Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə153/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   149   150   151   152   153   154   155   156   ...   160
Beynelxalq marketinq muhazire

5. Beynəlxalq bazarların seçilməsi.

Beynəlxalq Kapital bazarı daha uzunmüddətli (ilkin ödəmə tarixi 1 il və daha çox olan) borc alətləri və səhmlərin satıldığı bazardır.

Səhm öz sahibinə müəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız növüdür. Məsələn, əgər bir şəxs müəssisənin səhmlərinin 1%-nə malikdirsə, deməli o müəssisənin vergilər çıxıldıqdan sonra gəlirinin 1%-ni əldə etmək hüququna, habelə səhmdarların iclasında 1%-lik səs hüququna malikdir. Səhmin emitenti yalnız səhmdar cəmiyyət ola bilər. Səhmin üzərində müddəti yazılmadığından o uzunmüddətli qiymətli kağız hesab olunur.

Səhmlərin 2 növü bir-birindən fərqləndirilir: adi və imtiyazlı səhmlər. Adi səhmlər hər biri eyni nominal dəyərli olmaqla onun sahiblərinə eyni həcmdə hüquqlar verir. (əksər ölkələrin qanunvericiliyə görə onların xüsusi çəkisi 90%-dən çox ola bilməz). İmtiyazlı səhmlər imtiyazlı səhm sahibinin səsvermə hüququ yoxdur. Lakin, müəssisə iflasa uğradığı təqdirdə ilk növbədə imtiyazlı səhm sahibləri qarşısındakı öhdəliklər yerinə yetirilir.İmtiyazlı səhm eyni zamanda müəssisənin təsərrüfat fəliyyətinin nəticələrindən asılı olmayaraq ona sabit faiz şəklində dividendlər əldə etmək hüququ verir.

Valyuta bazarında valyutalar tələb və təklifdən asılı olaraq alınıb – satılır. Valyuta bazarı rəsmi mərkəz rolunu oynayır və bütün əməliyyatlar orada aparılır. Valyuta bazarındakı beynəlxalq əməliyyatların aparılmasının əsasında beynəlxalq ticarət, xidmət, turizm, xüsusi köçürmələr və s. zamanı yaranmış beynəlxalq hesablaşmaların həyata keçirilməsi durur. Hazırda «tənzim» edilən valyuta kursu ilə hesablaşmalara keçirilməsi ilə əlaqədar olaraq valyuta bazarının və onun yerinə yetirmiş olduğu əməliyyatların həcmi sürətlə artmışdır. Bunun əsas səbəbi bir tərəfdən təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi, digər tərəfdən isə pul və valyuta tədavülünün xarakterinin dəyişməsi ilə bağlıdır.

Valyuta kurslarına müxtəlif qiymətlər qoyulması bankların bir – biri ilə ticarıt etməs nəticəsində yaranır. Valyuta bazarı banklar arasındakı zənglər də radiosiqnallar arasında yaranır. Valyuta bazarında təcrübəli dilerlər müxtəlif banklarda çalışırlar, qiymətli kağızlar valyuta və qiymətli metalların alqı – satqısını təşkil etməkdə vasitəçi olurlar. Onlar arasında işgüzar əlaqələr yaradırlar. Hər bir iri bank özünün valyutalarının qiymətini müəyyən edir və başqa partnyorlarla hansı məzənnə ilə ticarət aparmağa hazır olduğunu göstərir. Alıcı banklar telefon vasitəsi ilə başqa banklarla əlaqə yaradır və əlverişli təklif əsasında saziş bağlayır. Sonra isə sazişi təsdiq edən sənədlər göndərilir.

Banklararası bazarda valyuta ticarətində iri agentlik iştirak edir. Valyuta bazarı sözün qisa mənasında xüsusi instutsional mexanizm olub, xarici valyutaların alqı və satqısı zamanı yaranmış münasibətlərin banklar arasında sazişlər formasında həyata keçirilməsi kimi başa düşülür.

Valyuta bazarı sözün geniş mənasında təkcə onun subyektləri arasındakı münasibətləri deyil, eyni zamanda banklar və müştərilər arasındakı münasibətləri əhatə edir. Valyuta bazarının xüsusiyyəti ondan ibarətdir ki, burada əməliyyatlar xarici ticarət , beynəlxalq turizm, investisiyanın maaliyələşdirilməsi müxtəlif ölkələrin bankları vasitəsilə beynəlxalq valyuta haqq – hesabı əsasında aparılır. Bir xüsusiyyəti də ondan ibarətdir ki, burada pul vahidləri bir – birinə əks istiqamətdə xüsusi müxbir hesablarında saxlanılır.

Əmtəə bazarı dedikdə istehsal və istehlak xarakterli əlamətləri ilə müəyyənləşən əmtələrin və əmtəə qruplarının reallaşdırılması sferası başa düşülür.

Bazarın təsnifatlaşdırılması əmtəələrin maddi natural formaya malik olması ilə izah edilir. Tədqiqat prosesində istehlak məhsulları fərqləndirilir.

Əmtəə bazarının təsnifləşdirilməsinin müxtəlif və çoxsaylı əlamətləri mövcuddur. Bu və ya digər əlamətlərdən istifadə tədqiqatın məqsədindən asılıdır. Bazarın tədqiq olunması üçün birinci dərəcəli əhəmiyyətə malik olanların üzərində dayanaq.

Əmtəə bazarının ən mühüm əlamətlərindən biri onun müəyyən ərazini əhatə etmə dairəsidir. Tədqiqat zamanı daxili bazar xarici (dünya), regional (müəyyən ərazi qrupları) bazar çərçivəsində təhlil işi həyata keçirilir. Daxili və xarici bazarın tədqiq edilməsi strateji xarakter daşıyır və iri əmtəə qrupları üzrə həyata keçirilir. Əmtəə bazarının tədqiq edilməsi (iqtisadi rayon, respublika, şəhər və s. )zamanı bazarın vəziyyəti nəzərə alınır. Əmtəə bazarı əmtəələrin istifadə xarakterinə görə fərqləndirilir. Məsələn, istehlak xarakterli əmtəə bazarı fərdi istehlakçılar üçün nəzərdə tutulmuşdur. Tədqiqatlar zamanı istehlakçıların davranışı və onların zövqlərinə xüsusi diqqət yetirilir. İstehlak təyinatlı məhsulların xarakterik xüsusiyyəti istehsal prosesləri ilə sıx əlaqədardır. Bazarın tədqiq edilməsi zamanı alıcılarla məhsulların istehsalçıları arasında qarşılıqlı əlaqənin öyrənilməsinə xüsusi diqqət yetirirlər.

Qiymətli kağızlar bazarı isə maliyyə bazarının bir hissəsi olub, alqı-satqının obyekti qiymətli kagızlar hesab edilən məkandır.

Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar.Birinci dərəcəli əsas qiymətli kağızlara mülkiyyət hüququ olan — pul, əmtəə, əmlak, kapital və s.daxildir.Əsas qiymətli kağızlar özləri də 2 qrupda cəmləşirlər.

- ilkin qiymətli (aksiyalar, veksellər )

- ikinci dərəcəli qiymətli kağızlar (ilkin qiymətli kağızların əsasında buraxılan kağızlardır) .

Törəmə qiymətli kağızlar isə valyuta, faiz , indeks və opsionlar hesab edilir.

Qiymətli kağızlar bazarında müddətli qiymətli kağızlar da olur.Müddətinə görə qiymətli kağızlar üç yarımnövə ayrılır: qısamüddətlə (1 ilə qədər) ,ortamüddətli (5 -10 ilə qədər ) və uzunmüddətli (20 -30 ilə qədər). Bu bazarın inkişaf etməsi qiymətli kağızların bir çox növlərinin sənəd şəklində olmasını tələb edir.Bundan başqa qiymətli kağızlar bazarında dövlət və qeyri-dövlət adını daşıyan qiymətli kağızlar da var.Dövlət qiymətli kağızları, adı müxtəlif olan istiqrazlar hesab edilir.Qeyri dövlət qiymətli kağızları isə müxtəlif şirkətlər yaxud fiziki şəxslər tərəfindən tədavülə buraxılan qiymətli kağızlardır.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin