Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq marketinq tədqiqatlarının başlıca



Yüklə 0,65 Mb.
səhifə37/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   33   34   35   36   37   38   39   40   ...   160
Beynelxalq marketinq muhazire

Beynəlxalq marketinq tədqiqatlarının başlıca vəzifəsi xaricdə bazar fəaliyyətinin ümumi diaqnostikası, şanslann identifikasiyası (eyniləşdirilməsi) və risqlərdən, onun əsas məqsədi isə konkret fırmanın imkanlarını əsaslandırınaq, xarici bazarın quruhışu və inkişafı qanunauyğunluqları haqqında ümumi konsepsiyanın hazırlanmasından ibarətdir.

Mütəxəssislər marketinq tədqiqatlarının əsas vəzifələri firma rəhbərinin və onun struktur bölmələrinin zəruri marketinq informasiyası ilə təminatmı, sahibkarlıq sistemində obyektiv qərarların qəbulu və informasiyanın etibarlı olmasının təminatını aid edirlər.

Beynəlxalq marketinq klassik və müasir marketinq tədqiqatı xarakteri daşımaqla satış bazarının sistematik öyrənilməsi, müəssisənin imkanları haqqında sənədlər toplusunun hazırlanması. onun xarici mühitlə qarşıhqh əlaqəsi, rəqabətin xarakteri, marketinqin vəziyyəti, kommersiya, istehlakçılarla iş, həmçinin sahibkarlıq sistemində operativ və strateji qərarların qəbulu üçün informasiyanın toplanması, işlənməsi və hazırlanması proseslərini özündə əks etdirir.

Beynəlxalq bazarın öyrənilməsi kabinet və sahə tədqiqatlarından istifadəni nəzərdə tutur.

Kabinet və ya təkrar tədqiqat dünya əmtəə bazarınm vəziyyəti və inkişafiı, ayrı-ayrı region bazarlarının inkişaf meyli, həmçinin əsas istehsal sahələri, gömrük qanunvericiliyinin xüsusiyyətləri, bazarların ərazicə yerləşməsi, müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımalann dəyəri və s. haqqında təsəvvür yaradıla bilər.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin