Azərbaycanın xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi sistemi
Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da beynəlxalq münasibətlərin yaradılması və inkişafı bir çox səbəblərdən zəruridir. Bu əlaqələr millətlər üçün çox əmtəə ( məhsul və s. ) müxtəlifliyi yaradır.Həmin iqtisadi əlaqələrin əsasında isə ehtiyaclarda, zövqlərdə və psixologiyalarda olanmüxtəliflik durur.
Məhz buna görə də Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi, beynəlxalq iqtisadi əlaqələr coğrafiyası gündən - günə genişlənməlidir. Bu məqsədlə də o, aşağıdakı vəzifələri yerinə yetirməlidir:
iqtisadi – siyasi mövqeyini daha da möhkəmləndirmək üçün özünün potensial imkanlarını daim artırmağa çalışmalıdır;
ölkənin dünya iqtisadi sisteminə verdiyi məhsulların xüsusi çəkisi ilbəil artırılmalıdır;
ölkə daxilində məhsul istehsalının beynəlxalq standarta uyğun formalaşması və idarə edilməsi strateqiyasına nail olunmalıdır;
beynəlmiləl və milli iqtisadi mənafelərin düzgün əlaqələndirilməsi təmin olunmalıdır;
beynəlmiləl və milli iqtisadi mənafelərin düzgün əlaqələndirilməsi təmin olunmalıdır;
ölkədə idxal və ixrac əməliyyatlarının tarazlı nisbəti təmin edilməlidir;
Iş qüvvəsinin və kapitalın beynəlxalq miqyası daim tənzimlənməlidir;
əcnəbi ölkələrin investisiya qoyuluşunun sahələr üzrə səmərəli bölgüsü və ondan məqsədəuyğun istifadə olunması tənzimlənməlidir və s.
Dostları ilə paylaş: |