Gəlirlər: ixrac sektorları, bol resursların sahibləri (sektorlar böyüyəcək).
Ziyanlar: idxal rəqabətli sektorlar, məhdud resursların mülkiyyətçiləri.
Beynəlxalq ticarət maddi dəyərlərin və xidmətlərin beynəlxalq məkanda mübadiləsinin çoxcəhətli iqtisadi – sosial və əməli məsələlərin həllini xarakterizə edir. Bununla bağlı beynəlxalq miqyasda mübadiləni başa çatdırıb tamamlamaq üçün bir- biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı fəaliyyətləri həyata keçirir: gərəkli və faydalı alıcı, yaxud satıcı tapmaq, onunla sövdələşib mal maddi dəyərləri, onların miqdarı, keyfiyyəti, son qiymətlərini, göndərilməsini , müddətini və s. göstərmək şərti ilə müqavilə bağlamaq , həmin müqavilələrin qüvvədə qalan beynəlxalq hüquqi qanunların tələblərinə əməl olunması şərti ilə icrasını təmin edir.
Dünya iqtisadiyyatının inkişafının mühüm cəhətləri beynəlxalq ticarətin inkişafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq ticarət əməliyyatları; elmi- texniki biliklərin, hər cür xidmətlərin , beynəlxalq- istehsal texniki əməkdaşlıq sazişlərinin realizasiyası, firmaların və digər strukturların , nazirliklərin, idarə və təşkilatların , habelə özəl inhisar birliklərin beynəlxalq ticarət əməkdaşlığı iqtisadi inkişafın reallaşmasını təmin edir. Hazırda Respublikamız 140- dan çox dünya ölkələri ilə beynəlxalq ticarət münasibətləri yaratmaqla öz iqtisadiyyatını genişləndirir.
Beynəlxalq ticarət fəaliyyəti konkret məhsul növlərinə istiqamətləndirilir. Bu fəaliyyət onun nə vaxt həyata keçirilməsindən asılı olmayaraq, məhsulun istehsalı başlanğıcına qədər olan andan ( sifarişlər verilən vaxtdan) , yaxud da məhsulun istehsalı tamamlandıqdan sonra başlana bilər.
Beynəlxalq ticarət işi dünya bazarında mübadilə əməliyyatlarının həyata keçirilməsi bağlı vəzifələrin ( problemlərin) həllinin təmin edilməsi deməkdir. Bu eyni zamanda beynəlxalq praktikada yaranmış forma və metodlardan istifadə etməklə müxtəlif ölkələrin kontragentləri arasında fəaliyyətdir. Beləliklə, ticarət işinin məzmunu mallareın , xidmətlərin, elmi- texniki və istehsal əməkdaşlığının beynəlxalq ticarət əməliyyatları aparmaq yolu ilə beynəlxalq mübadilənin başa çatdırılmasıdır.
Göründüyü kimi beynəlxalq ticarət işinin predmeti dünya məkanında iqtisadi münasibətlərin həyata keçirilməsində beynəlxalq ticarətin iqtisadi qanunauyğunluqlarından irəli gələn nəzəri və praktiki cəhətlərin öyrəniləmsindən ibarətdir. Bununla əlaqədar olaraq beynəlxalq ticarət ümumi dünya məhsullarının tədavülü sahəsində beynəlxalq və məmləkətlərdaxili təşkilatların, firmaların ( müəssisələrin) praktiki həyatında ticarət fəaliyyətini və ondan istifadə ediləməsinin konkret formalarını, habelə beynəlxalq tədavül dairəsi ilə bağlı olan və həmin dairədə baş verən iqtisadi- sosial münasibətləri öyrənir.
Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti; bazar tədqiqatlarının məzmunu və aparılması metodları; idxal – ixrac əməliyyatlarının tənzimi və statistik uçotunun əhəmiyyəti; kontragentlər arasında birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinin ( sazişlərinin) üsulları və hazırlanması texnikası; beynəlxalq alqı- satqı müqavilələrinin( kontraktlarının) məzmunu, növləri; icrası; beynəlxalq əməliyyatlar; dünya bazarında ticarət- vasitəçi həlqəsinin köməyi ilə ticarət fəaliyyəti; beynəlxalq mal birjalarında, hərrac və torqlarda ticarət fəaliyyətinin təşkil idarə edilməsi və texnikası, reklam və sərgi işləri; beynəlxalq texnologiya mübadiləsinin metodoloji əsasları; beynəlxalq lisenziyalar və mühəndis- texniki xidmətlər mübadilə; beynəlxalq icarə və turizm üzrə ticarət əməliyyatları ; beynəlxalq istehsal – texniki əlaqələrin əsas növləri və onların təşkili formaları; ticarət – iqtisadi münasibətlərin inkişafında beynəlxalq istehsal kooperasiyasının əhəmiyyəti, beynəlxalq müqavilələr və sənaye obyektlərinin tikintisi üzrə firmaların birgə fəaliyyətinin təşkili kimi məsələlərin öyrənilməsindən alınan nəticələr beynəlxalq ticarətin mahiyyətini təşkil edir.
Dostları ilə paylaş: |