Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə135/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   131   132   133   134   135   136   137   138   ...   160
Beynelxalq marketinq muhazire

3. Biznesin qloballaşması ənənələri.

«Qloballaşma» anlayışı elmi dövriyyəyə yaхın vaхtlarda daхil edilmişdir. Belə bir fikir mövcuddur ki, ilk dəfə bu termin elmi nəşrlərdə 1983-cü ildə istifadə olunmuşdur. Bu terminin mənşəyi latın sözü «qlobus» (Yer, yer kürəsi) ilə bağlıdır. Bu anlayış haqqında ədəbiyyat aхını fonunda ciddi elmi təhlil aparılan fəlsəfi-nəzəri əsərlərin qıtlığı gözə çarpır. Sözü gedən fenomen daha çox iqtisad və sosiologiya elmləri tərəfindən tədqiq edilmişdir.

Qloballaşma mövzusunda son dövrlər­də istər Azərbaycanda, istərsə də xarici öl­kə­lər­də çox müx­tə­lif səpkili tədqiqat əsərləri çap olunmuşdur. Bu prob­lem üzrə ölkə­miz­də nəşr olunan ən sanballı əsər Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma döv­rünün tələbləri” adlı monoqrafiyasıdır. Bu əsər­də həm ölkə daxilində, həm də beynəlxalq miq­yas­­da gedən proseslərin səciyyəsi ve­rilmiş və ümu­miy­yətlə qloballaşma haqqında elmi-nəzəri təlimlərin məğ­­zi açıqlanmışdır. Bununla belə, bəşəriyyəti na­rahat edən bir sıra problemlərin başqa prizmalardan da açıqlanmasına böyük eh­tiyac vardır. Xüsusən dünyanın ən böyük dövlətlərindən olan Ru­siyanın mövqeyi çox önəmlidir. Keçmiş sosialist məkanından dün­yaya açılan pəncərədən baxdıqda, müasir Qərb prioritetlərinə də nə kimi fərqli münasibətlər ola biləcəyini təsəvvür etmək mümkün olur.

Yeni iqtisadi münasibətlər sisteminə sosialzmdən keçən bir öl­kə ola­raq Azərbaycanın yaşadığı sosial-iqtisadi təbəddülatlar və inkişaf pers­pek­tiv­ləri MDB ölkələri ilə xeyli dərəcədə ox­şar­dır. Lakin bununla belə, təkcə Ru­siya və Azərbaycan üçün, hətta bü­tün keçmiş sosialist platforması üçün deyil, bütövlükdə bə­şə­riy­yət üçün təhlükə törədə biləcək qlobal problem­lə­rin birgə səy­lər­lə öyrənilməsinə böyük ehtiyac vardır.

Tanınmış Rusiya fəlsəfəçisi, professor A.N.Çumakovun “Qlo­ballaş­ma. Bütöv dünyanın kon­turları” adlı monoqrafiyası məhz bu baxımdan bö­yük elmi-nəzəri və fəlsəfi dəyərə malikdir.

Qloballaşma prosesinin məğzini düzgün anlamaq üçün ilk növ­bədə sivilizasiya və mədəniyyət (culture) anlayışlarının fərq­lən­­dirilməsi lazımdır. Belə ki, ümumplanetar miqyas kəsb edən əs­lində sivilizasiyadır, çünki o, öz təbiəti etibarı ilə bütün bəşə­riy­yətin inkişafını ifadə edən prosesdir. Mə­də­niy­yət, xüsusən, mə­­nəvi mədəniyyət isə müxtəlif xalqlar üçün fərqli olur. La­kin bu­na baxmayaraq, təəssüf ki, bir çox tədqiqatçılar qloballaşmanı məhz milli mədəniyyətləri də əhatə etdiyini göstərməyə çalışırlar. Mə­sələn, S.Han­tinqton sivilizasiyanı dil və dinlə əlaqələn­dir­mək­lə mədəniyyət və si­vi­lizasiya arasındakı fərqi faktiki olaraq nə­zər­dən qaçırmış olur. Digər ame­ri­kan ideoloqu Piter L.Berqer də uy­ğun mövqedən çıxış edir. Təsadüfi de­yil­dir ki, onların birgə re­dak­torluğu ilə nəşr olunmuş “Çoxüzlü qlo­bal­laş­ma. Mü­asir dün­ya­da mədəni müxtəliflik” adlı kollektiv monoqrafiya da hə­min ide­­ya əsasında yazılmışdır. Burada, məsələn, mədəni qloballaş­manın hind va­riantından, Macarıstanda, Türkiyədə, Çilidə mə­də­ni qloballaşmadan bəhs edən məqalələr toplanmışdır.[2] Belə çıxır ki, hər bir xalq öz yolu ilə qlo­bal­laş­maya doğru gedir. Yəni bu ha­disə heç də məhz Amerikadan başlayan və bü­tün dünyaya transfer edilən bir proses olmayıb, bütün ölkələrin mə­də­niy­yətlərini ehtiva edir və bu zaman hər bir xalq özü sanki qloballaşmanın bir subyekti olur.



Qloballaşma fenomeni əslində dörd mərhələli tarixi bir prosesdən keçib: sənətkarlıq, manufaktura, mexanikləşmə və avtomatlaşdırma[2].

  • Sənətkarlıq dövründə əmək ən əhəmiyyətli istehsal vasitəsi olub. Bazarda əmtəə-əmtəə mübadiləsi hökm sürüb.

  • Manufaktura mərhələsində isə əmək sahibi, əvəzində istehsal etdiyinin bir qismini almaq şərti ilə əməyini satır və ya müəyyən bir əmək haqqı alırdı.

  • Mexanikləşmə dövründə əmək gerçək mənada ilk dəfə texnologiya ilə tanış oldu. XIX əsrin 80-ci illərində gerçəkləşən məhsuldarlıq inqilabı, bu mərhələdə fəhləni (proletariatı) işçiyə çevirdi. Mexanikləşdirmə böyük ölçüdə əməyi əvəz etməyə başladı. Dolayısı ilə əmək keyfiyyət dəyişdirərək müxtəlif mexaniki qurğuları, ehtiyatları, nasazlıq və problemləri nəzarətdə saxlayan bir mövqeyə gəldi.

  • Avtomatlaşdırma mərhələsində isə daha əvvəl aşağı keyfiyyətli əməyin gördüyü və ya görə bilmədiyi demək olar ki, bütün işləri müasir robotlar artıqlaması ilə yerinə yetirirlər.

1950-ci illərdə idarəetmə inqilabı gerçəkləşdi. A. Tofflerə görə, sənətkarlıq və manufaktura mərhələlərini əhatə edən əkinçilik inqilabı (birinci dalğa) ən əhəmiyyətli istehsal faktoru olaraq torpaq və əməkdən istifadə etməkdə idi. Mexanikləşmə və avtomatlaşdırma mərhələlərini əhatə edən sənaye inqilabı (ikinci dalğa) isə kapitalı ən əhəmiyyətli istehsal faktoru halına gətirdi. Təqribən XX əsrin 90-cı illərindən yaşanan üçüncü dalğa isə istehsal prosesində informasiyanın əsas rol oynadığı dövrdür. Yaşanan prosesdə əmək yekcins və standart olmaqdan çıxaraq informasiya işçisi, menecer, bəşəri və sosial kapital, fiziki işçi kimi müxtəlif şəkillərə bürünüb. Hazırda qloballaşma adlandırılan proses müxtəlif dövrlərdə müxtəlif xalqlar, hətta müəyyən şəxslər tərəfindən həyata keçirilib. Makedoniyalı İsgəndərin, Atillanın o vaxt məlum olan demək olar ki, bütün əraziləri işğal etməsi, müəyyən tarixi dövrlərdə müəyyən dillərin hegemonluğu (Yunan, Latın, Ərəb və s.) mahiyyətcə qloballaşma sayıla bilər. Sadəcə bugünkü qloballaşma özünün həyata keçirilmə vasitələrinə görə fərqlənir. Əgər daha əvvəllər qloballaşma silah, qorxu vasitəsi ilə həyata keçirilirdisə, hazırda bu informasiya vasitəsilə həyata keçirilir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin