Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Dünya təsərrüfatı və dünya təsərrüfatının inkişafının xarakterizə edən göstəricilər sistemi



Yüklə 0,65 Mb.
səhifə45/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   41   42   43   44   45   46   47   48   ...   160
Beynelxalq marketinq muhazire

5.Dünya təsərrüfatı və dünya təsərrüfatının inkişafının xarakterizə edən göstəricilər sistemi.

İqtisadi ədəbiyyatlarda eləcə də gündəlik mətbuatda “dünya İqtisadiyyatı” və yaxud “dünya təsərrüfatı” anlyışları çox geniş istifadə olunur. Dünya təsərrüfatı qlobal bir iqtsadi orqanizm kimi bir-biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda olan milli iqtisadiyyatların məcmusundan ibarətdir.Dünya təsərrüfatının subyektləri aşağıdakılardır:

- ayrı-ayrı dövlətlər və onların makroiqtisadi kompleksi;

- transmilli kompaniyalar;

- beynəlxalq təşkilatlar və institutlar.

Beləliklə dünya təsərrüfatı daim hərəkətdə olan, artan beynəlxalq əlaqələrə və mürəkkəb qarşılıqlı təsirlərə malik olan, bazar iqtisadiyyatının obyektiv qanunlarına tabe olan milli təsərrüfatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır.



Aydındır ki, dünya təsərrüfatının yaranması ilə bu anlayışı əks etdirən iqtisadi kateqoriyalar, göstəricilər də yaranır. Bu göstəricilər dünya iqtisadiyyatının inkişaf dinamikasını və vəziyyətini xarakterizə edir.

1.Dünya üzrə ümumi məhsul – D.Ü.Ü.M. Bu göstərici müəyyən dövrdə bütün dünya ölkələrində istehsal olunan son məhsul və xidmətlərin ümumi həcmini əks etdirir.

2.Ayrıca götürülmüş hər bir ölkədə ümumdaxili məhsul – ÜDM. Bu göstərici milli hesab sistemi ilə hesablanır və hər bir milli təsərrüfatın daxili və xarici bölməsinin əsas makroiqtisadi əlaqələrini əks etdirir.
ÜDM 3 metodla hesablanır:1. gəlirlərə görə, 2.xərclər üzrə; 3. əlavə dəyər vergisi metodu.

Əsas makroiqisadi göstəricilərdən biri də ümummilli məhsul anlayışıdır. ÜMM ÜDM-dan fərqli olaraq ancaq ölkə daxilində deyil ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğul olanların əmək haqqını, faizləri, dividentləri əks etdirir.
ÜDM – milli hesablama sistemi ilə hesablanır. DÜÜM isə vahid valyuta – ABŞ dolları ilə hesablanır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin