Satışın tədqiqi - bazarın hərtərəfli, kompleks qaydada öyrənilməsinin əsas istiqamətidir. Satışın tədqiqi sistemində onun forma və metodları, satışın hər bir kanalının rolu və səmərəliliyi aydınlaşdırılır, satış xərclərinin miqdarı, anbar və digər xidmət binalarının yerləşdirilməsi sistemi müəyyənləşdirilir və s.
Satışın tədqiqində ənənəvi, eləcədə yeni satış formalarının və kanallarının axtarılıb tapılmasının təkmilləşdirilməsi üzrə işlər aparılır və tövsiyyələr hazırlanır. Satış sferasının tədqiqində reklamların təşkili və tələbatın formalaşması problemlərinədə xüsusi diqqət yetirməlidir. Əmtəələrin reallaşdırılmasında bölgü kanalları müstəsna rola malikdir. Beləki, bölgü siyasətinin formalaşmasında, əmtəələrin məqsədli potensial alıcılara (istehlakçılara) çatdırılmasında, yəni əmtəələrin irəlilədilməsində bu kanalların əhəmiyyəti əvəzedilməzdir. Bununla yanaşı, məhsulların bölgü kanallarının düzgün və optimal variantda seçilməsi, həll edilməsi və idarəedilməsi çox mürəkkəb problemlərdən hesab edilir. Çünki, bu, yəni seçilmiş «bölgükanalı» bilavasitə marketinq sferasında olan digər məsələlərin həllinə təsir edir. Məhz buna görədə, ümumiyyətlə, satış siyasətinin formalaşması, o cümlədəndə «bölgü kanallarının» seçilməsi prosesi marketinq kompleksinin əsas elementlərindən biri hesab edilən məhsulun istehlakçıya kimi çatdırılması prinsipindən istifadəyə əsaslanır. Bununla əlaqədar olaraq hələ vaxtı ilə K.Marks qeyd etmişdirki, yalnız məhsul istehlakçıya çatdırıldıqdan sonra onun istehsalı bitmiş hesab edilir.
Dostları ilə paylaş: |