Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq ticarət əməliyyatlarının növləri



Yüklə 0,65 Mb.
səhifə10/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   6   7   8   9   10   11   12   13   ...   160
Beynelxalq marketinq muhazire

2. Beynəlxalq ticarət əməliyyatlarının növləri.

Beynəlxalq ticarət əməliyyatları (BKƏ) 2 qrupa bölünür:



  1. əsas kommersiya əməliyyatları; bu əməliyyatlar təmənnalı əsaslarla həmin əməliyyatların iştirakçıları (müxtəlif ölkələrin kontragenləri) arasında keçirilir.

  2. Tənzimedici (əlavə) kommersiya əməliyyatları; bu əməliyyatlar bilavasitə məhsulların satıcıdan (istehsalçıdan) alıcıya (istehlakçıya) çatdırılması ilə əlaqədar olur.

Əsas ticarət əməliyyatlarına aşağıdakılar aid edilir:

  • Material - əşya formasında olan məhsulların mübadiləsi (kommersiya ixracı və idxalı) üzrə olan əməliyyatlar;

  • Elmi – texniki biliklərin tədavülü üzrə (patentləri, lisenziyaların,“ Nou – hau ” və s.)

  • Texniki xidmətlərin tədavülü üzrə (məsləhət və inşaat injinirinq);

  • Icarə;

  • Beynəlxalq turizim üzrə;

  • Informasiya və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətinin göstərilməsi üzrə;

  • Kinofilmlərin və teleproqramların tədavülü üzrə.

Təminedici (əlavə) ticarət əməliyyatlarına isə aşağıdakılar daxildir:

  • Beynəlxalq yük daşımaları üzrə;

  • Nəqliyyat – ekspeditor əməliyyatları;

  • Yüklərin sığortalanması üzrə;

  • Beynəlxalq daşınmalarda yüklərin saxlanılması üzrə;

  • Beynəlxalq hesablaşmaların aparılması.

Bu əməliyyat “məhsul hərəkəti əməliyyatı” adını almışdır.

Beynəlxalq ticarətin subyektləri kimi aşağıdakılar çıxış edir:

dünya ölkələri; regional inteqrasiya qrupları; transmilli və çoxmilli şirkətlər.



Beynəlxalq ticarətin obyektləti kimi insan əməyinin məhsulları - əmtəə və xidmətlər fərqləndirilir.

Geniş mənada əmtəə mübadilə üçün istehsal edilmiş və hər hansı bir ictimai ehtiyacı ödəmək üçün nəzərdə tutulmuş predmetdir. Bu anlayış çərçivəsində xidmətlər də əmtəə hesab edilə bilərlər.

Dar mənada əmtəə ictimai ehtiyacı ödəyən, mübadilə üçün istehsal edilmiş, görünən və hiss edilən insan əməyi predmetidir.

Xidmət isə ictimai ehtiyacı ödəməyə istiqamətlənmiş, mübadilə üçün istehsal edilmiş, lakin görünməz və hissedilməz insan əməyi predmetidir.

Lakin heç də bütün əmtəələr və xidmətlər beynəlxalq mübadilənin obyekti kimi şıxış etmirlər. Buna görə də ticarət edilə bilən və bilinməyən əmtəələr anlayışları fərqləndirilir.



Ticarət edilə bilən əmtəələr dedikdə müxtəlif ölkələr arasında hərəkət edə bilən əmtəələr nəzərdə tutulur. Onların qiymətləri həm daxili, həm də dünya bazrlarında tələb və təklifin qarşılıqlı təsiri ilə müəyyən edilir.

Ticarət edilə bilinməyən əmtəələr isə istehsal olunduğu ölkədə istehlak edilən və ölkələr arasında hərəkət etməyən əmtəələr başa düşülür. Onların qiyməti milli çərçivədə mövcud olan tələb və təklif nisbəti ilə müəyyən edilir.

Ticarət edilə bilən və bilinməyən əmtəələr qrupları Cədvəldə fərqləndirilmişdir.

Cədvəl .Ticarət edilə bilən və bilinməyən əmtəələr

Əmtəə qrupları

Əmtəə tipləri

  1. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

  2. Hasilat sənayesi

  3. Emaledici sənaye

Ticarət edilə bilən

  1. Kommunal xidmətlər və tikinti

  2. Topdan və pərakəndə satış, restoranlar və mehmanxanalar

  3. Nəqliyyat, rabitə və maliyyə vasitəçiliyi

  4. Müdafiə və məcburi sosial xidmətlər

  5. Təhsil, səhiyyə və ictimai işlər

  6. Digər kommunal, sosial və şəxsi xidmətlər

Ticarət edilə bilinməyən

Beynəlxalq ticarətin obyekti kimi əmtəə və xidmətlərin çıxış etdiyini nəzərə alsaq onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə beynəlxalq ticarəti fərqləndirmək olar.

Əmtəələrlə beynəlxalq ticarət müxtəlif ölkələrin əmtəə istehsalçıları arasında beynəlxalq əmək bölgüsü əsasında meydana gələn əlaqələr formasıdır.

Xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.

Ən ümumi hesablamalara görə dünya təsərrüfat əlaqələrinin məcmu həcminin təxminən 80%-i beynəlxalq ticarətin payına düşür.






Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin