4. Azərbaycan xarici ticarət dövriyyəsi, idxal və ixracın strukturası və onların dinamikası.
Müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatının başqa sahələrində olduğu kimi, Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrində də əhəmiyyətli dərəcədə müsbət nəticələr əldə olunmuşdur. Ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin iqtisadiyyatın müasir tələblərinə uyğunqurulması və idxal – ixrac əməliyyatlarının dövlət tərəfindən müsbət tənzimlənməsi nəticəsində ilbəil azərbaycanla ticarət əməliyyatları aparan ölkələrin sayı və onlarla mal dövriyyəsinin həcmi artmağa başlamışdır. 1992 – ci illə müqayisədə 2003 – cü ildə respublikamızla idxal – ixrac əməliyyatları həyata keçirən ölkələrin sayı iki dəfədən çox artmışdır.
Ölkə həyatında ictimai – siyasi sabitliyin yaranması, həmçinin 1994 – cü ildə “ Əsrin müqaviləsi ” nin bağlanması ilə başlanan və sonradan uğurla davam etdirilən düzgün iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində 1993 –cü illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 1997 – ci ildə 16,4%, 1998 – ci ildə 24,3%, 1999 – cu ildə 45,2%, 2000 – ci ildə 2,2 dəfə artmışdır.
Qeyd etmək lazımdır ki, 2003 – cü ildə Azərbaycan xarici ticarət sahəsində yüksək nəticələrə nail olmuşdur. Idxalın əsas həcmi birləşmiş Krallıq ( 10,91 % ), Türkiyə ( 7,43 % ), Almaniya ( 6,47 % ), fransa ( 5,92 % ) və Birləşmiş Ştatların ( 5,05 % ) payına düşür.
Bu dövr ərzində ölkəmiz 124 xarici dövlətlə ticarət əməliyyatları, xarici ticarət dövriyyəsinin ümumi həcmi 5218,1 milyon ABŞ dolları olmuşdur. Ticarət dövriyyəsinin 49,7% - ni ixrac, 50,3% - ni idxal təşkil etmişdir. Xarici ticarət əlaqələrinin 77,3% - i, o cümlədən idxalın 67,6% - i, ixracın 12,9% -i MDB üzvü öklələri ilə aparılmışdır.
2002 – ci illə müqayisədə Azərbaycandan 2213,8 milyon dollar dəyərində 10957,3 min ton neft məhsulları ixrac olunmuşdur. Neft və neft məhsullarının 94,8% - i uzaq xarici dövlətlərə, 5,2% - MDB ölkələrinə göndərilmişdir.
2003 – cü ildə Azərbaycanın İtaliya, Rusiya, Türkiyə, Fransa,Birləşmiş Ştatlar, İsveçrə, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya, İran, Qazaxıstan, Ukrayna, Türkmənistan, Yaponiya dövlətləri ilə ticarət əlaqələri digər ölkələrdə müqaisədə daha geniş olmuşdur. Xarici ticarət dövriyyəsinin 27,2% - i İtaliyanın, 10,2% - i Rusiyanın, 5,8% - i Türkiyənin, 7,0 – i Fransanın, 3,8% - i Birləşmiş Ştatlar, 3,7 % -i Türkmənistanın, 3,4 % - i Almaniyanın, 5,6 % - i Birləşmiş Krallıq, 2,9 % - i Qazaxıstanın payına düşür. İdxal əməliyyatının 14,6% - i Rusiya, 10,9% - i Birləşmiş Krallıq, 7,4% -i Türkiyə, 7,2% - i Türkmənistan, 6,5% - i Almaniya, 5,9% - i Fransa, 5,3% - i Qazaxısta, 5,0 % - i Birləşmiş Ştatlar, ixracın 51,9% - i İtaliya, 8,1 % - i Fransa, 5,7 % - i Rusiya, 5,3% - iİsrail, 4,3 % - i gürcüstan, 4,1% - i Türkiyə ilə aparılmışdır.
Azərbaycanın xarici ölkələrdə olan əməkdaşlığı milli iqtisadiyyatımızın inkişafında müstəsna rola malikdir. Bu əlaqələr aşağıda qeyd edilən 4 əsas istiqamət üzrə həyata keçirilməlidir:
Xarici ticarət siyasəti;
Ödəniş balansı siyasəti;
Xarici investisiya siyasəti;
Xarici yardım siyasəti.
Qeyd etmək lazımdır ki, hər bir ölkə özünün xarici ticarətinə bu və ya digər formada müdaxilə edir. Bu isə, gömrük tariflərinin vasitəsilə həyata keçrilir.
Ölkəmizdə bu işlər Azərbaycan Respublikasının Gömrük məcəlləsinə uyğun olaraq tənzimlənir ( Məcəllə 10 iyun 1997 – ci ildə qəbul edilmişdir ). Bu məcəlləyə uyğun olaraq gömrük tariflərinin məqsədi aşağıdakılardır:
Idxalın məhsul ( əmtəə ) strukturunu səmərələşdirmək;
Ölkə ərazisində məhsulların ( malların ) gətirilməsi və çıxarılmasının valyuta gəlirləri və xərclərinin əlverişli nisbətini təmin etmək;
Valyuta sərvətlərinin ölkənin gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;
Ölkədə istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;
Milli iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qorumaq və onun dünya təsərüffatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq və s.
XX əsrdə beynəlxalq iqtisadi əlaqələrin bütün formalarında misilsiz artım baş vermişdir. Ticarət yüksəlmiş, kapitalın ölkədən çıxarılması artmış, istehsalın kooperasiyalaşması inkişaf etmiş, işçi qüvvəsinin genişmiqyaslı miqrasiyası baş vermişdir. Gömrük işinin əhəmiyyəti də yüksəlmişdir.
Əsrin əvvəllərində dünya ticarətinin inkişafında qızıl standartı xüsusi rol oynamışdır. Bu, xarici ticarətdə hesablaşma və ödəmələr üçün əlverişli şəraiti təmin etmişdir. Bununla yanaşı, xarici ticarətin inkişafına formalaşmaqda olan infrastruktur – su və dəmiryolu nəqliyyatı, beynəlxalq teleqraf yardım etmişdir.
İqtisadi müstəqillik və suverenitet əldə etdikdən sonra Azərbaycanın qarşısında dünya təsərrüfat sisteminə inteqrasiya olmaq üçün yeni imkanlar açıldı. Hazırda azərbaycan getdikcə xarici dünyaya daha çox açılan bir ölkə olmaqla dünya ictimaiyyəti ilə aktiv iqtisadi, siyasi, elmi-texniki, mədəni və s. əlaqələr qurur ki, bunların da arasında xarici ticarət mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərində də xarici ticarət mühüm yer tutur.
İxrac-idxal əməliyyatlarının kreditləşdirilməsinin həyata keçirilməsi üçün güclü kredit təşkilatlarının yaradılması. Bu zaman ixrac kreditlərinin sığortalanması və yalnız Azərbaycan məhsullarının alınması şərti ilə xarici ölkələrin idxalatçılarına dövlət kreditlərinin verilməsi, həmçinin ixrac istehsallarının maliyyələşdirilməsini həyata keçirən iri bank strukturlarının yaradılması nəzərdə tutulur.
Tədqiqatlar göstərir ki, Azərbaycanın xarici ticarətinin fiziki həcmi, dəyəri, əmtəə və coğrafi strukturu son illərdə kəskin dəyişikliyə məruz qalmışdır. Bu, müstəqilliyə qədərki dövr və müstəqillik əldə edildikdən sonraı period üçün xarici ticarət dövriyyəsinin əsas göstəricilərini müqayisə edən zaman xüsusilə aydın görünür.
Xarici ölkələrlə ticarət əlaqələrinə gəldikdə isə, burada əksinə idxal ixracı əhəmiyyətli dərəcədə üstələyirdi. Bu bir daha mərkəzin əyalətlərə münasibətdə yeritdiyi siyasətin mahiyyətini göstərir – onlar bir növ mərkəz üçün xammal əlavəsi rolunu oynamalı və əsasən aralıq məhsulların istehsalında ixtisaslaşmalıydılar.
Xarici ticarətin inkişafın dinamikası və meyllərinin kompleks tədqiqatı zamanı ixrac-idxal əməliyyatlarının ölkə-coğrafi strukturunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Xarici ticarətin, xüsusilə də ixracın coğrafiyasına görə xarici ticarət münasibətlərindəki prioritetlər barədə fikir yürütmək olar.
Müstəqilliyin ilk illərdində ənənəvi ticarət əlaqələrinin coğrafi strukturunda köklü dəyişikliklər baş verdi. Xarici ticarət əlaqələri ənənəvi ticarət-iqtisadi partnyorlardan yeni xarici bazarlara, yaxın xaricdən uzaq xarici ölkələrə istiqamətlənməyə başladı. Bunu ənənəvi iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının qırılmasından tutmuş siyasi və psixoloji əhəmiyyətli faktorlara qədər bir çox amillər şərtləndirdi. Xarici iqtisadi sektorun liberallaşdırılması və dövlət inhisarından çıxarılması prosesinin təsiri altında xarici iqtisadi. Xüsusilə də xarici ticarət əlaqələrinin inkişaf prioritetləri müəyyənləşdi – Qərbi Avropa ölkələri, ABŞ, Türkiyə, İran və digər ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirmək, regional inteqrasiya proseslərində iştirak etmək.
Keçid dövründə Azərbaycanını xarici ticarətində dəqiqi ifadə olunmuş qanunauyğunluqlar və meyllər meydana gəlmişdir. Bu meyllərin həm statik, həm də dinamik təhlili ölkənin xarici ticarətinin coğrafiyasının inkişafında ümumi qanunauyğunluqları və regional xüsusiyyətləri müəyyən etməyə imkan verir. Ölkənin xarici ticarətində, həm ixracda, həm də idxalda Avropa Birliyi ölkələrinin, xüsusilə də İtaliya, Böyük Britaniya, Almaniya və Niderlandın xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Eyni zamanda, ölkənin ənənəvi ticarət tərəfdaşları Rusiya, Türkiyə və İran da mövqelərini qorumaqdadrılar. Bundan əlavə, son illərdə bir sıra Asiya və Mərkəzi və Şərqi Avropa ölkələri ilə ticarət əlaqələri aktivləşmişdir. Belə güman etmək olar ki, yaxın illərdə bu ölkələr və həmçinin ABŞ Azərbaycanın əsas perspektiv ticarət tərəfdaşları olacaqlar. Bu ölkələrin neft və qaz yataqlarının istismarında, neft məhsullarının dünya bazarlarına nəqli layihələrində və TRASECA kimi digər iri layihələrdə iştirakı, ölkənin əsasən Qərb lkələri ilə inteqrasiyanı prioritet istiqamət kimi seçməsi, ÜTT-yə üzv qəbul olunmaq vəzifəsi adıçəkilən dövlətlərlə ticarət-iqtisadi münasibətlərin daha da təkmilləşdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsi üçün real əsas rolunu oynayacaqdır. İnteqrasiya birlikləri və ticarət blokları ilə münasibətdə isə Avropa Birliyi ölkələri və APEC-in xüsusi çəkisi əhəmiyyətli dərəcədə artsa da, MDB, QDİƏT və İƏT ilə ticarət əlaqələri zəifləmişdir.
Dostları ilə paylaş: |