Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Mövzu 4. Dünya təsərrüfatında ölkələrin ixtisaslaşdırılması



Yüklə 0,65 Mb.
səhifə40/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   36   37   38   39   40   41   42   43   ...   160
Beynelxalq marketinq muhazire

Mövzu 4. Dünya təsərrüfatında ölkələrin ixtisaslaşdırılması.

4.1.Yeni dünya bazar sisteminin formalaşması.

4.2. «Dünya təsərrüfatı» və «Dünya iqtisadiyyatı» anlayışları.

4.3.Dünya İqtisadiyyatında qloballaşma prosesinin sürətlənməsi və onun zəruriliyi.

4.4. Dünya təsərrüfatının alt sistemlərinin ayrılma meyarları.

4.5.Dünya təsərrüfatı və dünya təsərrüfatının inkişafının xarakterizə edən göstəricilər sistemi.

4.6.Dünya təsərrüfatında ölkələrin ixtisaslaşdırılması.

1. Yeni dünya bazar sisteminin formalaşması.

Dünya bazarını formalaşdıran bütün ölkələr bir-birilə sıx xarici iqtisadi əlaqələr yaradırlar. Çünki, bu əlaqələr mövcud olmadan dünya ölkələrinin iqtisadiyyatı inkişaf edə bilməz. Tarixən sənayedə və kənd təsərrüfatında kapitalizmin inkişafı daxili bazarın əmələ gəlməsinə və beləliklə ticarətin inkişaf etməsinə səbəb olmuşdur. Eləcə də beynəlxalq əmək bölgüsü dünya təsərrüfatının yaranması və inkişafı, habelə dünya ticarətinin meydana gəlməsi ilə nəticələndi. Belə nəticəyə gəlmək olar ki, dünya bazarı dünya təsərrüfatının və dünya ticarətinin inkişafının qanunauyğun nəticəsidir.

Dünya bazarı dünya ölkələri arasında əmtəə və xidmətlərin, kapitalın, iş qüvvəsinin, valyutaların, qiymətli kağızların və s. alınıb-satılmasını əhatə edir. Ümumiyyətlə, dünya bazarı anlayışı bir-biri ilə beynəlxalq ticarət, elmi-texniki biliklərin mübadiləsi, xidmətlər və s. vasitəsilə əlaqə saxlayan dövlətlərin milli bazarlarının məcmusu kimi də ifadə olunur.

Dünya bazarı – ölkələr və müxtəlif ölkə müəssisələri arasında onların beynəlxalq əmək bölgüsündə iştirakı əsasında formalaşan alqı-satqı sistemidir. Dünya ölkələri, eləcə də firma, müəssisə, habelə ayrı-ayrı şəxslərin geniş dairəsini əhatə edən və qarşılıqlı surətdə mövcud olan mürəkkəb iqtisadi münasibətlər sistemi dünya bazarını formalaşdıran amil kimi özünü göstərməkdədir.

Dünya təsərrüfatını təşkil edən ölkələr arasında əmtəə və xidmətlər dünya bazar qiymətləri əsasında hərəkət edir. Burada kəskin rəqabət mübarizəsi, qiymətlərin kortəbii surətdə qalxıb-enməsi, qeyri-ekvivalent mübadilə və bir sıra digər hallar da mövcuddur.

Dünya bazarında əlaqələrin müxtəlifliyi və mürəkkəbliyi öz əksini qiymətlərin əmələ gəlməsində tapır. Beynəlxalq ticarətdə qiymətlər çoxluğu dedikdə, eyni bir beynəlxalq ticarət mərkəzinə bərabər şərtlərlə (fraxt bazası, ödəmə forması, göndərmə müddəti və həcmi və s.) göndərilən eyni keyfiyyətli əmtəələrə səviyyəsinə görə müxtəlif, rəsmi şəkildə mətbuatda dərc olunan adi müntəzəm kommersiya sövdələşmələri qiymətlərinin təsir göstərməsi halı başa düşülür.

Dünya bazarının müxtəlif seqmentlərində fəaliyyət göstərən qiymətlər bir-biri ilə qarşılıqlı əlaqədə olub, müxtəlif amillərin təsiri altında daim inkişafda olan sistem əmələ gətirirlər.

Dünya bazarı dünya ölkələri arasında əmtəə və xidmətlərin, kapitalların, iş qvvəsinin, valyutaların, qiymətli kağızların və s. alınıb-satılmasını əhatə edir. kapitalizmə keçilməsi ilə dünya bazarının yaranması baş verir. Belə ki, bu dövrdə əmtəə və xidmətlərin tədavülü milli bazarlar hüdudundan kənara çıxır və nəticə-də xarici ticarət genişlənir. Dünya ticarətinin genişlənməsi isə məhsuldar qvvələrin artması ilə əlaqədar olan beynəlxalq əmək bölgüsünün inkişafını göstərir.

Dünya bazarı bir-biri ilə beynəlxalq ticarət, elmi-texniki birliklərin mübadiləsi, xidmətlər və s. vasitəsilə əlaqə saxlayan dövlətlərin milli bazarlarının məcmusudur.

Dünya bazarının aşağıdaki formaları fəaliyyət göstərir:

- beynəlxalq əmtəə və xidmətlər bazarı;


  • beynəlxalq kapital bazarı;

  • beynəlxalq işçi qüvvəsi bazarı;

  • beynəlxalq maliyyə-kredit bazarı;

  • beynəlxalq qiymətli kağızlar bazarı və s.

Dünya bazarmda əmtəə və xidmətlər dünya bazar qiymətləri əsasında hərəkət edir. Burada kəskin rəqabət mübarizəsi, qiymətlərin kortəbii surətdə qalxıb-enməsi, qeyri-ekvivalent mübadilə, bəzi ölkələrin digərlərini istismar və qarət etməsi halları mövcuddur.

Mənfəət ardınca qaçan sahibkarlar əmtəə və xidmətlər satmaq üçün yeni-yeni bazarlar və xammal mənbələri axtarırlar. Dünya bazarlarında əmtəələr beynəlmiləl (dünya) qiymətləri ilə almıb-satılır. Müasir şəraitdə dünya qiymətləri ilə böyük miqyasda kommersiya, ixracat, yaxud idxalat əməliyyatları aparılır. Dünya qiymətləri ölkənin qoyduğu qiymət (birja, auksion və beynəlxalq ticarətin digər iri mərkəzlərinin qoyduğu qiymətlər) formasında tətbiq edilir.

Dünya qiymətlərinin formalaşmasının əsasında beynəlmiləl dəyər durur. İstehsalın beynəlmiləl qiyməti dünya ticarətində üstünlük təşkil edən əmtəələrin istehsal şərtləri ilə müəyyən olunur. Hər bir milli təsərrüfatda məhsul istehsali üçün iqtisadi şərait müxtəlifdir. Belə ki, hər bir ölkənin milli təsərrüfatında istehsalın texnika ilə silahlanma səviyyəsi, müxtəlif təbii şərait, işçilərin müxtəlif ixtisas səviyyəsi əmək məhsuldarlığının səviyyəsinin müxtə-lifliyinə səbəb olur. Bu isə o deməkdir ki, ayrı-ayrı ölkələrdə istehsal edilən eyni məhsullara müxtəlif əmək sərf olunacaqdır. Əmtəə və xidmətlərin istehsalına əmək sərf edilməsindəki dəyişikliklər adətən, mübadilə edilən əmtəə və xidmətlərin miqdar nisbətində də yəni onların mübadilə dəyərində əksolunur. Beləliklə, aşkar olur ki, əmtəə və xidmətlərin mübadilə dəyəri onun dəyərinin təzahür formasıdır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin