Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Beynəlxalq texnologiya mübadiləsi



Yüklə 0,65 Mb.
səhifə99/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   95   96   97   98   99   100   101   102   ...   160
Beynelxalq marketinq muhazire

Beynəlxalq texnologiya mübadiləsi beynəlxalq mübadilənin yeni sferası olub, onun obyektini, təsərrüfatçılıq təcrübəsində tətbiq oluna bilən və yaxud müəyyən məqsədlərə nail olmağa imkan verən, metodlardan, vərdiş və təcrübələrdən ibarət olan, insanların praktiki bilikləri təşkil edir. Təsərrüfatçılıq prosesləri texnologiyanın mövcud olduğu mühütdir. ”Texnologiya” termini yunan sözü olan “texne “ sözündən əmələ gəlmişdir ki, onun da hərfi mənası ustalıq, incəsənət və bacarıq deməkdir. Beləliklə, texnologiya-müəyyən bir işi müəyyən tərzdə, müəyyən üsullarla yerinə yetirmək və ya hazırlamaq üçün lazım olan bilik və bacarıq, vərdişlər olsa da hər, bilik və bacarıq texnologiya demək deyildir. Məs: bazarda rəqiblərin sayı, qiymətin səviyyəsi haqqında sahibkarın malik olduğu biliklər texnoloğiya demək deyildir, bunlar ancaq informasiyadır.İnsan fəaliyyətinin bir sıra sferalarında qeyri-iqtisadi texnologiyalar: siyasi, sosial, hüquqi, hərbi xarakterli texnologiyalar da vardır ki, onların da iqtisadi nəticələri mövcud ola bilir. Beynəlxalq texnologiya mübadiləsi ölkələr arasında təsərrüfatçılıq prosesslərinin yayılmasında və müxtəli subyektlərin praktiki məsələlərin həlli ilə əlaqədar fəaliyyətində təzahür edir. Texnologiyanın tətbiq edilməsində məqsəd müvafiq xarakteristikaya malik olan məhsulların istehsalı, tələb olunan keyfiyyətdə məhsul və ya xidmət, idarəetmə və marketinq problemlərinin həlli və s. ola bilir. Beynəlxalq aləmdə texnologiya aşağıdakı üsüllarla ötürülür: yazılı (patentlərin, lisenziyaların alqı-satqısı müqavilələrinin bağlanması, mətbuatda nəşr olunması və s.), elektron şəbəkə-internet və televiziya vasitəsilə, konferensiya və simpoziumlar vasitəsilə, sərgilərdə və s. Beynəlxalq texnologiya mübadiləsi haqqı ödənolməklə və havayı ola bilər. Beynəlxalq texnologiyanın əksər hissəsi haqqı ödənilmədən mübadilə edilir. Texnologiyanın müəyyən hissəsi isə iqtisadi əhəmiyyətindən asılı olaraq müvafiq müqavilələrdə əksini tapan dəyər ifadəsində qiymətləndirilir və alıcı tərəfindən haqqı ödənilir. İnformasiyanın beynəlxalq mübadiləsi isə nisbətən daha sadədir. İnformasiya dünya təsərüfatçılığı prosesinin tərkib hissəsi olması da və iqtisadi problemlərin həlli olmasa da, iqtisadi qərarların qəbul edilməsinin əsasını təşkil etməklə müəyyən iqtisadi gəlir əldə etməyə imkan verir. Özünün məzmununa görə beynəlxalq mübadilədə statistik, mühasibat, analtik, hüquqi, elmi, tibbi, kompyüter, əyləncə xrakterli müxtəlif informasiya məhsulları iştirak edir. İnformasiyanın məzmunu və iqtisadi əhəmiyyətindən və emal edilməsi səviyyəsindən asılı olaraq onun beynəlxalq dövriyyədə müxtəlif qiymətləri ola bilir. Məs: Analtik məzmuna malik informasiyalar daha yüksək qiymətləndirilir. Qeyd etmək lazımdır ki, informasiyanın da müəyyən hissəsi haqqı ödənilmədən əldə olunur. İnformasiya ölkələr arasında konkret informasiya məhsulları formasında- informasiya əmtələri və informasiya xidmətləri hərəkət edir. Birinciyə qəzet, jurnallar, kitablar, proqram təminatı,məlumat bazası, reytinqlər, müsiqi və incəsənət əsərləri və s. daxildir. İnformasiya xidmətinə informasiya məhsullarının hazırlanması, yaradılması, yenidən işlənilməsi və yayılması ilə əlaqədar fəaliyyəti özündə birləşdirir. Aparılmış tədqiqtlarla sübüt edilmişdir ki, ölkədə əhalisinin təhsil səviyyəsi, telfonla təchiz olunması və ölkənin iqtisadiyyatının açıqlıq səviyyəsindən asılı olaraq adambaşına düşən ümumidaxili məhsulun səviyyəsində fərqlər əmələ gəlir. Hansı ölkələrdə qeyd olunan göstəricilər yüksəkdirsə, o ölkədə ÜDM-da bir o qədər çox istehsal olunur. Beynəlxalq mübadilədə iştirak edən sahə texnologiyalarının növlərindən bəhs edərkən qeyd etmək lazımdır ki, demək olar ki hər bir sahənin özünün spesifikliyinə uyğun olan müasir texnologiya mövcuddur və onlar daima yeniləri ilə əvəz olunur. İstehsal sahələrinə aid olan texnologiyalar əsasən, məhsulun daha az xərclə başa gəlməsi və keyyfiyyətinin daha yüksək olması ilə xarakterizə olunurlar. Bu sahadə müasir tələblərə onun ekologiyaya daha az mənfi təsiri olması insanlara mənfi təsirlərin minimuma endirilməsi (səs və radiasiya) və s. aid edilir. Hal hazırda dünya da Bank işində, ticarətdə, sığorta şirkətlərində idarəetmənin müasir texnologiyaları beynəlxalq mübadilənin obyektlərindən ən geniş yayılmışı hesab olunur. Bütün bularla yanaşı beynəlxalq mübadilədə informasiyanın axtarılması, toplanması, qruplaşdırılması, emal edilməsi və ötürülməsi texnologiyası da günü gündən sürətlə artmaqdadır. Milli iqtisadiyyat üçün əhəmiyyətinə və səviyyəsinə görə texnologiyanı təsnifləşdirən İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı (OECP-rusca), bu və ya digər sahədə istehsalın xarakterindən asılı olaraq texnologiyanın 4 tipini fərqləndirir ki, bu da beynəlxalq texnologiya mübadiləsinin keyfiyyət cəhətini göstərir: Sənayenin aerokosmos, farmaseptika sahələrində, ofis və mühasibat texnikası istehsalı, radio - televiziya və kommunikasiya avadanlıqları istehsalı sahələrində tətbiq olunan yüksək texnologiya. Elektrotexnika maşınqayırması, cihazqayırma sahələrində, nəqliyyat avadanlıqları və avtomobil mühərrikləri istehsalı sahələrində, kimya sənayesində tətbiq olunan orta-yüksək səviyyəli texnologiya .nüvə yanacağı istehsalında, neft məhsullarının təmizlənməsind. gəmiqayırmada, metal istehsalında tətbiq olunan orta-aşağı səviyyəli texnologiya. Kağız və kağız məhsulları istehsalında, yeyinti məhsulları sənayesində, tütünvə tekstil, dəri istehsalı sənayesində tətbiq olunan aşağı səviyyəli texnologiya. BMT təsnifatın da isə texnologiyanın 3 əsas səviyyəsi –yüksək, orta və ağağı səviyyələri fərqləndirilir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin