5. Reklam üslubunun tərtibi.
Beynəlxalq reklamın daha təsirli olmasının vacib şərtlərindən biri də reklamın üslubudur. Reklam nəzəriyyə və praktikasında üslub deyəndə reklam göndərişinin sərlövhəsi ( başlığı )nəzərdə tutulur. Bunun adi sərlövhədən fərgi,çox yüksək həyacan yaradan elementlərlə bol olması, əmtəəni almaq barədə təxirəsalınmaz fəaliyyətə çağıran güclü, gizli mənanın olmasıdır.
Reklamın planlaşdırılması. Reklam fəaliyyətinin səmərəli təşkili və həyata keçirilməsinə bir çox subyektiv və obyektiv amillər təsir göstərir.Odur ki,reklam fəaliyyətinin planlaşdırılması işinə başlamazdn əvvəl həmin amillərə ciddi diqqət yetirmək vacibdir.Bu amillərin sırasına:
demoqrafik (əhalinin sorğusu,dindirilməsi)amillər müəssisənin marketinq üzrə mütəxəssisi(marketoloqu) müəssisənin istehsal etdiyi məhsulu almaq arzusunda olan əhali(alıcı,müştəri) haqqında ətraflı informasiyalar (onların yaşayış yerləri,təhsil səviyyələri,yaş xarakteristikaları,ailə strukturları,gəlirlərinin səviyyəsi,sosial vəziyyətləri vəs) toplamalıdır.
iqtisadi amillər-potensial alıcıların iqtisadi vəziyyətləri ətraflı araşdırılmalı və təhlil edilməlidir
ətraf mühit amilləri
sosial mədəni amillər
Reklam sahəsində nəzərdə tutulmuş və sistemləşdirilmiş perspektiv fəaliyyət öz əksini rekalm planlarında tapır.Adətən bu plan bir il müddətinə tərtib edilir.Bunun üçün ilk əvvəl, reklamın məqsədi formalaşdırılır.Onlar planın xarakteristikalarını qiymətləndirmək məqsədilə ümumi miqyasları (obyekti,subyekti,vasitələri dövrü və reklam büdcəsini) müəyyən edir.Planlaşdırmanın yekunu ,yəni son nəticəsi reklam proqramıdır.
Reklam proqramının planlaşdırılmasının əsas istiqaməti:hansı reklam fəaliyyəti hansı məhsul üçün olacaq?Reklam fəaliyyəti hansı məqsədli qrup üçün nəzərdə tutulur? Və bu fəaliyyət nə vaxt həyata keçiriləcək?və s suallara verilmiş cavablara əsasən müəyyən edilir.Planlaşdırma prosesi çoxpilləli xarakter daşıyır.Belə ki,reklamın məqsədi (əsas ideyası,onun məğzi, çatdıracağı əsas fikir və ayrıca informasiya) dəqiq, aydın və arqumentləşdirilmiş qaydada müəyyən edildikdən sonra, onun hansı reklam vasitəsinin köməyi (elan,radio ilə müraciət,kataloq,reklam məktubu) ilə verilməsinin daha yaxşı olmasının müəyyənləşdirilməsi zəruridir.
Müəssisənin ümumi strategiyası ilə bilavasitə bağlı olan reklam fəaliyyətini sistemləşdirmək üçün bazarla əlaqədar olan çox geniş əhatəli informasiyanın olması zəruridir.Bu informasiyalara aşağıdakıları aid etmək olar:bazarın bolluq(doldurulma) dərəcəsi(səviyyəsi) ,məhsulun həyat tsiklinin(dövrünün) mərhələləri,rəqiblərin fəaliyyəti,məqsədli qrupların xarakteristikası,reklam daşıyıcılarının qiymətləri və s.Bu informasiyalar bazarın tədqiqinin gedişi zamanı əldə edilir.İnformasiya texnologiyasının inkişafı və tərəqqisi ilə əlaqədar olaraq,reklamın planlaşdırılmasında marketinqin cəmləşdirilmiş informasiya sistemindən istifadə etməyə əlverişli imkan yaradır.
Əgər,reklam konsepsiyası kənarda(reklam agentliklərində yaxud məsləhətçilərin köməyi ilə) işlənib hazırlanırsa da,bu zaman zəruri olan bütün informasiyalar brifinqin hissələri formasında təqdim edilir.Lassvelin məşhur kommunikasiya tövsiyyələrini daha da inkişaf etdirən tanınmış alman alimləri E.Dixtl və X.Xerşgen aşağıdakı sualların xüsusi əhəmiyyətini qeyd edirlər:
Reklam nə üçün keçiriləcək(reklamın məqsədi)?
Nə reklamlaşdırılır(reklamın obyekti)?
Hansı fəaliyyətə nail olunacaq(reklamın məqsədi)?
Reklam kimə istiqamətləndirilib(məqsədli qrupa)?
Harada reklam etmək lazımdır(məqsədli sahə)?
Sərəncamda hansı vasitələr var(reklam büdcəsi)?
Hansı informasiya vasitələrindən istifadə etmək zəruridir(reklam daşıyıcıları)?
Reklam hansı ardıcıllıq formasında verilməlidir(reklam vasitəsi)?
Nə verilməlidir(reklam müraciəti)?
Reklam nə vaxt verilməlidir və s.
Reklam müəssisənin məqsədlərinə nail olunmasına özünün töhfəsini verməlidir.Mövcud ədəbiyyatlarda reklamın məqsədinin 2 növü qeyd edilir:
Dostları ilə paylaş: |