlər ölkənin xarici iqtisadi əlaqələrində öz əksini tapır və əksinə beynəlxalq ticarət, xarici yardim, xarici kapital qoyuluşları və ödəniş balansı sahəsində qəbul edilən qərarlar milli gəlir artımı və bölgəsində müstəqilliyyət və qiymətlərin səviyyəsində öz əksini tapır.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin