Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Əhatəedici demoqrafik mühitin şəraiti



Yüklə 0,65 Mb.
səhifə39/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   35   36   37   38   39   40   41   42   ...   160
Beynelxalq marketinq muhazire

Əhatəedici demoqrafik mühitin şəraiti: ümumi əhali; əhalinin sıxlığı; əhalinin illik orta artım norması; aktiv (fəal) əhalinin artım faizi;15 yaşına kimi olan əhalinin savadlılıq faizi;kənd təsərrüfatı əhalisinin faizi;urbanizasiya dərəcəsi.

İctimai amillər: əhalinin etnoqrafik artımı, dini, dili və s. amillərə görə bölgüsü.

Bu, bazarın kompleks öyrənilməsi; əmtəələrin marketinqinə bilavasitə təsir göstərən bütün amillər kompleks halda elmi təhlilidir. Başqa sözlə, əmtəələrin istesalçılardan onun alıcılarına ( istehsalçılarına ) çatdırılması və satışı ilə birbaşa əlaqədar olan problemlərin həlli zamanı qarşıya çıxan bütün obyektiv amillərin yığılması, qeydə alınması və təhlili prosesidir.

Bazarın seqmentləşdirilməsi dedikdə, müxtəlif xüsusiyyətli bazarın eyni xüsusiyyətli kiçik bazarlara bölünməsi başa düşülür. Bazarın seqmentləşdirilməsinin məqsədi seçilmiş seqmentə daha çox uyğun gələn və müəssisəyə rəqabət üstünlüyü verən marketinq strategiyası və taktikasının hazırlanmasıdır.

Seqmentləşdirmə, bir tərəfdən, müəssisənin məqsəd bazarının seçilməsi metodu, digər tərəfdən isə, marketinq qərarlarının qəbul edilməsinə, marketinq miksin elementlərinin düzgün uyğunlaşdırılmasına yanaşma metodudur. Seqmentləşdirmə nəticəsində ayrılmış, seçilmiş hər bir istehlakçı və alıcı qrupu bazar seqmentini təşkil edir. Seqment eyni bir məhsula və marketinq elementlərinə eyni cür münasibət göstərir.

Bazarın seqmentləşdirilməsi nəticəsində konkret bazar seqmentinin tələbatını daha yaxşı və ətraflı öyrənməklə yanaşı bu seqmentə daxil olan istehlakçıların xüsusiyyətlərini, tələbatlarını, davranışını, məhsulun alınmasına dair qərar qəbul etməsi qaydasını, onun rəqabət mühitini, rəqabət mübarizəsinin xarakterini də ətraflı və xeyli dəqiqliklə öyrənmək olur. Bu isə müəssisəyə, xüsusən də kiçik müəssisələrə özlərinin məhdud resurslarını və marketinq elementlərini həmin seqmentin tələbatına, istehlakçıların davranışına və alıcı motivinə daha çox uyğunlaşdırmağa və onu daha dolğun təmin edən məhsul istehsal etməyə imkan verir. Bunun sayəsində müəssisə bazarda daha böyük rəqabət üstünlüyü və daha çox mənfəət əldə edə bilər.

Seqmentləşdirmənin üstünlükləri ilə yanaşı bir sıra çatışmazlıqları da vardır. Bura hər şeydən əvvəl məhsulun xüsusiyyətinin bazar seqmentinin xüsusiyyətlərinə uyğunlaşdırılmasının zəruriliyi, hər bir seqment üçün xüsusi marketinq proqramlarının hazırlanmasının, reklam kompaniyasının həyata keçirilməsinin və s. zərurliyi və bununla əlaqədar olaraq marketinq xərclərinin səviyyəsinin yüksəlməsi aiddir. Ancaq müəssisənin marketinq fəaliyyətinin konkret bir seqmentdə və ya bir neçə seqmentdə təmərküzləşməsi nəticəsində əldə edilən mənfəət artımı bu xərcləri artıqlaması ilə ödəməyə imkan verir.

Bazarın seqmentləşdirilməsinin ən məsuliyyətli və vacib mərhələsi seqmentləşdirmə meyarının, amilinin seçilməsidir. Istehlak və istehsal-texniki təyinatlı məhsullar bazarının bir sıra ümumi seqmentləşdirmə əlamətlərinin olmasına baxmayaraq, əksər seqmentləşdirmə əlamətləri bir-birindən fərqlənir.

Bazar seqmentinin tutumuna təsir edən amillərdən biri də məhsulların alış intensivliyi və istehlakın həcmidir. Məhsul nə qədər tez-tez və böyük həcmdə alınarsa, onda satışın həcmi bir o qədər çox olar. Bununla əlaqədar olaraq istehlak bazarının seqmentləşdirilməsində xüsusi maraq kəsb edən meyarlardan biri məhsulların alış intensivliyi və istehlakın həcmidir. Bu əlamətə görə istehlakçıları aktiv, zəif və mülayim istehlakçılar seqmentinə bölürlər. paretto qanunua görə ,satışın həcminin 80%-i istehlakçıların 20%-nin payına düşür, başqa sözlə, böyük partiyalarla və tez-tez məhsul alan istehlakçılar həmişə azlıq təşkil edirlər. buna görədə müəssisə öz marketinq və istehsal imkanlarını daha aktiv istehlakçılar seqmentində yönəltməyə çalışır. Çünki eyni marketinq kompleksi və xərcləri ilə daha çox istehlakçını məhsula cəlb etmək və satışın həcmini xeyli artırmaq mümkün olur.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin