Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə141/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   137   138   139   140   141   142   143   144   ...   194
boyun-yaxa, bilək-barmaq, be, ayal    bəndləmə  bəzəklər olmaqla, müxtəlif tipoloji qruplara 
bölünür. Bu qruplara daxil olan zinət növlərinin hər birinin özünə məxsus istehsal texnologiyası, 
forma və quruluş xüsusiyyətləri yaranmışdır. Bütün bunlardan əlavə,  ənənəvi zərgərlik 
mərkəzlərindən asılı olaraq, hər bir bölgənin özünə  məxsus səciyyəvi bəzək növü də  təşəkkül 
tapmışdır. «Çəçik», «qarabatdaq» boyunbağılar Naxçıvanda, piyalə-zəng sırğalar Şamaxı, Bakı 
və  Gəncədə, «döymə-babaxanı» və ya «ay-ulduz» adlanan aynalama yaxalıq  Şuşada, həmayıl, 
heykəl Quba, aypərək Qazax, məjdiyyə Salyan zərgərliyində geniş yayılmışdır. 
Tarixən insanın geyim və  məişətinə gözəllik verən bəzək məmulatları arasında zər-zivər, 
xüsusilə  qadın zinətləri başlıca yer tutmuşdur. Zinət ustaları tarix boyu qadınlar üçün bir-
birindən yaraşıqlı müxtəlif növ zər-zivər, bəzək nümunələri yaratmışlar. 
Qadın zinətləri arasında  baş  bəzəkləri (süs, cığcığa) üstün yer tutmuşdur.  Qulaq    saç 
bəzəkləri də çox vaxt bu qrupa aid edilir. Azərbaycanda tarixən baş  bəzəklərinin çox zəngin 
tipoloji çeşidləri yaranmışdı. Bunların arasında ayrı-ayrı  məhəlli zərgərlik mərkəzlərində 
müxtəlif adlarda zəmanəmizədək gəlib çatmış  tac  və ya çələng  ən arxaik bəzək növü olmaq 
etibarı ilə diqqəti cəlb edir.  
Ağır və bahalı zinət növü olmaq etibarı ilə tac, əsasən, ağa-bəy zümrəsindən olan varlı 
kübar qadınlar arasında dəbdə olmuşdur. Keçmişdə tac, həmçinin, hakimiyyət rəmzi kimi, 
hökmdar libasının zəruri tərkib hissəsinə çevrilmişdir.  Ənənə halını almış  rəsmi qaydaya görə, 
hökmdar hakimiyyət taxtına çıxarkən, həm də hökm verən zaman onun başına mütləq tac 
qoyulmalı idi. 
Hazırda tac öz adı ilə  təkcə  Şimal-Qərbi Azərbaycanda qalmışdır. Qazaxda o, «dingə», 
Gəncə və Muğan bölgəsində «cığcığa» adı ilə xatırlanır.  
Zaqatala tarix-diyarşünaslıq muzeyinin fondunda saxlanılmaqda olan tac dəbilqəni 
xatırladır. Daş-qaşla bəzədilmiş  qızıl tacın  əsas bəzək elementləri onun ön və yan tərəflərində 
cəmləşdirilmişdi. 
Ənənəvi zərgərlik sənətində bəzək dekorunun təkmilləşdirilməsi ənənəsi sonralar bu tipdən 
olan zinətlərin «alınlıq», «qabaqlıq», (Qərbi Azərbaycan), «çütqabağı» (Şirvan, Abşeron), 
«tülüqabağı» (Şəki), «alınlıq» (Naxçıvan), «araşqın» (Ordubad), «təsəkqabağı» (Lənkəran) və b. 
adlarda bəlli olan və müəyyən qədər məhəlli xüsusiyyət kəsb edən tipoloji çeşidlərinin yaranması 
ilə nəticələnmişdir. 
Tacdan fərqli olaraq, adları çəkilən baş bəzəkləri, əsasən, alının üstünü və gicgahları əhatə 


 
 
154
etdiyindən ya arxa tərəfdən qaytanla başa bağlanır, ya da ensiz parça, yaxud bafta üzərinə bənd 
edilərək çutqu və ya araqçının (təsəyin) ön hissəsinə bənd edilirdi. Şirvan və Abşeron qadınları 
bir qayda olaraq, çutqabağını çutqunun önünə bənd edirdilər. 
Alınlıq (qabaqlıq) ayrı-ayrı  zərgərlik mərkəzlərində «pilək», «pərək» («pərəng»), 
«gülpərək», «kəsmə» və s. adlarla bəlli idi. Alınlıq iki cür, ya qəlibkarlıq üsulu ilə hazırlanmış 
zəngin bədii dekora malik zinət ünsürlərindən, yaxud kənarına qulp bənd etdirilmiş qızıl və ya 
gümüş sikkə düzümündən ibarət tərtib edilirdi. Məhz bu səbəbdən də alınlıq (qabaqlıq) el 
arasında həmin bəzək ünsürlərinin adına müvafiq qaydada adlandırılırdı. «Pilək alınlıq», «pərək» 
və ya «gülpərək qabaqlıq» buna misaldır. Əsilzadə kübar qadınların «kəsmə» alınlığı, adətən, ləl-
cavahiratla bəzədilərdi. Alınlığı zənginləşdirən daş-qaş arasında brilyant mühüm yer tutmuşdur. 
Daha çox Bakı zərgərləri brilyant qaş düzəltməyə üstünlük verərmişlər. 
Qulplu sikkələrdən düzəldilən alınlıq hansı ölkənin sikkə növündən hazırlanırdısa, həmin 
adla da tanınırdı. Məsələn, «əşrəfi» və ya «imperial alınlıq», «bacaqlı qabaqlıq», yaxud 
«məcidiyyə» (məjdiyyə) bunu aydın göstərirdi. 
«Əşrəfi» Misir məmlük sultanı  Əşrəf Seyfəddin tərəfindən 1422-ci ildən kəsdirilməyə 
başlamışdır. Səfəvilər dövründə  həmin çəkidə (3,45q) kəsilmiş  qızıl sikkələr də  «əşrəfi» 
adlanmışdır.
89
 
«İmperial» rus qızıl sikkəsi olub nominal dəyəri 10 gümüş manata bərabər pul vahidi 
sayılırdı. 1755-ci ildən kəsilməyə başlamış həmin sikkənin tərkibində 11,65 q qızıl var idi.
90
 Rus 
işğalından sonra Azərbaycanda geniş yayılmış imperial çəkisinə görə digər sikkələrdən üstün 
tutulurdu. «Bacaqlı» XIX əsrin əvvəllərindən Azərbaycanda işlədilən Niderland qızıl dukatının 
adı olmuşdur. Hətta Avstriya qızıl sikkələri, habelə  Fətəli  şah dövründə  İranda eyni çəkidə 
kəsilən qızıl sikkələr də «bacaqlı» adlanmışdır.
91
 
«Məcidiyyə» Türkiyədə Sultan Əbdülməcid tərəfindən 1844-cü ildən kəsdirilən qızıl və 
gümüş sikkələr idi. Azərbaycanda o, «məjdiyə» adı ilə yayılmışdır. Çəkisi 7,2 q, nominal dəyəri 
100 quruşa bərabər olan bu qızıl sikkələr «Osmanlı lirəsi» kimi də tanınırdı.
92
 
Kənarına qulp bənd etdirilmiş həmin sikkələri qadınlar özləri də sap və ya qaytana düzüb 
«alınlıq», «yaxalıq», «belbağı», yaxud «ətəklik» düzəldə bilirdilər. 
«Kəsmə» adlanan paxlava formalı bəzək ünsürlərindən ibarət qızıl silsilə də baş bəzəkləri 
sirasından idi. Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Quba bölgəsində silsilə «həmail», 
yaxud «heykəl» adı ilə məşhur idi.  
Alazan vadisi əhalisi arasında silsiləni «mumasan» adlanan ardıcıl qaydada bir-birinə bənd 
edilmiş zəncirə və pilək düzümlərindən ibarət bəzək növü əvəz edirdi. 
Qadın baş bəzəkləri arasında qəlibkarlıq üsulu ilə, müxtəlif bəzək ünsürlərindən, ən çox isə 
«pərək» və ya «gülpərək» düzümlərindən ibarət hazırlanmış cutquqabağı xüsusi yer tutmuşdur. 
Çutqunun önünə tutulan bu zərif baş bəzəyi keçmişdə Azərbaycanın şərq bölgələrində xüsusilə 
geniş yayılmışdır. 
Kiçik tacı xatırladan çutquqabağı çox vaxt qızıldan, bəzən də, xüsusilə kasıblar üçün 
gümüşdən düzəldilərdi. Varlı əsilzadə qadınlar üçün hazırlanmış qızıl çutquqabağı həm də daş-
qaşla bəzədilirdi.  
R.Əfəndiyevin yazdığına görə, aypara şəklində  çələngi xatırladan çutquqabağını XVIII 
əsrdə araqçının qabağına tuturmuşlar.
93
 Görünür, elə məhz bu səbəbdən də Ordubadda bu tip baş 
bəzəyi «araşqın» adlanırdı. 
Ənənəvi baş  bəzəklərinin bir qismi, məsələn,  qarmaq, sancaq  və s. çalma və örpəkləri 
(bənarə, sərəndaz, alafa, tor) bənd edib bərkitmək, müəyyən hissəsi (telbasan, qüllaba, ərca) isə 
qadın saçlarının hörüyə gəlməyən cığa və birçəklərini yığıb səliqəyə salmaq məqsədi güdürdü. 
«Həbabi» adlanan yaxa bu düymələri, quşpara və çarpaz da bəndləmə zinətlər qrupuna daxil idi. 
Zəncirəli qızıl  qarmaq,  əsasən,  ərli qadınların geyim dəstinə daxil olan baş  bəzəyi 
sayılırdı.
94
 Çünki keçmişdə bahalı baş örpəklərini, başlıca olaraq, ərli, həm də varlı qadınlar 
örtərdilər. Belə örpəklər isə başa qarmaq vasitəsilə bərkidilirdi. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin