3. «Beynəlxalq marketinq»in əsas prinsipləri.
Marketinq bu və ya digər dərəcədə insanların mənafelərinə toxunur. Ancaq bu insanların bir-birinə zidd gələn məqsədləri ola bilər.
Bunu aşağıdakı sadə misalla izah edək.
Alıcı - bir nəfər hər hansı əmtəyə tələbatını ödəmək məqsədi ilə mağazaya gəlir və müxtəlif çeşidli əmtəə görür və özünə suallar verir:
-Əmtəənin çeşidi kifavət qədər genişdirmi? -Əmtəə ona lazım olan keyfıyyətlərə malikdirmi?
-Qiymət münasibdirmi, onu almağa maliyyə imkanı çatırmı?
-Satıcnın ona müvafıq olan əmtəəni seçmək üçün kömək göstəremək istəyi varmı və o, yaxşı xidmət göstərən şəxs təsiri bağışlayırmı?
Alıcı istəyir ki, əmtəəni ona münasib qiymətlərlə, yüksək keyfıyyətlə və bazarlıq üçün daha rahat yerdə təklif etsinlər. Belə bir şəraitdə marketinq sistemi alıcınm razı qalması üçün çox şey edə bilər və etməlidir.
Dostları ilə paylaş: |