Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Dünya təsərrüfatının alt sistemlərinin ayrılma meyarları



Yüklə 0,65 Mb.
səhifə44/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   40   41   42   43   44   45   46   47   ...   160
Beynelxalq marketinq muhazire

4. Dünya təsərrüfatının alt sistemlərinin ayrılma meyarları.

Müasir dünya təsərrüfatı ümumdünya quruluşunun tərkib hissəsi olmaqla bütün dünya üçün vahid olan qanun və prinsiplər əsasında fəaliyyət göstərir. Digər tərəfdən, müasir dünya təsərrüfatı özünün qayda və qanunları olan müstəqil sistemdir. Bu sistemin elementləri bir-biri ilə ziddiyyət təşkil etmir, onlar bir-birləri ilə, həmçinin digər sistemlərin (siyasi, hüquqi, ekoloji və s.) elementləri ilə qarşılıqlı əlaqədə olurlar və asılılıq yaradırlar. Müasir dünya təsərrüfatının əsasında bazar münasibətləri durur və buna görə də dünya təsərrüfatının liderləri kimi bazar münasibətlərinin daha çox inkişaf etdiyi ölkələr çıxış edirlər.

Bir tərəfdən iqtisadi inkişaf səviyyələrindən və siyasi quruluşlarından asılı olmayaraq bütün ölkələr üçün ümumi olan iqtisadi qanunların (məsələn, tələb və təklif qanunu) fəaliyyəti, digər tərəfdən bütün ölkələrin məhsuldar qüvvələrini inkişafa sövq edən elmi-texniki inqilabın nailiyyətləri dünya təsərrüfatının vahidliyini müəyyən edən obyektiv amillərdir.

Dünyatəsərrüfatsistemininformalaşması ölkələrin bir-biri ilə əla­­­qələrinin – ticarətin, elmi-texniki əməkdaşlığın, kreditləşmənin, qa­r­­şılıqlı iqtisadi yardım və köməklərin və s. in­kişafının nəticəsidir.



Dünya birliyinin və eləcədə vahid təsərrüfat sisteminin mövcud olması qlobal problemləri daha da artırmışdır.Bir çox obyektiv proseslər dünya təsərrüfatının gündəlik tələbatına çevrilmişdir.Bunlardan aşağıdakıları qeyd etmək olar:

-Beynəlxalq miqyasda istehsalın beynəlmiləlləşməsi və əlaqələrin daha da inkişafı;

-Beynəlxalq əmək bölgüsünün genişlənməsi ardınca istehsalın beynəlxalq ixtisaslaşması və korperasiyasının dərinləşməsi;

-Beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının intensiv inkişafı;

-Təsərüfat həyatının beynəlmiləlləşmasi və milli iqtisadiyyatların dünya iqtisadi sisteminə qoşulması.;

-Müasir dövrün qlobal problemləri və buradan irəli gələn ziddiyətlər(ətraf mühit,kütləvi xəstəliklərə qarşı mübarizə,beynəlxalq terrorizmə qarşı mübarizə,və.s);

-İnkişaf Etməkdə Olan Ölkələrdə(İ.E.O.Ö) baş verən dəyişikliklər;

-Dünya sosializm sisteminin dağılması ilə bağlı olan yeni problemlərin yaranamsı.;

Bütün bu kimi problemlər milli deyil, yalnız beynəlxalq miqyasda tənzimlənə bilər.Bu münasibətlərin tənzimlənməsində əsas vəzifə beynəlxalq əməkdaşlığa zəmin yarada biləcək ümumi şərtlərin hazırlanmasından ibarətdir.

Dünya təsərrüfatına aid olan ümumilik və vahidliklə yanaşı, onda həmçinin daxili ziddiyyətlər də mövcuddur. Bu ziddiyyətlər özünü əsasən ayrı-ayrı ölkə qrupları üzrə göstərir.

Ziddiyyətlərin birinci qrupu dünya iqtisadi inkişafının 3 mərkəzi – NAFTA (ABŞ başda olmaqla), Avropa Birliyi və Asiya-Sakit okean regionu (Yaponiya başda olmaqla) arasında mövcuddur. Bu ölkələr arasında ziddiyyətlərin əsas mahiyyəti kimi dünya bazarlarında onlar arasında mövcud olan ciddi rəqabət çıxış edir. Bu zaman tərəflərin məqsədi adətən rəqibi dünya bazarının hər hansı bir seqmentindən çıxarmaq və ya bu seqmenti rəqibdən qorumaq olur.

İkinci qrup ziddiyyətlər “Şimal” – “Cənub” ölkələri arasında olan ziddiyyətlərdir. Burada “Şimal” sənayecə inkişaf etmiş ölkələr, “Cənub” isə inkişaf etməkdə olan ölkələrdir. Bu ziddiyyətlərin mahiyyəti ondan ibarətdir ki, bir çox inkişaf etməkdə olan ölkələr (ilk növbədə yeni sənaye ölkələri) bir çox iqtisadi göstəricilər üzrə faktik olaraq inkişaf etmiş ölkələrin səviyyəsinə çatıblar və buna görə də dünya təsərrüfatında uyğun yer tutmağa çalışırlar.

Üçüncü qrup ziddiyyətlər “Şərq” – “Qərb” ölkələri arasında mövcuddur. Burada “Qərb” dedikdə sənayecə inkişaf etmiş ölkələr, “Şərq” dedikdə isə keçmiş sosialist düşərgəsi ölkələri, başqa sözlə keçid iqtisadiyyatlı ölkələr nəzərdə tutulur. Bu ölkə blokları arasında ziddiyyətlər özünü onda göstərir ki, dünya sosialist sisteminin süqutuna qədər keçmiş sosialist düşərgəsi ölkələri avtarkiya rejimində fəaliyyət göstərirdilərsə, hazırda onların məqsədi kimi dünya bazarına aktiv surətdə daxil olma çıxış edir. Onlar istehsal etdikləri məhsullarla dünya bazarında layiqli yer tutmağa çalışırlar. Lakin sənayecə inkişaf etmiş ölkələr dünya iqtisadiyyatı meydanında yeni rəqib-ölkələrin meydana gəlməsində maraqlı deyillər və buna hər vəchlə mane olmağa çalışırlar.

Dünya təsərrüfatı vahid bir sistem olmaqla müxtəlif hissələrdən, yarımsistemlərdən ibarətdir.Bu yarımsistemlər müəyyən ümumi və fərqli cəhətlərə malik olub öz inkişaflarında həm ümumi qlobal sistemin ümumi məqsədini izləməli olurlar. Bu mənada onlara həm daxili, həm də xarici qanunauyğunluqlr təsir etmiş olur.

Dünya təsərrüfatında müəyyən yarımsistemlər ayırmaq üçün bir çox meyarlar tətbiq edilir. Bunlar əsasən aşağıdakılardır:

- iqtisadi inkişaf səviyyəsi;

- iqtisadiyyatın sosial strukturası;

- iqtisadi artımın tipi

- xarici iqtisadi əlaqələrin səviyyəsi və s.



Yarımsistemin müəyyən edilməsində istifadə olunan əsas meyarlardan daha çox yayılanı iqtisadi inkişaf səviyyəsidir. Bu meyar ümumiyyətlə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi ilə müəyyən edilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin