Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə71/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   67   68   69   70   71   72   73   74   ...   160
Beynelxalq marketinq muhazire

4. Qiymət sistemi və onun təsnifatı.

İqtisadiyyat sahəsində fəaliyyət göstərən bütün qiymətlər bir – biri ilə qarşılıqlı əlaqədə və asılılıqda, həm də üzvi vəhdətdə olmaqla, qiymət sistemini təşkil edirlər. Bu sistem çoxsaylı və müxtəlif bazar amillərinin təsiri altında daimi olaraq dəyişkən vəziyyətdə olur.

Qiymət sistemi bir – biri ilə qarşılıqlı əlaqədə və qarşılıqlı fəaliyyətdə olan ayrı – ayrı və müxtəlif qiymət bloklarından təşkil edilir. Mövcud ədəbiyyatlarda bu bloklardan ən əsasları və vacibləri kimi aşağıdakılar qeyd edilir:


  • Topdansatış qiymətləri;

  • Tikinti materialları üzrə olan qiymətlər;

  • Tədarük qiymətləri;

  • Pərakəndə satış qiymətləri;

  • Nəqliyyat və rabitə üzrə tariflər.

Qiymət sisteminə isə daxil olan bütün qiymətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyəti 2 əsas vacib şərtlə bilavasitə bağlıdır: Birincisi, bütün qiymətlər vahid metodoloji əsasa ( dəyər, tələb və təkif qanunlarına ) görə formalaşır. İkincisi, müxtəlif istehsal sahələrinə mənsub olan təsərrüfatçılıq subuyektlərinin fəaliyyətləri bilavasitə qiymətlərlə bağlıdır. Odur ki, həmin qiymətlər də qarşılıqlı əlaqədə olurlar.

Bir sıra iqtisadi əlamətlərindən asılı olaraq, bütün qiymətlər növlərinə və yarımnövlərinə görə təsnifləşdirilir.

Mütəxəssislər, ilk əvvəl, bütün qiymətləri onların xidmət göstərdikləri sahələrin və iqtisadi sferaların özünəməxsus xüsusiyyətlərindən asılı olaraq aşağıdakı kimi təsnifləşdirirlər:


  • Tikinti materialları üzrə qiymətlə;

  • Tədarük qiymətləri;

  • Yük və sərnişin nəqliyyatları üçün tariflər;

  • Xarici ticarət mal dövriyyəsinə xidmət edən qiymətlər;

  • əhaliyə göstərilən pullu xidmətlərin tarifləri.

İstehlakçı ilə istehlakçının məhsul satışında əlaqə səviyyəsindən asılı olaraq məhsulun qiymətləri topdansatış qiymətlərinə və pərakəndə satış qiymətlərinə ayrılırlar.

Qiymət bazar tədqiqatları kompleksinin ən mühüm elementi sayılır. O, daim nəzarətdə olan faktorlar qurupuna aid olub, əsas göstərici kimi çıxış edir. Zəif inkişaf etmiş ölkələrin biznesində qiymət strategiyasının zəif olması ilk növbədə qiymətin müəyyən edilməsində xərc strukturlarının uyğunsuzluğundan irəli gəlir. Bundan əlavə firmanın hazırlamış olduğu qiymət strategiyası firmanın ümumi strategiyası ilə zəif şəkildə əlaqələndirilir.Bunun əsas səbəblərindən biri bazara təsir edən faktor kimi qiymətdən kifayət qədər istifadə olunmamasıdır.

Keyfiyyət baxımından firmanın strategiyasını hazırlamaq məqsədilə bazarın konyukturu,yeni əmtəələrin istehsalı haqqında zəruri informasiyalar toplanır,tıdqiq edilir və həmçinin satışın optimal təşkili ilə bağlı təkliflər hazırlanır. Bazar haqqında toplanmış informasiyaların təhlili əsasında müəssisə öz strategiyasını işləyib hazırlayır. Bu çərçivədə əvvəlki bazarlarda yeni alıcılara köhnə xidmətlər göstərilməsi (nüfuzetmə, kök salma strategiyası), inkişaf strategiyası (əmtəələrin yeni bazarlarda satışı), yeni əmtəələrin satış strategiyası (əldə edilmiş və ya inhisara götürülmüş bazarlarda yeni əmtəələrin satışı),diversifikasiya strategiyası (bazarın yeni seqmentlərinə yeni əmtəələrin çıxarılması) həyata keçirilir.Firma hər hansı konkret straegiyanı seçərkən bu strategiyaya uyğun xüsusi qiymət siyasəti də hazırlayır.Bazarın tələbləri firmaları məhsul satışı şərtlərini daim öyrənməyə istiqamətləndirir.

Qiymət strategiyası daha çox firmanın ümumi strateji konsepsiyası əsasında formalaşır.Bu konsepsiyada perspektiv inkişaf planları öz əksini tapır.Strateji planlaşdırma firmaların məqsədi və vəzifələrinin formalaşması prosesi olub,zəruri resusların əldə edilməsi və müəssisənin gələcəkdə səmərəli işini tımin etmək məqsədilə onun bölüşdürülməsi üçün müəyyən olunan spesifik strategiyanın seçilməsidir.Strateji planlaşdırma prosesi idarəetmədə bütün qərarların qəbul edilməsində mühüm iqtisadi vasitə kimi çıxış edir.Planlaşdırma prosesi öz-özünə reallaşmır.Onun təşkil olunması və formalaşması zəruri xarakter daşıyır.Firmanın bazar strategiyasının formalaşması şəraitində iqtisadi faktorların qiymətləndirilməsi, firmanın nüfuzu, alıcılara xidmətin keyfiyyəti, yeni texnologiyaların və məhsul növlərinin hazırlanması,firmanın təşkilati sturukturunun təkmilləşdirilməsi, məhsulun satış sistemi, əsas müştəri kontigenti də daxil olmaqla mövcud strateji nailiyyətlər potensialının təhlil edilməsi məqsədəuyğun hesab edilir.Firmanın bazar strategiyasına inkişaf etmiş ölkələrin təcrübəsində olduğu kimi qarşəya qoyulmuş məqsədin nail olmasına yönəldilən kompleks tədbirlər sistemi və marketinqin bütün iqtisadi tədbirlər sistemi daxildir.Hazırlanmış strategiya firmanın mövqeyindən çıxış etməklə bilavasitə onun fəaliyyətinə rəhbərlik edir.

Qiymətin müəyyən edilməsi bir neçə mərhələlərin həyata keçirilməsini nəzərdə tutur: qiymət siyasətinin məqsədlərinin müəyyən edilməsi; tələbin təhlili; xərclərin təhlili; bazarda tərəf müqabili olan digər istehsalçıların əmtəə təkliflərinin və məhsullara qoyduqlrı qiymətlərin öyrənilməsi; qiymətlərin əmələ gəlməsi və qiymətqoyma metodlarının seçilməsi; qiymətlərin səviyyəsi ilə bağlı yekun qərarların qəbul edilməsi.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin