Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Ümumdünya bazarlarının yaradılması və firmanın qiymət siyasətində dəyişikliklər



Yüklə 0,65 Mb.
səhifə92/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   88   89   90   91   92   93   94   95   ...   160
Beynelxalq marketinq muhazire

6.Ümumdünya bazarlarının yaradılması və firmanın qiymət siyasətində dəyişikliklər

Firmanın qiymət siyasəti- onun iqtisadi şəraitə uyğunlaşmasını təmin edən ümumi siyasətinin əsas hissəsidir.Bazar münasibətləri şəraitndə nər bir sahibkar, firma və müəssisə isthsal etdiyi və bazara çıxardığı məhsulun qiymətini sərbəst olaraq müəyyən edir. Bu baxımdan bazarda qiymətin əmələ gəlməsinə əsas etibarilə iki yanaşma tərzi mövcuddur:



  1. istehsalçılar tərəfindən bazarda qiymətlərin fərdi qaydada müəyyən edilməsi;

  2. bazarda vahid qiymətlərin formalaşdırılması.

Birinci halda qiymətlər alıcı və satıcı arasında razılaşmalar nəticəsində müqavilə əsasında formalaşır ki, burada da tərəflərin maraqları təmin edilir.İkinci halda isə alıcılar əmtəələr eyni qiymətə əldə edirlər.Alıcılar üçün vahid qiymətlərin adətən konkret əmrəə bazarının xüsusiyyətləri, onun texniki cəhətdən mürəkkəbliyi və qiymətlərin differensialaşdırılması şəkilən xərclərlə bağlıdır. Bazarda vahid qiymətlərin formalaşması o zaman reallaşır ki, sahibkarlar bazarlarda standart məhsullar təklif edirlər. Vahid qiymətlərin mövcudluğu barədə alıcı xəbərdar olmaqla onu müqaisə edə bilir və məhsulu əldə edərkən heç bir problem olmadan qərar qəbul edir.

Qiymət siyasətinin hazırlanmasında əsas mərhələrindən biri istehsal olunmuş yeni məhsullara qiymətlərin müəyyən edilməsidir.Bu yeni məhsullardan istifadə edilməsi, istifadə olunmuş məhsulların yeni əldə olunmuş bazarlara çıxarılması və ya başqa satış kanallarının tapılması zamanı daha çox aktuallıq kəsb edir. Firmalar öz məhsullarını bazara çıxararkən, qiymət və keyfiyyət arasındakı uyğunluğu nəzərə alırlar. Firmalar bazara çıxardıqları yüksək keyfiyyətli məhsulu yüksək qiymətə,orta keyfiyyətli məhsulu orta qiymətə və nəhayət aşağı keyfiyyətli məhsulu aşağı qiymətə satırlar.

Qiymətin müəyyən edilməsi bir neçə mərhələlərin həyata keçirilməsini nəzərdə tutur: qiymət siyasətinin məqsədlərinin müəyyən edilməsi; tələbin təhlili; xərclərin təhlili; bazarda tərəf müqabili olan digər istehsalçıların əmtəə təkliflərinin və məhsullara qoyduqlrı qiymətlərin öyrənilməsi; qiymətlərin əmələ gəlməsi və qiymətqoyma metodlarının seçilməsi; qiymətlərin səviyyəsi ilə bağlı yekun qərarların qəbul edilməsi.

Qiymət siyasətinin müəyyən edilməsində növbəti addım tələbin müəyyən edilməsi (öyrənilməsi) və onun təhlilidir. Tələb mütəhərrikliyi aşağı olduqda bazarda satıcı əmtəəyə daha yüksək qiymət qoyur. Əksinə tələb nə qədər yuxarı olduqda onda firma öz məhsulunun qiymətini aşağı salır. Bu da satış həcminin artmasına gətirib çıxarır.Qiymət siyasətinin formalaşmasının metodlarından biri mənfəətin və zərərin maksimum səviyyəsinin təhlili əsasında satış qiymətini müəyyən edilməsidir.Qiymət siyasətinin formalaşmasının bu metodu istehsal və satışın həcminin müəyyənləşdirilməsinə imkan verir.Adı çəkilən metod firmanın qiymət vasitəsilə maksimum mənfəət əldə etməkdir.

Qiymət siyasətinin formalaşmasında rəqabətin nəzərə alınmasının da böyük əhəmiyyəti vardır. Əgər firma bazarda inhisarçı mövqeyə malikdirsə, onda o böyük həcmdə mənfəət əldə etməyə qadirdir. Satılan məhsulların və göstərilən xidmətlərin qiymətləri müəyyən edilərkən bazarda rəqabət aparan firmanın imkanları nəzərə alınır.Qiymətin müəyyən edilməsinin bu metodu rəqabət şəratinin və bazarda firmanın mövcud vəziyyətinin dəyişməsi ilə bağlıdır.

Qiymətin əmələ gəlməsinin digər bir metodu da vardır. O da bazarda liderlik edən firmalar tərəfindən qiymətin müəyyən edilməsidir. Bu zaman firmalar istehsal etdikləri məhsullara qiymət qoyarkən həmin qiyməti bazarda daha çox xüsusi çəkiyə malik olan lider firmanın müəyyən etdiyi qiymətin səviyyəsinə uyğunlaşdırırlar. Bazarın konyukturundan asılı olaraq liderlik edən firma alıcıların geniş təbəqələrinin rəqabətini qazanır.

Firmanın qiymət siyasətinin formalaşmasında adları çəkilən metodların təhlili göstərir ki, bazarda qiymətlər müəyyən edilərkən rəqabətin mövcud vəziyyəti nəzərə alınmalıdır. Bazarda tələbin və əhalinin alıcılıq qabiliyyətlərinin dəyişməsi nəzərə alınmadığı halda təminatlı mənfəət əldə etmək və xərcləri kompensasiya etməklə bağlı istehsalçının atdığı addımlar uğursuzluqla nəticələnəcək və satışın həcminin artmasına əhəmiyyətli təsir göstərməyəcəkdir. Bu da ilk növbədə müəssisənin maliyyə fəaliyyətinin pozulmasına gətirib çıxaracaqdır. Əksinə, bazara çıxarılan əmtəə və xidmətlər alıcının istəyinə uyğun olduqda və bazar konyukturunun dəyişməsi nəzərə alındıqda istehsalçının satış qiymətlərinin tənzimləmək, ona nəzarət etmək imkanları yaranır.Bu da maksimum həcmdə mənfəət əldə olunmasına təminat yaradır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin