Mövzu 10. Ticarət siyasəti və satışın təşkili formaları. Xarici bazarların kompleks tədqiqi və proqnozlaşdırılması.
10.1. Beynəlxalq marketinqdə satışın təşkili formaları.
10.2.Müəssisələrin və məhsulların beynəlxalq səviyyədə rəqabətqabiliyyətliyi.
10.3. Texnologiyaların verilməsi xarici bazarlara çıxış forması.
10.4. Xarici bazarların kompleks tədqiqi və proqnozlaşdırılması.
10.5. Françayzinq.
1. Beynəlxalq marketinqdə satışın təşkili formaları.
Satış dedikdə istehsalçı müəssisənin satış bölmələri də daхil olmaqla ti-carət (satış) təşkilatları və müəssisələrində sövdələşmələrin və alqı-satqı aktlarının həyata ke-çirilməsilə əlaqədar olan bütün əməliyyatların təşkili başa düşülür.
Satışın məqsədi tələb olunan məhsulların lazım olan vaхtda, lazım olan yerdə münasib qiymətlə istehlakçılara çatdırılmasının və mübadilə pro-sesinin həyata keçirilməsinin təmin edilməsidir.
Dostları ilə paylaş: |