2. İqtisadi inteqrasiyanın formaları.
Başqa iqtisadi hadisə və proseslər kimi iqtisadi inteqrasiya da daimi hərəkətdə və dəyişməkdədir. Hər bir inteqrasiya qruplaşmasının iqtisadi modeli uzun tarixi bir prosesin süzgəcindən keçir. Təsərrüfat kompleksini formalaşdıran ayrı-ayrı ünsürlərin nisbəti və onların qarşılıqlı əlaqələri müəyyənləşdirilir. Odur ki, hər bir regional inteqrasiya öz növbəsində unikaldır və onun təcrübəsinin mexaniki qəbul edilməsi düzgün deyildir. Bütün bunlarla yanşı bir çox ticarət-iqtisadi qruplaşmalarının fəaliyyətinin müqayisəli təhlili göstərir ki, regional iqtisadi inteqrasiyaların inkişafı müəyyən qanunauyğunluqlara əsaslanır.
Hər bir inteqrasiya prosesi müəyyən mərhələdən keçir, hər mərhələnin özünə məxsus səciyyəvi cəhətləri; intensivlik dərəcəsi, dərinliyi, miqyası və s. vardır.
İnteqrasiya prosesi də digər proseslər kimi sadədən mürəkkəbə doğru inkişaf edir. İnteqrasiya prosesinin klassik təsnifatını Amerika alimi B.Balaşi vermişdir. Balaşi ilk əvvəl əməkdaşlıqla inteqrasiyanı bir-birindən fərqləndirmişdir. O, göstərirdi ki, əməkdaşlıq fəaliyyətində müxtəlif ayrı-seçkiliklər azaldılır. İnteqrasiya prosesində isə ümumiyyətlə hər cür ayrı-seçkilik aradan qaldırılır. B.Balaşi inteqrasiyanın 5 formasını (yaxud 5 mərhələ təşkil etməsini) fərqləndirmişdir. Hər bir forma haqqında ayrıca müqavilə-razılaşma aparılır.
Bunlar aşağıdakılardır:
Azad ticarət zənası ;
Gömrük ittifaqı ;
Ümumi bazar ;
İqtisadi və valuta ittifaqı ;
Tam iqtisadi inteqrasiya ; Hər bir formanı nisbətən təfsilatı ilə şərh edək.
Dostları ilə paylaş: |