Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 6. Azərbaycanın Regional münasibətləri sistemində ikitərəfli iqtisadi siyasət



Yüklə 0,97 Mb.
səhifə29/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

Fəsil 6. Azərbaycanın Regional münasibətləri sistemində ikitərəfli iqtisadi siyasət.


    1. Dünya dövlətlərinin Avrasiya siyasəti: region ölkələri

və Azərbaycan.

Hər bir ölkənin müstəqil dövlət kimi dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və ətraf aləmlə yaratdığı effektiv geosiyasi münasibətlərdən asılı olur. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərindən və vəzifələrindən söz açan Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı münasibətlərini yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir. Azərbaycanın yerləşdiyi region dünya düzümünün formalaşmasına təsir göstərmək gücündə olan geosiyasi məkandır. Dünyanın ən həssas regionlanndan sayılan Qafqaz və Xəzər hövzəsində gedən proseslər və regionda mənafeyi olan mərkəzlərin marağı çərçivəsində deyil, həm də əsrlər boyu burada gedən geosiyasi proseslər prizmasından təhlil etmək doğru olardı.

Müasir dövrdə geosiyasət xalqların, dövlətlərin və regionların inkişafında əsas amillərin birinə çevrilib. Çünki istənilən dövlətin,xalqın taleyi, müxtəlif coğrafi amillərə və geosiyasi güc mərkəzlərinin bu məkanda tutduğu mövqe,atdığı addımlar və yeritdiyi siyasətdən asılıdır. Azərbaycanın regionların formalaşmasına təsir göstərmək gücündə olan geosiyasi məkandır. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və hərbi-strateji mühitinin formalaşmasında

Azərbaycanın yürütdüyü milli, regional və beynəlxalq siyasət vacib amillərdəndir. Ölkənin regionda gedən əksər geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi isə bu siyasətin əsas istiqamətindən biri və milli maraqlarının qorunmasıdır. Avrasiyanın mühüm əhəmiyyətə malik geosiyasi bölgələrdən biridə Qərb və Şərq əlaqələridə keçid – körpü rolunu oynayan Xəzər – Qara dəniz hövzəsi və Cənubi Qafqazdır. Avrasiyanın Mərkəzi Asiya hissəsi Avropa və Asiya nəqliyyat kommunikasiya dəhlizinin Asiya hissəsini təşkil edirsə, Xəzər



  • Qara dəniz hövzəsi və Cənubi Qafqaz onun Avropa hissəsini təşkil edir. Avrasiyanın Avropa hissəsinin ən böyük dövləti Rusiyadır. Rusiyadan başqa bu bölgədə Azərbaycan, Türkiyə, Ukraniya, Ruminya, Bolqarıstan, Gürcüstan və başqaları yerləşir. Bu ölkələr siyasi inkişafı demokratik transformasiya və Qərbə inteqrasiya baxımından Orta Asiya ölkələrindən daha irəlidədir. Hövzə ölkələrindən Polşa, Ruminya, Bolqarıstan və Türkiyə Şərqi Avropa dövlətləri çərçivəsində artıq bütün parametrləri üzrə Qərbin iqtisadi,siyasi və hərbi təhlükəsizlik sisteminə inteqrasiya olunmuş hesab edilir.

Azərbaycanın xarici siyasət istiqamətləri və proitetləri sırasında Avropa və Asiyanın qovşağında yerləşən subregion ölkələri ilə münasibətlər həmişə xüsusi yer tutub.

Avrasiya geostrateji və geosiyasi əhəmiyyətinə görə dünyanın bütün aparıcı dövlətlərinin, qloballaşma və inteqrasiya mərkəzlərinin, beynəlxalq və regional təşkilatların diqqətini daim özünə cəlb etmişdir.



  1. Avropa ilə Asiyanın qovşağında Azərbaycanın yerləşməsi onu dünyanın əsas kommunikasiya (su, quru və hava) dəhlizləri kimi tanıtmış və transmilli bir faktora çevirmişdir;

  2. Ərazi xarakteristikası (təbbi xammal mənbələri ilə zənginliyi, mühüm geostrateji əraziləri), əmək resuslarının potensialı (ucuz işçi qüvvəsi, istehsalat, satış bazarları imkanlarının genişliyi, transmilli

inkişafa meyilliyi və s.) dünya enerji və xammal ehtiyatlarının böyük qisminə malik olması və s. onun transmilli geostrateji əhəmiyyətini artırmışdır.

Eyni zamanda beynəlxalq sülh, təhlükəsizlik üçün kəsb etdiyi əhəmiyyət nəzərə alınmaqla bu bölgənin dünya siyasətinin mərkəzinə çıxartmışdır. Bu da müvafiq olaraq ABŞ və onun Avropa müttəfiqlərini (NATO, Avropa İttifaqı), Cənub-Şərqi Asiyanın Çin, Yaponiya, Cənubi Asiyanın Pakistan və Hindistan, regionun Rusiya, İran, Türkiyə kimi böyük dövlətlərini bu bölgədə öz siyasətini yürütməyə sövq etmişdir. Avrasiyanın geosiyasi xarakteristikası, dünya ölkələrinin bölgədə təmsil olunan və toqquşan maraqları, regional münasibətlərin vəziyyəti və inkişaf meyilləri, Rusiyanın geosiyasi maraqları, onun bölgə ölkələri ilə münasibətlərinin xarakteri və s. haqqında məsələləri klassik rus geosiyasətçilərindən tutmuş, “köhnə” və “yeni Avrasiyaçılar” adlanan cərəyanların nümayəndələri də daxil olmaqla əksər rus alimləri öz əsərlərində geniş təhlil etmişdir.

Avrasiyanın dünya siyasətində oynadığı müasir geosiyasi, hərbi- geostrateji və geoiqtisadi rolu ABŞ politoloqu Zbiqnev Bjezinski də çox yüksək dəyərləndirmişdir. Makinder kimi Bjezinski də hesab edir ki, qlobal dünyanın gələcək geostrateji, geoiqtisadi və transmilli siyasi maraqları Avrasiya məkanında həll olunacaqdır. Lakin Makinderdən fərqli olaraq, Bjezinski yeni minillikdə dünyanın taleyinin hesab olunan Şərqi Avropada” deyil, daha çox Xəzər-Qara dənizləri hövzəsi və Cənubi Qafqazda həll olunduğu qənaətinə gəlir. Müəllif ABŞ-ı və Qərb dünyasını öz əsas güclərini bu bölgəyə yönəltməyə, regionun yeni müstəqil ölkələrinə dəstək verməyə, onları Rusiyanın geosiyasi təsir dairəsindən azad edərək, qərbə inteqrasiya etdirməyə çağırır. Z. Bjezinskinin fikrincə, Qərb ilk növbədə bölgənin Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan kimi müstəqil siyasət yürüdən dövlətlərinin transmilli geosiyasi və geoiqtisadi layihələrini dəstəkləməli

və onların vasitəsilə özünün bu bölgədəki strateji mövqelərini gücləndirməlidir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin