Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq ticarət işinin iqtisadi mahiyyəti və məzmunu



Yüklə 0,65 Mb.
səhifə157/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   152   153   154   155   156   157   158   159   160
Beynelxalq marketinq muhazire

3. Beynəlxalq ticarət işinin iqtisadi mahiyyəti və məzmunu.

Beynəlxalq ticarətin həyata keçirilməsi dünya dövlətləri qarşısında belə bir məsələ qoyur ki, hər hansı bir ölkə istehsal edə bildiyi bütün əmtəələri deyil, ən az xərclə daha çox əldə edilən əmtəənin istesalı ilə məşğul olsun. Ölkə daxilində ucuz başa gələn məhsulları istehsal etməli, baha başa gələn məhsulları isə xaricdən gətirməlidir.

Beynəlxalq ticarətin obyekti kimi əmtəə və xidmətlərin çıxış etdiyini nəzərə alsaq onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə beynəlxalq ticarəti fərqləndirmək olar.

Xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.

Dünya iqtisadiyyatında xidmətlərlə beynəlxalq ticarətin əhəmiyyəti ildən-ilə artmaqdadır. Nəticədə, Birləşmiş Millətlər Statistik Komissiyası(BMSK) xidmətlərlə beynəlxalq ticarətin artımındakı göstəricilərlə daha çox maraqlanmağa başlamışdır. Bu yeni dəyişikliklər həm ölkədaxili iqtisadiyyatda, həm də beynəlxalq ticarətdə xidmətlər sektorunun əhəmiyyətinin sürətlə artmasına gətirib çıxarmışdır. Baxmayaraq ki, uzun müddət xidmətlər beynəlxalq ticarətin obyekti olmamış, onlar beynəlxalq ticarət nəzəriyyələrinin izah predmeti kimi çıxış etməmişlər, hazırda dünya istehsalının təxminən 70%-i xidmətlərin payına düşür.

Xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.

Beynəlxalq ticarət əmtəə və xidmətlərin beynəlxalq sərhədləri keçməklə mübadiləsidir. Əksər ölkələrdə beynəlxalq ticarət ÜDM-nin mühüm hissəsini təşkil edir. Baxmayaraq ki, beynəlxalq ticarət qədim tarixə malikdir (İpək Yolu, Ənbər yolu və s.), onun iqtisadi, sosial və siyasi əhəmiyyəti indiki əsrlərdə hədsiz artmışdır. Sənayeləşmə, inkişaf etmiş nəqliyyat, qloballaşma, transmilli korporasiyalar və autsorsinq texnologiyaları beynəlxalq ticarət sisteminə təsir göstərən başlıca amillər olmuşdur. Artan beynəlxalq ticarət qloballaşma ilə xüsusi vüsət almışdır. Bu gün beynəlxalq ticarət dünya gücü olan ölkələr ucun başlıca iqtisadi gəlir mənbəyidir. Beynəlxalq ticarət olmasaydı ölkələr öz istehsallarını milli sərhədləri ilə məhdudlaşdırardılar. Beynəlxalq ticarət həmçinin iqtisad elminin bir sahəsi olmaqla, beynəlxalq maliyyə ilə birlikdə beynəlxalq iqtisadiyyat adlı daha geniş sahəni formalaşdırır.

Müasir dünya ticarətini artıran amillər:

1. Texnologiyanın nəqliyyat xərclərini azaltması;

2. Ticarət siyasətinin dünya miqyasında liberallaşması;

3. İstehsalın beynəlxalq səviyyədə kooperasiyalaşması prosesi (autsorsinq,

vertikal ixtisaslaşma və s.)

Ticarət ölkələrə müxtəlif yollarla fayda gətirir, ancaq eyni zamanda ölkədaxili bəzi qruplara ziyan da verir:




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin