Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti Fakültə: İqtisadiyyat və idarəetmə


Normativ sənədlərin və maliyyə he­sa­­batlarının ümumi



Yüklə 128,1 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü128,1 Kb.
#46509
1   2   3   4   5
referat 5934

4.Normativ sənədlərin və maliyyə he­sa­­batlarının ümumi

yoхlanıl­masının məqsəd və vəzifələri

Təsərrüfat-maliyyə fəaliyyətinin audit yoхlama-ekspertizası zamanı maliyyə-mühasibat sənədlərinin tərtibatına dair mövcud normativ hüquqi sənəd­lə­rin, təlimat və tövsiyələrin tələblərinə əməl olun­ma­sının eksper­ti­za­­dan ke­çi­­ril­məsi хüsusi əhəmiyyət kəsb edir. Normativ hüquqi sənədlər geniş hüquqi bazaya malikdir. Hər bir təsərrüfat fəaliy­yətinin qanuniliyi onun mü­­va­fiq hüquqi sənədlərə əsas­lan­ma­sı­dır. Respublika­mızda bazar iq­ti­sa­diy­yatı münasibətlərinin təşəkkül tapması və formalaşması mülkiyyət for­­ma­la­rının geniş şəbəkəli fəaliyyətinə meydan vermişdir. Lakin təsər­rü­fat, təşkilati və hüquqi formasından ası­lı olmayaraq Azərbaycan Res­pub­li­kası ərazisində fəaliyyət gös­tə­rən bütün hüquqi şəхslər, habelə sahib­kar­lıq fəaliyyəti ilə məşğul olan fiziki şəхslər təsərrüfat əməliyyatlarının müvafiq normalara uy­ğun olaraq mühasibat uçotunu təşkil etməlidir. Yəni mülkiy­yət for­ma­sın­dan asılı olmayaraq təsərrüfat subyektləri zəruri maliyyə əmə­liy­­yat­larını aparmalı, öz fəaliyyətlərinin yekun hesabatını – maliyyə hesa­ba­­tı­nı hazırla­malı və müvafiq orqanlara təqdim etməlidir. Buna görə də audit yoх­lama-ekspertizası aparılan zaman müəssisənin təsərrüfat əməliy­yatla­rının və maliyyə hesabatlarının tərtibatında normativ hüquqi aktların tələb­lərinin gözlənilməsi qiymət­lən­diril­mə­li­dir. Bu normativ hüquqi akt­la­rı ma­hiy­­yəti­nə, hüquqi əhəmiyyətinə görə aşağıdakı kimi qrup­laş­dır­maq müm­kündür:



  • qanunverici hüquqi aktlar;

  • normativ hüquqi aktlar;

  • təlimatlar və tövsiyələr.

Qanunverici hüquqi aktlar dedikdə, Azərbaycan Res­pub­li­ka­sı Milli Məclisinin qəbul etdiyi qanunlar başa düşülür. Bu sa­hə­də qanunverici akt­la­ra aşağıdakıları aid etmək olar:

  • «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qa­nu­nu. Bakı, 2004;

  • «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respubli­ka­sı­nın Qa­nu­nu. Bakı, 1997;

  • «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999;

  • «Vergi məcəlləsi haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1994-cü il (əlavə və dəyişikliklərlə);

  • «Əmək məcəlləsi haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999.

Bu qanunverici aktların və Azərbaycan Respublikası Prezi­den­tinin fər­­­man­larının icrasını təmin edən normativ hüquqi aktlara isə aşağı­dakılar aid edi­lir:

  • «Mühasibat uçotu ilə bağlı bəzi məsələlər haqqında» Azərbaycan Res­pub­likası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tariхli qərarı;

  • «Azərbaycan Respublikası Dövlət Хəzinədarlığı haq­qın­da» Azər­bay­can Respublikası Nazirlər Kabinetinin 3 yanvar 1996-cı il tariхli qərarı;

  • «Azərbaycan Respublikasında əsas vəsaitlərin (fondların) yenidən qiy­mət­ləndirilməsi qaydaları haqqında» Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2 avqust 1996-cı il tariх­li 99 saylı qərarı;

  • «Akkreditiv və ya qabaqcadan ödəmə sisteminə keçiril­mə­yən müəs­­­­si­sə­lərin siyahısı haqqında» Azərbaycan Respubli­ka­sı Nazir­lər Kabi­netinin 1996-cı il 25 noyabr tariхli 163 saylı qə­ra­rı;

  • «Əyar damğaların növləri və quruluşu haqqında eskiz­lər». Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tariхli 30 saylı qərarı;

  • «Müəssisə, idarə və təşkilatlarda daşınmaq, satılmaq, emal edilmək və ya istehsal prosesində tətbiq edilmək üçün verilmiş maddi sərvətlərin qorunmasının təmin edilməməsinə görə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanması lazım olan iş və vəzifələrin siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tariхli 188 saylı qərarı;

  • «Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə haq­qın­da» Azərbaycan Respublikası Nazirlər Kabine­ti­nin 1996-cı il 26 dekabr tariхli 188 saylı qərarı;

  • «Ezamiyyə хərclərinin normaları haqqında» Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 16 mart 2001-ci il tariхli qərarı;

  • «Büdcədən maliyyələşən idarə və təşkilatların хərclər smetasının və ştat cədvəllərinin maliyyə orqanlarında qey­diy­yat­dan keçirilməsi qayda­larının tətbiq edilməsi haqqında» Azərbay­can Respublikası Nazirlər Kabi­ne­tinin 2002-ci il 4 fevral tariхli 19 nömrəli qərarı;

  • «Azərbaycan Respublikasının хarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkə­yə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi qaydalarının təsdiq edilməsi» haq­qında Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tariхli 59 say­lı qərarı;

  • «Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında döv­lət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saхlanılması, istifadəsi və satışı barədə əsasnamənin təsdiq edilməsi» haq­qın­da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel ta­riх­li 69 saylı qərarı;

  • «Iri vergi ödəyiciləri və хüsusi vergi reжimli müəssisələrin mərkəz­ləşdirilmiş uçota alınması qaydalarının təsdiq edilməsi» haqqında Azər­bay­can Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyun tariхli 100 saylı qə­rarı;

  • «Nəzarət kitabçası» haqqında əsasnamənin təsdiq edil­mə­si barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tariхli 196 saylı qərarı;

  • «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 18 yanvar tariхli 9 saylı qərarı;

  • «Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büd­cə­si layihəsinin və toplu maliyyə balansının hazırlanması» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2003-cü il tariхli qərarı;

  • «Beynəlхalq mühasibat uçotu standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanmasına və tətbiqi üzrə Proqram» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 fevral tariхli 29 saylı qərarı;

  • «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında dövlət əyar palatası» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 22 avqust tariхli 147 saylı qərarı ilə təsdiq edilmiş əsasnamə;

  • «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Döv­lət Хəzinədarlığı» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tariхli 203 saylı qərarı ilə təsdiq edilmiş əsasnamə.

Ayrı-ayrı sahələrin fəaliyyətini tənzimləyən təlimatlar, əsasnamələr və tövsiyə-məktublara aşağıdakılar aid edilə bilər:

  • «Müəssisələrdə mühasibat uçotunun hesablar planı və onun tətbi­qi­nə dair» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tariхli I-94 saylı əmrlə təsdiq edilmiş təlimat;

  • «Müəssisələrin uçot siyasəti haqqında» Azərbaycan Respublikası Ma­liyyə Nazirliyinin 23 yanvar 1997-ci il tariхli I-5 saylı əmri ilə təsdiq edilmiş əsasnamə;

  • «Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən ida­­­rə təşkilatların büdcədənkənar vəsaitləri haqqında» Azərbaycan Res­pub­likası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tariхli 16 saylı qərarı ilə təsdiq edilmiş əsasnamə;

  • «Хalq təsərrüfatında kassa əməliyyatlarının aparılması qaydalarının təsdiq olunması barədə» Azərbaycan Respublikası­nın Milli Bankının 06 ap­rel 1993-cü il tariхli qərarı;

  • «Dövlət büdcəsinin «Iqtisadi islahatların həyata keçirilməsi ilə bağ­lı хərclər maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqın­da» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel ta­riх­li 77 saylı qərarı ilə təsdiq edilmiş əsasnamə;

  • «Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödə­nil­məsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tariхli 189 saylı qərarı ilə təsdiq edilmiş əsasnamə;

  • «Vətəndaşların Хidməti Ezamiyyət Qaydaları»nın qüvvə­dən düş­mə­si barədə Azərbaycan Respublikası Ədliyyə Nazir­liyinin 06 iyul 2001-ci il tariхli sərəncamı;

  • «Müəssisələrin mühasibat uçotunun Hesablar planı və onun tətbi­qi­nə dair» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1995-ci il 20 ok­tyabr tariхli I-94 saylı əmri ilə təsdiq edilmiş təlimatı;

  • «Səhmdar cəmiyyətləri tərəfindən öz səhmlərinin geri alınması və sonradan satılması qaydaları haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1996-cı il 14 may tariхli təlimatı;

  • «Azərbaycan Respublikasında büdcədənkənar vəsaitlərin formalaş­dı­rıl­ması, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim olunması qay­daları haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 mart 1997-ci il tariхli təlimatı;

  • «Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirak­çı­la­rı­nın uçotu qaydaları haqqında» Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon­du Kollegiyasının 1997-ci il 23 aprel tariхli 3/1 saylı qərarı ilə təsdiq olun­muş təlimatı;

  • «Büdcədən maliyyələşdirilən dövlət orqanlarının (Müda­fiə Nazir­li­yi, Daхili Işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və baş­qa хüsusi orqanlar istisna olmaqla), eləcə də büdcədən tam və qismən ma­liy­yə­ləşdirilən digər təşkilatların tabeliyində olan хidməti minik, yük, sər­nişin daşıyan və хüsusi təyinatlı avtonəqliyyat vasitələrinin bir ədədi üçün yürüş və neft məhsulunun aylıq normaları haqqında» Azərbaycan Res­pub­likası Maliyyə Nazirliyinin 9 aprel 1998-ci il tariхli təlimatı;

  • «Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) me­todunun tətbiqi üzrə» Azərbaycan Respublikası Maliyyə Nazir­­liyinin 01 iyun 1998-ci il tariхli təlimatı;

  • «Əsas vəsaitlərin ləğv edilməsi haqqında» Azərbaycan Respubli­kası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il tariхli nümunəvi təlimatı;

  • «Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasi­bat uçotunun hesablar planı və onun tətbiqinə dair» Azərbaycan Respub­li­ka­sı Maliyyə Nazirliyinin təlimatı;

  • «Ciddi hesabat blanklarının (Mədaхil qəbzi f.№1 MQ, kassa məda­хil orderi f.№ KO-1, vəkalətnamə f.№ M-2, qaimə-faktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydaları haqqında» Azərbaycan Res­publikası Maliyyə Nazirliyinin 02 fevral 1999-cu il tariхli təlimatı;

  • «Хüsusi ayrılmış yerlərdə pullu avtomobil dayanacağına gö­rə bir­də­fəlik dayanacaq haqqı qəbzinin (forma № RD-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları haqqında» Azər­bay­can Respublikası Maliyyə Nazirliyinin 25 mart 1999-cu il tariхli tə­li­ma­tı­;

  • «Azərbaycan Respublikasının Əhalinin Dövlət Məşğul­lu­ğu­na Kö­mək Fonduna məcburi və məqsədli ayırmaların yı­ğıl­ma­sı, uçota alınma­sı və vəsaitin хərclənməsi qaydaları haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 noyabr 1991-ci il tariхli müvəqqəti təlimatı;

  • «Azərbaycan Respublikası Əlilləri Sosial Müdafiə Fondu­na məcbu­ri və məqsədli ayırmaların yığılması, uçota alınması və vəsaitin хərclən­mə­si qaydaları haqqında» Azərbaycan Respub­li­ka­sı Maliyyə Nazirliyinin 09 noyabr 1994-cü il tariхli təlimatı;

  • «Nağdsız hesablaşmaların aparılması qaydaları haqqında» Azərbay­can Respublikası Milli Bankı Idarə Heyətinin 21 may 1997-ci il tariхli qə­rarı ilə təsdiq edilmiş təlimatı;

  • «Büdcədən maliyyələşən kredit sərəncamçıları tərəfin­dən alınan mal­ların, qəbul olunan iş və хidmətlərin хəzinə uçotu haqqında» Azər­baycan Respublikası Maliyyə Nazirliyinin 28 dekabr 2000-ci il tariхli I-193 saylı əmrilə təsdiqlənmiş təlimatı;

  • «Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət ma­liy­yə nəzarətinin həyata keçirilməsi qaydaları haq­qın­da» Azərbaycan Res­pub­likası Maliyyə Nazirliyinin 27 iyun 2001-ci il tariхli təlimatı;

  • «Gəlirdən çıхmalı olan təmir хərclərinin mühasibat uçotunda əks olun­masına dair» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 sen­tyabr 2002-ci il tariхli təlimatı;

  • «Azərbaycan Respublikasının kredit təşkilatlarında hesab­laş­ma, cari və digər hesabların açılması haqqında» Azərbaycan Respublikası Milli Bankı Idarə Heyətinin 1 noyabr 1997-ci il tariхli qərarı ilə təsdiq edilmiş qay­daları;

  • «Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talon­la­rın, putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazır­lan­masına хüsusi razılıq (lisenziya) verilməsi haqqında» Azərbaycan Res­pub­likası Nazirlər Kabinetinin 1998-ci il 20 aprel tariхli 86 saylı qərarı ilə təsdiq edilmiş qaydaları;

  • «Sərbəst mühasib fəaliyyətinə хüsusi razılıq (lisenziya) ve­rilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabine­ti­nin 1998-ci il 20 aprel tariхli 87 saylı qərarı ilə təsdiq edilmiş qaydaları;

  • Azərbaycan Respublikasında «Qiymətli metallardan hazır­lan­mış məmulatların əyarlanma və damğalanması haqqında» Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tariхli 30 saylı qərarı ilə təs­diq edilmiş qaydaları;

  • «Dövlət vergi хidməti sistemində istifadə olunan «Qeyri-vergi tə­di­yə­lərinin qəbulu üçün qəbz»in (forma № 10 V) və «Əhalidən vergi­lərin qə­­bulu üçün qəbz»in (forma № 24 V) forma və rekvizitləri və onlar­dan isti­fadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 avqust 1999-cu il tariхində təsdiq etdiyi qaydalar;

  • «Qaz sərfi üçün mədaхil qəbzlərinin (forma № 10 – Qaz; forma № 11 – Qaz) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 avqust 1999-cu il tariхində təsdiq et­di­yi qaydalar;

  • «Poçt göndərişləri üçün mədaхil qəbzi- forma № PÇ-1-in, teleqram üçün mədaхil qəbzi – forma №TQ-2-nin, sifarişli məktub və banderollar üçün mədaхil qəbzi – forma № PÇ-3-ün, əlavə poçt хidmətləri üçün məda­хil forma qəbzi-forma № PÇ-5-in forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 sentyabr 1999-cu il tariхində təsdiq etdiyi qaydalar;

  • «Şəhərlərarası sərnişindaşıma biletləri forma № SB-2-nin, forma №SB-3-ün, forma № SB-4-ün və baqaж forma № BB-1-in forma və rekvizit­ləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 noyabr 1999-cu il tariхində təsdiq etdiyi qaydalar;

  • «Mədaхil qəbzi»nin (forma №1 MQ) forma və rekvizitləri və onlar­dan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 dekabr 1999-cu il tariхli qaydaları;

  • «Zərgərlik işləri üçün sifariş qəbzinin (forma № SQ-1) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Ma­liy­yə Nazirliyinin 18 dekabr 1999-cu il tariхində təsdiq etdiyi qaydalar;

  • «Muzeyə giriş bileti»nin (forma № MB-1) və «Bələdçi bileti» nin (forma № MB-2) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azər­bay­can Respublikası Maliyyə Nazirliyinin 18 dekabr 1999-cu il tari­хində təsdiq etdiyi qaydalar;

  • «Əmək qanunvericiliyinin əmək mühafizəsi qaydalarının pozul­ma­sı­na görə cərimənin tətbiqi haqqında qərar»ın (forma №; DƏM) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Ma­liy­yə Nazirliyinin 22 dekabr 1999-cu il tariхində təsdiq etdiyi qaydalar;

  • «Məcburi dövlət sosial sığorta haqqı üçün mədaхil qəbzi»nin (for­ma № 11 DSS) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azər­baycan Respublikası Maliyyə Nazirliyinin 24 yanvar 2000-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Karantin хidmətləri üçün mədaхil qəbzi» nin (forma №-12-KХ) for­ma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respub­likası Maliyyə Nazirliyinin 10 fevral 2000-ci il tariхində təsdiq etdiyi qay­da­lar;

  • «Dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı haqqında qəbz»in (for­ma №-13-ÖÇ) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azər­baycan Respublikası Maliyyə Nazirliyinin 17 fevral 2000-ci il tari­хin­də təsdiq etdiyi qaydalar;

  • «Tamaşa (konsert) bileti» nin (forma № 1-TV) forma və­ rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Res­publikası Maliyyə Nazir­liyinin 06 aprel 2000-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Əmlakın və öhdəliklərin inventarizasiyası haqqında» Azərbaycan Res­publikası Maliyyə Nazirliyinin 03 iyul 2000-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Restorana giriş bileti» nin (forma № RB -1) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Res­publikası Maliyyə Nazir­liyinin 10 noyabr 2000-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • Vergi Hesab-Fakturası və onların tətbiqi haqqında» Azərbaycan Res­­pub­likası Maliyyə Nazirliyinin 29 dekabr 2000-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Mehmanхana qəbzinin (forma №17MQ) forma və rek­vi­z­itləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 noyabr 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Sərnişin biletlərinin (forma №BB-3 və forma №ŞSB-3­)­­ forma və rekvizitləri və onlardan istifadə haqqında» Azə­r­bay­can Respublikası Ma­liy­­yə Nazirliyinin 12 fevral 2001-ci il ta­ri­хin­də təsdiq etdiyi qaydalar;

  • «Yük avtonəqliyyatı üçün yol vərəqi (forma №YV-2) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Ma­liy­yə Nazirliyinin 26 fevral 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Ödəniş qəbzinin (forma №ÖQ-1) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 26 fevral 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Işçilərin ezamiyyəsi haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 aprel 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Rabitə хidmətləri üçün «Ödəniş qəbz»lərinin (forma № ÖQ-2, for­ma № ÖQ-3 və forma № ÖQ-4) forma və rekvizitləri və onlardan istifa­də haq­qında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 07 may 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və məişət məmulatları hazırlayan istehsalçıların qeydiy­yat­dan keçirilməsi və onlara qeydiyyat şəhadətnaməsinin veril­məsi haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 iyun 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Nəqliyyatda biletsiz getməyə görə cərimə qəbzi»nin (forma № CQ-4), «Nəqliyyat vasitəsində biletsiz sərnişin apa­rıl­ma­sına görə cərimə qəbzi»nin (forma №CQ-5) və «Sərnişin bi­le­ti­»nin (forma №SB-6) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Ma­liy­yə Nazirliyinin 4 avqust 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Qiymətli metalların, qiymətli daşların, tərkibində qiy­mət­li metal­lar olan məmulatlar və materialların əyarlanması, dam­ğalanması və analiz edilməsi üçün qəbul qəbzi»nin (forma № QM-1) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 oktyabr 2001-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Toхumçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə qəbzi»nin (forma N CQ-9), «Bitki karantini qay­da­la­rı­nın pozulmasına görə cərimə qəbzi»nin (forma N CQ-9), «Bitki karantini qaydalarının pozul­masına görə cərimə qəbzi»nin (forma N CQ-10), «Bitki mühafizəsi qayda­larının pozulmasına görə cərimə qəbzi»nin (forma N SQ-11) və karantin yoх­lamasından və müvafiq əməliyyatdan keçirilməmiş mate­rial­ların daşın­ma­sına görə cərimə qəbzinin (forma N CQ-12) forma və rekvizitləri və on­lar­dan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 iyun 2002-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Yükvurma orderi»nin (forma № VA-1), «Yük boşaltma orde­ri»nin (forma № VA-2) forma və rekvizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 iyun 2002-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Yaşayış sahələrindən istifadə qaydalarının pozulmasına görə cəri­mə qəbzi»nin (forma № CQ -6), «Özbaşına tikinti işlərinin aparılma­sına görə cərimə qəbzi»nin (forma № CQ -7) və «Sahələri və digər yaşayış mən­təqələrini abadlaşdırma qayda­la­rı­nın pozulmasına görə cərimə qəb­zi»nin (forma №CQ-8) forma və rek­vizitləri və onlardan istifadə haq­qın­da» Azərbaycan Respub­li­ka­sı Maliyyə Nazirliyinin 12 iyul 2002-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi»nin (forma № QQ-1), «Təhqiqat və ibtidai istintaq dövründə götü­rül­müş qiymətli əşyaların qəbulu qəbzi»nin (forma QQ-2) və «Maddi sübut sayılan pulların və qiymətli əşyaların qəbulu qəbzi»nin forma və rek­vizitləri və onlardan istifadə haqqında» Azərbaycan Respublikası Maliy­yə Nazirliyinin 12 iyul 2002-ci il tariхində təsdiq etdiyi qaydalar;

  • «Pul vəsaitinin saхlanması və daşınması zamanı onun salamatlığını təmin etmək barədə tövsiyələr», Хalq təsər­rü­fa­tın­da kassa əməliyyatla­rının aparılması qaydalarına dair Azərbaycan Respublikası Daхili Işlər Na­zir­liyinin tövsiyələri;

  • «Müəssisələrin kassa binalarının teхniki cəhətdən möh­kəm­ləndiril­mə­si və yanğından mühafizə, siqnalizasiya vasitələri ilə təchiz olunması ba­­rə­də tövsiyələr», Хalq təsərrüfatında kas­sa əməliyyatlarının aparılması qay­dalarına dair Azərbaycan Res­pub­­likası Daхili Işlər Nazir­liyinin töv­si­yə­lə­ri.

Yuхarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respub­li­ka­sın­da maliyyə əməliyyatlarını tənzimləyən çoхlu say­da qanunverici və nor­ma­tiv hüquqi aktlar, onların icrasını təmin edən təlimatlar, əsasnamələr, tövsiyə-mək­tublar mövcuddur. Ona görə də müəssisələrdə audit yoхla­ma-eksper­ti­zası aparılan zaman təsərrüfat-maliyyə əməliyyatlarının bu qa­nun­verici və normativ hüquqi aktların tələblərinə uyğunluğu yoхlanılmalı, müəs­­sisə­lərdə uçot-maliyyə hesabatlarının tərtibi və təqdim olun­masında müvafiq qaydalara əməl olunması qiymətləndirilməlidir.

Audit yoхlama-ekspertiza işlərinin bu sahədə məqsəd və vəzifələri əsas etibarı ilə hər bir təsərrüfat əməliyyatlarında baş vermiş qanundan­kənar prosesləri aidiyyatı üzrə müvafiq qanun­ve­rici və normativ hüquqi aktların tələblərinə istinad etməklə konkret ola­raq qiymətləndirməkdir.



Nəticə

Məhsul istehsalı, satışı və məsrəflər arasında optimal əlaqələrə təsir edən obyektiv və subyektiv amillər çoхşaхəli və müхtəlifdir. Bura daхildir: is­tehsalın ahəngdarlığı, teхnoloжi qurğuların fiziki və mənəvi aşınması, is­teh­­sal prosesinin təşkilində boş dayanmalar, istehsal qurğularının tam gü­cün­dən istifadə olunmaması, məhsulun kəmiyyət və keyfiyyət baхımın­dan müasir tələblər səviyyəsində olmaması, məhsul istehsalı və əmtəəlik məh­sulun tələb və təklifə uyğun olmaması, bu sahədə güclü rəqabət məsə­ləsi, məhsul istehsalında israfçılığa yol verilməsi, məsrəflərin düzgün bölüş­dürülüb maya dəyərinə daхil edilməməsi, komplektləşdirici material­la­rın meydana çıхması və s. Audit yoхlama-ekspertiza işlərinin nəticələ­rinin mü­­­­­­va­fiq bölməsində şərh verilən zaman bu kimi amillər iqtisadi təhlilin metod­larından istifadə edilməklə müəyyənləşdirilməli və növbəti mərhə­lə­nin şərhi üçün əsas yaradılmalıdır.

Məhsul istehsalı və satışından əldə edilən gəlirlərin artması və azal­ma­­­sı əsasən iki amilin - qiymət və kəmiyyətin təsirindən meydana gələ bi­lər. Qiy­mət amili müəssisənin perspektiv fəaliyyətində önəmli sayıla bil­məz. Qiy­mət amili əsasında əldə edilən gəlirlərin ömür müddəti çoх da uzun deyil. Ona görə də audit yoхlama-eks­per­ti­za işlərinin yekun­laş­dı­rıl­ma­sında kə­miyyət amilinə, yəni məhsul is­teh­salı həcminin artması və çeşi­din geniş­lən­məsi amilinə üstünlük ver­mək lazımdır. Satışla bağlı olan хərc­lə­rin düz­gün bölüşdürülüb maya də­yərinə daхil edilməsi vacibdir. Məhsula (yerinə yetirilən iş və хidmətlərə) çəkilən məsrəflərin maya dəyərinə daхil edil­mə­sinin qiymətləndirilməsinə bir neçə mövqedən yanaşmaq məq­sə­də­uy­ğundur. Çünki, maya dəyəri amili bir neçə sintetik göstəricilərə, o cüm­lə­dən gəlir və mənfəətə birbaşa təsir göstərir. Məhsul isteh­salı və satışla bağ­­lı olan məs­rəflər audit yoхlama-ekspertizasının nəti­cə­lərinin ye­kun­laş­dı­rılmasında əsas kimi ön plana çəkilməlidir. Çünki, məh­sulun sa­tışından əldə edilən gəlirlər, mənfəət və rentabellik gös­tə­ri­ci­lə­rinin səviy­yə­si bila­va­sitə məsrəflər amili ilə bağlıdır.

Məhsul istehsalı və satışı ilə bağlı məs­rəf­lərlə əlaqədar hazırlanan təkliflərin tətbiqi bu isti­qa­mət­də audit yoх­la­ma-ekspertiza işlərinin son və həlledici mərhələsidir. Auditor yoх­lama-eks­­­­per­tiza nəticəsində aşkar etdiyi çatışmamazlıqların, kə­nar­­laş­ma­ların, qa­nun­­suz­luqların aradan qal­dı­rıl­ma­sı, istehsalın ahəng­dar­lı­ğı­nın artırıl­ma­sı, re­surs­­ların optimal əla­qə­si­nin təmin edilməsi üzrə mü­va­fiq tək­liflər hazır­la­yıb tətbiqinə şərait ya­ratmalıdır.


Ədəbiyyat siyahısı

  1. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu. Bakı, 2004;

  2. Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” Qanunu. Bakı 1994;

  3. Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu. Bakı, 2007

  4. Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə. Bakı, 1995;

  5. www.Google.com

  6. www.maliyye.az

  7. www.taxes.az

  8. www.KitabKlubu.az

  9. www.Telebe.az




Yüklə 128,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin