Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Əlaqə yolları və rabitə vasitələri



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə188/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   184   185   186   187   188   189   190   191   ...   194
  
Əlaqə yolları və rabitə vasitələri 
 Azərbaycanın ənənəvi əlaqə vasitələri quru və su yolları, bərə-keçidlər körpülərhabelə 
bəsit rabitə növlərindən ibarə olmaqla, tipoloji cəhətdən müxtəlif səciyyə kəsb etmişdir.  
Maddi mədəniyyətin digər növləri kimi, ənənəvi  əlaqə vasitələri də çox qədim 
zamanlardan təşəkkül tapmağa başlamışdır. 
Ənənəvi əlaqə vasitələrinin ən qədim və bəsit növü isə yollar olmuşdur. Qədim insanların 
əmək məşğuliyyəti və istehsal fəaliyyəti ilə üzvi surətdə bağlı olan əlaqə yollarının 
zəmanəmizədək gəlib çatmışdır. 
İbtidai insan dəstələrinin  mənimsəmə  təsərrüfatı dövründəki yığıcılıq və ovçuluqla bağlı 
əməli fəaliyyəti sayəsində cığırlar əmələ gəlmişdir. Bu bələdçi cığırlar ilk, həm də ən bəsit yol 
növü idi. Bu dar cığırların yaranmasında təkcə qida axtarışında olan insanlar deyil, həm də yem 
və içməli su dalınca gəzən digər canlılar da yaxından iştirak etmişdilər. Ovlaq və örüşləri el-
obaya qovuşduran bu bələdçi cığırlarla uzun müddət piyadalar və minik-yük nəqliyyatı vasitələri 
hərəkət etmişdir. Dağlardan, dərələrdən, düzlərdən, meşələrdən ötüb keçən bu təhlükəli dar 
cığırlardan başlanan ensiz nəqliyyat yolları  təkərli nəqliyyat vasitələri üçün yararlı  şahrah 
yollaradək çox böyük təkamül yolu keçmişdir. 
İstehsal  təsərrüfatının meydana gəlməsi, qida məhsullarının artması, natural mal 
mübadiləsinin yaranması,  əmtəə ticarətinin genişlənməsi yolların yaxşılaşdırılmasına maraq 
oyatmışdır. Bununla belə, əlaqə yollarının uzun müddət bəsit halda qalmasına natural təsərrüfatın 
mövcud olması faktı  mənfi təsir gösərmişdir. Məlum olduğu kimi, natural təsərrüfat  şəraiti 
ticarət  əlaqələrinin artmasına, mal daşımaları  və  əmtəə dövriyyəsinin inkişafına, beləliklə  də 
yolların yaxşılaşdırılmasına maraq oyatmırdı. Natural təsərrüfatın mövcud olduğu qədim və orta 
əsrlər dövründə, uzun müddət nəqliyyat yolları örtüksüz, torpaq yolu olaraq qalmışdır. 
Ənənəvi əlaqə yollarını labüd edən amillər sırasında ölkənin təbii –coğrafi şəraiti, xüsusilə 
onun dağlıq, yayla və düzənliklərdən ibarət topoqrafik quruluşu, habelə nəqliyyat əhəmiyyətli su 
hövzələri mühüm rol oynamışdır. Məhz bu səbəbdən də, burada müxtəlif səciyyəli quru yolları 
ilə yanaşı, çay və dəniz yolları da təşəkkül tapmışdır. 
Quru yollarının vəziyyəti həm də ölkənin sosial-iqtisadi və texniki inkişaf səviyyəsindən 
xeyli dərəcədə asılı idi. Əslində bu, quru yollarının inkişaf səviyyəsinin müəyyənedici amili idi. 
Azərbaycanın tarixən düçar olduğu texniki gerilik üzündən ölkənin həyat mənbələrini:  şəhər, 


 
 
221
kənd, qəsəbə, yaylaq və  qışlaq obalarını bir-birinə qovuşduran quru yolları minilliklər boyu 
örtüksüz, təbii halında qalmışdır.  Daş  və ya çınqıl örtüklü yollar burada yaxın keçmişdə, XIX 
əsrin ikinci yarısından sonra peyda olmağa başlamışdır. Mütəmadi  poçt rabitəsi və  sərnişin 
daşınmasının meydana gəlməsi döşəməli yolların salınmasına təkan vermişdir. Elə bu səbəbdən 
də,  asfalt yolların salınmasına qədər daş döşəməli yollar «poçt» və ya «şosse» yolu adı ilə 
tanınırdı. Yük dövriyyəsi və yükdaşıma  əməliyyatları artdıqca  şosse yolları  şəbəkəsi də 
genişlənib saxələnmiş və çoxalmışdır. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin