Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Müəssisələrin və məhsulların beynəlxalq səviyyədə rəqabətqabi­liy­yətliyi



Yüklə 0,65 Mb.
səhifə97/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   93   94   95   96   97   98   99   100   ...   160
Beynelxalq marketinq muhazire

2.Müəssisələrin və məhsulların beynəlxalq səviyyədə rəqabətqabi­liy­yətliyi.

Məhsul – ictimai və şəxsi təlabatı ödəməyə yönəldilmiş əmək fəaliyyətinin son nəticəsidir. Buraya elmi – texniki araşdırmalar ( ixtiralar, kəşflər ), istehsal – texniki məqsədli məhsullar, xalq istehlakı malları, tikinti obyektləri, işlər və xidmətlər aid edilir.

Məhsulun rəqabətqabiliyyəti alıcıların müəyyən qrupu üçün maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsini təmin edən xassələrin məcmusu ilə müəyyən olunur (keyfiyyətdən fərqli olaraq). Bu zaman məhsulun digər xassə və xüsusiyyətləri nəzərə alınmır. Əgər məhsulun nəzərdə tutulduğu istehlakçılar qrupu üçün tələb olmayan xassələri hesabına onun qiyməti artarsa, onda bu cür daha yüksək key-fiyyətli məhsul nisbətən aşağı rəqabətqabiliyyətinə malik olar. Bundan başqa, eyni məhsul daxili bazarda rəqabət qabiliyyətli, xarici bazarda rəqabətə davamsız və əksinə ola bilər.

Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə istehsalçı və istehlakçıların maraqlarını təmin edən, təklif olunan məhsulun bazarın şərtlərinə tam cavab verə bilən məhsulun xassələrinin istehlakçıların tələblərinə uyğunluğu onun rəqabətqabiliyyəti adlanır. Yəni məhsul texniki, estetik, erqonomik və digər xassələrin məcmusuna malik ol-maqla yanaşı, həm də onun reallaşdırma şərtlərinə (qiymət, göndərilmə müddəti, servis xidməti, firmanın nüfuzu, reklam və s.) cavab verməlidir. Məhsulun rəqabətqabiliyyəti bazarın xüsusi şərtlərini tə-min etməyə imkan verən istehlak (kəmiyyət və keyfiyyət) xassələ-rinin məcmusu ilə müəyyən olunur. Rəqabətqabiliyyətli məhsul daha ucuz satış kanalları vasitəsilə asan və tez satılır. Faktiki olaraq məhsul ictimai tələbi ödəmək səviyyəsinə uyğunluq yoxlamasından keçirilir. Bu tələbatları müəyyən qrup istehlakçıların zövq və istəkləri (bazarın seçilməsi) diktə edir və elə buna görə də «rəqabətqabiliyyəti» anla-yışı həmişə konkret xarakter daşıyır. Məhsulun kommersiya cəhətdən sərfəli satışı konkret bazarda müəyyən rəqabət şəraitində mümkündür.

Hər bir istehlakçı özünün şəxsi tələbatlarını maksimal ödəyən məh-sulları əldə edir. Bütövlükdə, istehlakçılar digər məhsullarla müqayisə-də ictimai tələbata daha çox uyğun olan məhsulu alır. Buna görə də məhsulun alışını təminetmə dərəcəsi ayrı-ayrı alıcıların rəylərinin məc-musundan formalaşır və məhsulun həyat tsiklinin istənilən mərhələsində müəyyən olunur. Bu müddətdə istehlakçı uğrunda kəskin rəqabət gedir. Məhsulun rəqabətqabiliyyətliliyi onun (məhsulun) alıcını təmin etməsi səviyyəsindən asılıdır.

Məhsulun rəqabət qabliyyətinin yüksək olmasını şərtləndirən bir amildə onun qiymətidir. Keyfiyyətlə qiymətin müqaisəsində istehlak-çı üstünlüyü, bir çox hallarda keyfiyyətə verir; keyfiyyət istifadəsi uzunmüddətli olan məhsullarda istismar və təmir xərclərini azaldır. Dünya təcrübəsi göstərir ki, bir çox məşhur firmaların («Adidas», «Toyota» və s.) uğurları məhsulların ucuz istehsalı ilə deyil, keyfiy-yətli istehsalı ilə əlaqədardır.

Beləliklə, məhsulun keyfiyyəti dəyişmədiyi halda belə, onun rəqa-bətqabiliyyəti bazar konyunkturası, reklamın təsiri və məhsula münasi-bətdə xarici və daxili amillərin yaranması hesabına geniş hədlərdə dəyişə bilər.

Məhsulun rəqabət qabiliyyətinin qiymətləndirilməsi onun parametrlərinin müqayisə bazasının parametrləri ilə tutuşdurulması yolu ilə həyata keçirilir. Müqayisə bazası kimi ya alıcının tələbatları, ya da məhsul nümunəsi götürülür. Məhsul nümunəsi, adətən maksimal satış həcminə və gələcəkdə ən yaxşı satış perspektivinə malik olan məhsul götürülür. Əgər müqayisə bazası tələbat götürülürsə, onda rəqabət qabiliyyətinin bir göstəricisi aşağıdakı kimi hesablanır:

100×PP=ginii

Burada, gi – məhsulun rəqabət qabiliyyətinin i-ci parametri üzrə fərdi parametr göstəricisi;

Pi – rəqabət qabiliyyəti qiymətləndirilən məhsulun i-ci parametrinin ölçüsü;

Pin – tələbatın tam ödəndiyi i-ci parametrin ölçüsü;

n – təhlil olunan paramertlərin sayı.

Əgər müqayisə bazası kimi, məhsul nümunəsi götürülürsə, onda kəsrin məxrəcində nümunə kimi götürülmüş məmulat üçün i-ci para-metrin ölçüsü qoyulur.

Bəzən məhsulun keyfiyyət paramertlərini fiziki ölçü ilə ifadə et-mək mümkün olmur. Bu halda balla qiymətləndirmə metodundan is-tifadə edilir. Bu diferensial metod rəqabətqabiliyyətinin təmin olun-ması üçün məhsulun parametrlərinin yüksəldilməsi və ya aşağı salın-ması zəruriliyini müəyyən edir, lakin hər bir parametrin alıcının məh-sul seçiminə təsirini əks etdirmir.

Məhsulun keyfiyyəti – məhsulun ( xidmətin ) yenilik səviyyəsini, etibarlılığını, uzunömürlüyünü, davamlığını, texniki – iqtisadi cəhətdənn sərfəliliyini, erqonomik, estetik, ekoloji və başqa istehlak xassələriniözündə tam əks etdirən, öz təyinatına görə istifadəsi zamanı ona ictimai istehsal münasibətləri sistemində qoyulmuş ( ehtimal olunan ) təlabatı ödəmək qabiliyyəti verən xassələrin məcmusudur. Başqa sözlə, bu, cəmiyyətin müəyyən təlabatını ödəmək üçün məhsulun yararlılıq xassəsinin məcmusudur. Deməli, predmet ( məhsul, əşya ) öz keyfiyyəti ilə mövcuddur.

Yeni məhsul – öz texniki – iqtisadi və sosila parametrlərinə (göstəricilərinə) görə yaxınlaşdırılmış (prinsipcə yeni istehlak xassələrinə malik olan) elmi tedqiqatlar, təcrübə - konstruktor və lahiyə işləri əsasında yaradılmış məhsuldur.

Firmada yeni məhsul, adətən aşağıdakı 2 üsuldan biri ilə yaradıla bilər:



  • Patent, lisenziya və “nou – hau” almaq yolu ilə;

  • Yeni məhsul şəxsən firmanın özü tərəfindən işlənib hazırlanır və istehsal edilir.

Hər bir müəssisə (firma, şirkət və s.) maraqlıdır ki, yeni məhsul yaratsın və bazarda əlverişli mövqe tutsun. Hər il bu məqsəd üçün çoxlu məbləğdə vəsaitlər xərclənir. Amma yeni yaradılan bu məhsulların yalnız bir hissəsi bazar tərəfindən qəbul edilir. Ümumiyyətlə, yaxşı məhsulu işləmək, yaratmaq və hazırlamaq olduqca çətin bir işdir. Bunun üçün müəyyən elmi – tədqiqat işi aparmaq, yeni məhsulu işləyənlər tərəfindən bu işə yaradıcılıqla yanaşmaq tələb edilir.

“Yeni məhsulun yaradılması və bazara çıxarılması” konsepsiyasında istehsal edilmiş yeni məhsulların bazar tərəfindən qəbul edilmə səviyyəsi həlledici mərhələdir. Çünki müəssisə (firma, şirkət və s.) üçün yeni məhsul işləyib hazırlamaq və onun istehsalını mənimsəmək heç də əsas şərt deyil. Burada ən başlıcası (istehlakçıları, müştərilər) tərəfindən necə qarşılanmasıdır.

“Yeni məhsul” anlayışının 50 – dən çox tərifi vardır. Bunların əksəriyyəti əsasən dar çərçivədə olmaqla, “yeni məhsul”un iqtisadi – sosial mahiyyətini birtərəfli açır. Məsələn, istehsalçının (satıcının) baxımı nöqteyi - nəzərindən “yeni məhsul”a verilən tərif yalnız onun mənafeyini əks etidirir. ABŞ – da yeni məhsullar aid edilir ki, onun istehsalına 4 il bundan əvvəl başlanılmış olsun. Yeni istehsal edilən hər bir növ məmulat və məhsul 4 il müddətində “yeni məhsul” hesab edilir.

Yeni ideya və kəşflərin mənbəyi, onların yaradıcıları əsas etibarı ilə fundamental və tətbiqi elmi – tədqiqat institutları hesab edilir. İstehlak malları və xidmətləri üzrə işlənib hazırlanan yeni ideyaların əsas istehsalçıları (yaradıcıları ) zavodun elm bölməsi (elm – tədqiqat şöbələri, laboratoriyaları) olur. Bilavasitə bu bölmələrdə ideyalar əsasında istehlakçıların müəyyən təlabatlarının ödənilməsinə yönəldilmiş yeni məhsul konstruksiyaları və xidmət növləri hazırlanır. Başqa sözlə, məhsulun və xidmətin yaradılmasının ümumi ideyalarından başlanmış, onların maddiləşmiş, hazır formaya (cihaz, maşın, xidmətin forması yaxud xarakteri, onların hazırlanma texnalogiyası, dizayın və s.) salana kimi olan bütün mərhələlər bilavasitə müəssisənin (zavodun və s.) elmi – tedqiqat şöbələrində həyata keçirilir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin