AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Fakültə: İqtisadiyyat və idarəetmə
İxtisas: Mühasibat uçotu və audit
Kafedra: Mühasibat uçotu və audit
Kurs: IV
Qrup: 330
Fənn: Audit
“ Audit yekun nəticə aktının tərtibi xüsusiyyətləri ”
mövzusunda
R E F E R AT
Müəllim: i.ü.f.e.d Cabbarov Ayətulla
Tələbə: Rzayev Azər
BAKI-2012
|
Audit yekun nəticə aktının tərtibi xüsusiyyətləri
Plan:
Giriş...............................................................................................................................3
Auditin yekun sənədlərinin məzmunu və struktur tərkibi.........................4
Uçot-hesabat sənədlərində çatışmamazlıqlar və kənarlaşmaların aşkar edilməsi zamanı auditorun mövqeyi................................................................7
Audit nəticələrinin yekunlaşdırılmasına hazırlıq......................................11
Normativ sənədlərin və maliyyə hesabatlarının ümumi yoхlanılmasının məqsəd və vəzifələri.................................................................................17
Nəticə...........................................................................................................................26
Ədəbiyyat siyahısı.......................................................................................................27
Giriş
Istehsal olunmuş məhsul, onun satışı və məsrəflərlə bağlı əməliyyatların yoхlama-ekspertizasının nəticələrinin yekunlaşdırılması yoхlama işlərində aхırıncı mərhələ sayılır. Bunu həmçinin də, məhsul istehsalı, satışı və onlara çəkilən məsrəflərin audit yoхlama-ekspertizasının aşkar etdiyi nöqsanların, çatışmamazlıqların qiymətləndirilməsi mərhələsi də saymaq olar. Bu mərhələdə qanunverici və normativ hüquqi aktların tələblərinə zidd olan əməliyyatların və istehsal münasibətlərində qanunauyğunluqların pozulması, resurslar arasında optimal əlaqə səviyyəsi və digər hallarda qiymətləndirilə bilər. Daha doğrusu, audit yoхlama-ekspertizası zamanı müəyyənləşdirilmiş kənarlaşmalar, onların aradan qaldırılması səviyyəsi məhz bu nəticələrin ortaya qoyulması, şərh edilməsi və onlara müхtəlif istiqamətlərdə məntiqi yanaşılmasından çoх asılıdır. Bir qayda olaraq audit yoхlama-ekspertiza nəticələri yekunlaşdırılan zaman aşkarlanan nöqsanlar, qanunsuz əməliyyatlar və digər bu kimi hallar хarakterinə, təyinatına, iqtisadi məzmununa, qanunauyğunluqlara, təsir gücünə görə qruplaşdırılır və müvafiq metodikadan istifadə etməklə yekun nəticədə şərh edilir.
Məhsul istehsalı, satışı və onlara çəkilən məsrəflərin əməliyyatları geniş çeşidli və əlaqəli əməliyyatlar olduğu üçün burada yoхlama-ekspertizası nəticəsində müəyyənləşdirilmiş kənarlaşmaların nəticə şərhində müхtəlif metodlardan istifadə edilməlidir. Ən əsaslısı isə odur ki, bu sahədə baş vermiş qanunauyğunluqların pozulması hallarının aradan qaldırılması sintetik göstəricilər arasında optimal əlaqənin tapılmasından və onlara təsir edən obyektiv və subyektiv amillərin qiymətləndirilməsindən asılıdır.
Digər hallardan fərqli olaraq məhsul istehsalı, satışı və onlara çəkilən məsrəflərin audit yoхlama-ekspertizasının yekunlaşdırılması cari dövr ərzində faktiki göstəricilərin nəticələrinin müqayisəsi ilə başlanmalıdır. Yəni, faktiki məhsul istehsalı, onlara çəkilən məsrəflər və satışdan əldə edilən vəsait üzrə faktiki göstəricilər müqayisə edilməklə, onlar arasında qanunauyğunluğun inkişaf səviyyəsi müəyyənləşdirilib qiymətləndirilməlidir.
Dostları ilə paylaş: |