Vasitəçilərlə satışın formaları. Vasitəçilərlə satış topdansatış və pərakəndə ticarət formasında həyata keçirilir. Topdansatış ticarət vasitəçilərlə satışın əsas forması hesab olunur.
Topdansatış ticarəti dedikdə məhsulların digər vasitəçi təşkilat və müəssisələrə, həmçinin istehsalçı müəssisələrə satışının həyata keçirilməsi başa düşülür. Bir qayda olaraq, topdansatış ticarəti vasitəsilə son istehlakçılara məhsullar satılmır. Topdansatış ticarət müəssisələri məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasının bir sıra funksiyalarını həm istehsalçı və istehlakçıya, həm də pərakəndə ticarət müəssisələrinə nisbətən yüksək effektlə yerinə yetirirlər.