152
topuqlarını bəzəmiş, yaraşıqlı görünməyə çalışmışlar. Azərbaycan ərazisində aparılan arxeoloji
qazıntılar zamanı müxtəlif materifllardan düzəldilmiş xeyli muncuq aşkar edilmişdir.
Erkən metal dövrü abidələrindən başlayaraq muncuq və pilək (pərək) tipli bəzək növlərinin
mis və tuncdan düzəldildiyi nəzərə çarpır. Qızıl və gümüşün istehsal xüsusiyyətlərinin
mənimsənilməsindən sonra bəzək əşyalarının hazırlanması zinət istehsalı səciyyəsi kəsb
etmişdir. Bununla da spesifik istehsal texnologiyasına malik olan zərgərlik sənətinin tarixi
başlanmışdır. Arxeoloji abidələrdən aşkar olunmuş qızıl və gümüş sırğa, üzük, bilərzik, qolbağ,
çələng, tac, sancaq, boyunbağı, silsilə, düymə, toqqa, müxtəlif növ asma və bəndləmə bəzək
növləri (pilək, pərək) əsrlər boyu insan məişətini bəzəyib süsləmişdir.
Zəmanəmizədək ənənəvi zinət istehsalının
döymə, çaxmaqəlib (qəlibkarlıq),
qarasavad,
minalama (minasazlıq),
aynalama (pardaxlama),
çaxma (xatəmkarlıq),
şəbəkə (torlama,
həddələmə) və s. olmaqla olduqca zəngin texnoloji üsulları gəlib çatmışdır. Adları çəkilən
texniki üsulların hər birinin özünəməxsus tətbiq sahəsi və məmulat növü yaranmışdır. Qarasavad
ən çox gümüşkarlıqda tətbiq olunurdu. Soyuq silahların (qılınc, xəncər, qəmə, behbud və s.) qını,
yaxud dəstəyi, odlu silahların qundağının gümüş bəzəkləri çox vaxt qarasavad üsulu ilə işlənib
yaraşıqlı hala salınırdı. Yaxud sırğa, bilərzik, üzük, kəmər toqqası və s. zinət növlərinin
hazırlanmasında çox vaxt şəbəkə üsulundan istifadə olunurdu. Xatəmkarlıq üsulu ilə xəncər,
qılınc qını, onların ağac və ya sümük dəstəyi, habelə müxtəlif növ ev avadanlıqları bəzədilirdi.
Minasazlıq üsulu ilə qızıl və ya gümüş zinətlərin üzərində oyulmuş rəsm və ya naxışların içi
mina maddəsi ilə doldurulandan sonra bişirilib bərkidilirdi. Bu texniki üsul ən çox xəncər və
qılınc qınının, sırğa, bilərzik və s. zinət növlərinin bəzədilməsində tətbiq olunurdu.
Bütün bunlardan əlavə, bir sıra ənənəvi zinət növlərinin bəzədilib yaraşıqlı hala
salınmasında ləl-cəvahiratdan (inci, mirvari, kəhraba, sədəf, almaz, yaqut, əqiq, brilyant və s.-
dən) istifadə edilmişdir. Ona görə də ənənəvi zərgərlik sənətində cavahirsazlıq çox vaxt müstəqil
peşə növü kimi fəaliyyət göstərirdi.
Zinət istehsalı sahəsində orta əsrlərdən başlanan sənətdaxili ixtisaslaşma XIX əsrdə də davam
etmişdir. Məhz bunun sayəsində zinət istehsalı
zərgərlik, gümüşbəndlik və
cəvahirsazlıq olmaqla,
müxtəlif ixtisas sahələrinə ayrılmışdır. Hətta zərgərlər arasında
minasaz, şəbəkəçi (toplamaçı),
Dostları ilə paylaş: