Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə127/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   123   124   125   126   127   128   129   130   ...   160
Beynelxalq marketinq muhazire

-reklamın iqtisadi məqsədi

-reklamın qeyri-iqtisadi (kommunikativ) məqsədi

Reklamın iqtisadi məqsədi bilavasitə (birbaşa) məhsul alışı ilə əlaqədardır. Reklamınkommunikativ məqsədi isə məhsulun alışına dolayı yolla istiqamətləndirilir.

Reklam planlaşdırılmasının əsas həlledici tərkib hissələrindən biri reklam büdcəsinin planlaşdırılması hesab edilir.

Reklam göndərişinin və sərlövhənin tərtibatçısı potensial alıcıları çox yaxşı təsəvvür etməli, onun mövcud və gələcək tələbatlarını o dərəcədə yaxşı bilməlidir ki, onları reklam vasitəsilə söhbətə cəlb edə bilsin. Bunun üçün o aşağıdakıları bilməlidir:



  • Şəxsiyyət tipi kimi onun barəsində dolğun məlumata malik olmalı və haqqında çox şey bilməlidir;

  • Onun davranış qaydalarını, maraqları, təlabatlarını tam dərk etməli və onların ödənilməsini təmin edə biləcək reklam sərlövhəsi və mətni hazırlamalıdır;

  • Özünü tanımadığı, lakin reklam vasitəsilə təmasa cəlb etmək istədiyi alıcının qoymalı, onun nöqteyi – nəzərindən reklama yanaşmalıdır.

Yeni məlumatlar həmişə müsbət emosiyalar oyadır, ona görə də yeni məlumatı istehlakçı göz ucu görsə də belə, onda bütün reklam oxumaq həvəsi yaradır. Müsbət emosiyalar əmtəəyə olan inamsızlıq maneəsinin aradan qaldırılmasına kömək edir, alıcının şüurunda köhnə əmtəədən ayrıla bilməmək hissini azaldır.

Reklam mətnləri onu oxuyanlarda yalnız o vaxt müvəffəqiyyət qazandıracaq ki, orada hər bir insanın problemlərinin həllindən söhbət açılsın. Mətnin quruluşunda mühüm amillərdən biri də istehlakçıya yeni əmtəə barədə məlum olan və məlum olmayan məlumatların yerləşdirilməsinin optimal münasibəti təmin olunsun. Belə ki, əgər mətndə məlum olmayan bir şey yoxdursa, onun haqqında təəssürat xoş olmayacaqdır. Əksinə, əgər reklamda məlum olan heç nə yoxdursa, əlaqə mümkün olmayacaqdır. Ona görədə reklamda həmişə məlum şeylərdən başlamaq lazımdır.

Hər bir reklam onu oxuyanlarla özünəməxsus dialoq formasıdır. Reklam müəllifi reklamın potensial alıcının fəaliyyətinin fəallaşması və istiqamətləndirilməsi üçün hazırlandığını nəzərə alaraq, onun məqsədə yönlülüyünə xüsusi diqqət yetirməlidir.

Reklam mətni hazırlayarkən müəllif nəzərdə tutmalıdır ki, baxmayaraq o reklam göndərişi ilə yüzlərlə, minlərlə və milyonlarla adama müraciət edir, ama bu göndərişi hər dəfə ayrı –ayrı adamlar qəbul edir. Ona görədə reklam öz nəzakətliliyi ilə ağıllı və maraqlı həmsöhbətlə etibarlı danışığı xatırlatmalı və kürsüdən çıxışa oxşamamalıdır. Öz nəzakətliyinə görə reklam göndərişi xüsusi cəzbetmə gücünə malikdir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin