Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Azərbaycan beynəlxalq münasibətlər sistemində



Yüklə 0,97 Mb.
səhifə31/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

Azərbaycan beynəlxalq münasibətlər sistemində

Azərbaycan müstəqillik qazandığı ilk illərdən etibarən beynəlxalq təşkilatlarla əlaqələr qurmağa və bu əlaqələri dərinləşdirməyə çalışmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında – Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri haqqında 119-cu maddəsində yazilib: “Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;

maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir”.

Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı ilk növbədə ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsini tələb edir ki, bu zaman da əsas istiqamətlərdən biri beynəlxalq iqtisadiyyatı tənzimləyən müxtəlif təşkilatlarla əlaqələri genişləndirməkdən ibarət olmalıdır.

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimAByyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.(Cədvəl - 14)





Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. Azərbaycan Respublikasının Prezidenti, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Azərbaycan Prezidenti çıxışında qlobalizasiya mövzusuna toxunmuş və qlobalizasiyanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir. 2003-cü ilin sentyabrında isə Azərbaycan Respublikasının Baş Naziri BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur.

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNİDO) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. (Cədvəl -15.)

Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmiz- lənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdiril- məsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa Birliyinin (AB) Müstəqil

Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP həmi siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan Hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.

BMTİP Azərbaycanda 1993-cü ildən fəalliyət göstərir. Azərbaycan üzrə iki Ölkə Əməkdaşlıq Çərçivələri sənədi qəbul edilmişdir. Hazırda 2-ci Ölkə Əməkdaşlıq Çərçivələri sənədi (12-23 iyun 2000-ci il) həyata keçirilir. Sənəd 2000-2004-cü illəri əhatə edir və ümumilikdə 26 milyon ABŞ dollarının ayrılmasını nəzərdə tutur.

Azərbaycan Respublikası 1993-cü ildən BMSİT-in (UNIDO) üzvüdür. Təşkilatla Azərbaycanın əməkdaşlıq istiqamətlərini müəyyən edən sənəd kimi BMSİT-lə Azərbaycan arasında imzalanmış Memorandum xüsusi qeyd edilməlidir. Belə ki, 5 iyun 2000-ci ildə tərəflər arasında “Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanmışdır. Hal-hazırda təşkilat Azərbaycanda sənaye şəhərciyinin yaradılması layihəsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq edir.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəm- ləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT- nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara

bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Azərbaycan 18 sentyabr 1992-ci il tarixindən BVF-nun üzvüdür. Fonda üzv qəbul edilərkən ilkin kvotamız 117 mln. SDR (168 mln. ABŞ dolları) olmuş, 2000-ci ilin yanvar ayının 28-dən etibarən isə kvotamıza yenidən baxılmış və artırılaraq 160,9 milyon SDR-ə çatdırılmışdır (Bu dövrdə 1 SDR = 1.35 ABŞ dolları olmuşdur).

Respublikamız BVF-na üzv qəbul edilən müddətdən iqtisadi islahatların həyata keçirilməsi istiqamətində Fondun yaxından iştirakı ilə altı proqram hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. BVF tərəfindən bu proqramların həyata keçirilməsi üçün ölkəmizə 546.7 milyon ABŞ dolları məbləğində kredit ayrılmışdır.

Azərbaycan Hökuməti Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıqda bir sıra sahələrdə iqtisadi islahatların həyata keçirilməsində mühüm irəliləyişlərə nail olmuşdur, o cümlədən Hesablama Palatası yaradılmış, yeni Büdcə Sistemi haqqında Qanun qəbul edilmiş, Neft Fondu yaradılmış və onun şəffavlığı təmin edilmiş, vergi və gömrük idarəetmə sistemləri təkmilləşdirilmiş habelə bank nəzarəti sistemi gücləndirilmişdir, Hökumət və Milli Bank sağlam pul-kredit və büdcə siyasətlərini həyata keçirməkdədir.

Azərbaycan 1992-ci ilin sentyabrında Dünya Bankına, 1995-ci ilin martında Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olmuşdur. Eyni zamanda, Azərbaycan 1992-ci ildə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinə, 1995-ci ildə isə Beynəlxalq Maliyyə Korpora- siyasına qoşulub.

1995-ci ildən etibarən Dünya Bankı bazar iqtisadiyyatına keçid üzrə islahat proqramlarının həyata keçirilməsi, makroiqtisadi stabilləşdirmə və neft gəlirlərinin idarə edilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yardım, infrastrukturun (su, irriqasiya, avtomobil yolları) bərpa edilməsi, təhsil və səhiyyə, enerji sektoruna

investisiyaların cəlb edilməsi sahəsində tədbirlər, dövlət sektorunda islahatlar, kənd təssərrüfatında və ümumiyyətlə qeyri-neft sektorunda artım və yeni iş yerlərinin açılması sahələrində Azərbaycana yardım etməkdədir.

Bu günə qədər Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 22 layihə üzrə 585 milyon ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bunun 392 milyon ABŞ dolları artıq layihələr çərçivəsində istifadə olunmuşdur. Qalan 193 milyon ABŞ dolları isə hazırda icrada olan layihələr çərçivəsində istifadə olunur. Bundan başqa icrası başa

Azərbaycan Respublikası Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə də əməkdaşlıq edir.



    1. Yüklə 0,97 Mb.

      Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin