219
sahədə onlar Rusiyanın rəqabətinə tab gətirə bilmirdilər. Bununla belə, Azərbaycanın Xəzərsahili
vilayətlərinin hakimləri və varlı şəxslərinə məxsus xeyli yerli gəmi var idi.
88
Doğrudur, kirjim və səndəllərdən ibarət olan yerli gəmilər yükgötürmə qabiliiyyətinə
görə Rusiyanın ticarət gəmilərindən xeyli geridə qalırdılar. Bununla belə, sərnişin və
yükdaşımada yerli gəmiçilər fəal iştirak edirdilər. XYIII əsrin 70-ci illərində Azərbaycanda
olmuş S. Qmelinin yazdığına görə, belə gəmilərdə bir dəfəyə ancaq 50-100 nəfər sərnişin
daşınması mümkün idi.
89
Uzaq dəniz səfərinə çıxa bilməyən və sahil boyunca üzən yerli gəmilər, əsasən, Bakı-
Dərbənd, Bakı-Salyan, Bakı-Lənkəran və Bakı-Ənzəli marşrutları ilə yük daşıyırdılar.
90
Xanlıqlar dövründə Azərbaycanda gəmiqayırma işinin əsas mərkəzi Bakı limanı idi.
Burada kirjim və səndəl inşa edilən gəmi tərsanəsi fəaliyyət göstərirdi.
91
Xanlıqlar dövründə iqtisadi-ticarət əlaqələrinin intensiv şəkildə inkişaf etməsi şəraitində
yerli gəmiqayıranlar rus gəmilərinə bənzər iri
ticarət gəmiləri də inşa etməyə başlamışdılar. Bu
gəmilərin inşasında daha çox Rusiyadan gətirilən materiallardan istifadə olunurdu.
XIX əsrin əvvəllərinə aid bir mənbədə xəbər verilirdi ki, Bakı limanı yerlilərə məxsus
ticarət gəmilərinə malikdir. Onların əsas ticarəti İranın Xəzər dənizindəki limanlarına göndərilən
neft, duz və zəfərandan ibarət idi.
92
Gəmiqayırma üçün gərək olan lazımi materialların Xəzəryanı vilayətlərə ixracını qadağan
edən çar hökuməti kirjim və səndəllərin artmasının Rusiyanın ticarət maraqlarına zidd olduğunu
nəzərə alaraq, 1774-cü ildə Xəzəryanı ölkələrdəki öz konsullarına belə gəmilərin çoxalmasına
mane olmaq barədə göstəriş vermişdir.
93
Lakin çarizmin bu tədbirləri elə bir ciddi səmərə vermədi. Xəzəryanı limanlarda
gəmiqayırmanın qarşısını almaq mümkün olmadı. Yerli hakimlərə və varlı şəxslərə məxsus
müxtəlif tipli gəmilələrin sayı durmadan artmaqda davam edirdi. Ona görə də, 1782-ci ildə çar
hökuməti Xəzər dənizində digər ölkələrə məxsus ticarət gəmilərinin üzməsini qadağan edən
bədnam qərar qəbul etdi.
94
Lakin çarizmin bütün bu qadağaları təkcə yerli gəmiçiliyin inkişafına əngəl olmayıb,
habelə ümumən Xəzər dənizində ticarət əlaqələrinin genişlənməsinə mane olurdu. Digər tərəfdən
o zamankı rus gəmiçiliyi Xəzər dənizində yükdaşımanın öhdəsindən gələ bilmirdi. Bunu nəzərə
alan çar hökuməti 1802-ci ilin aprelində Xəzər dənizində digər ölkələrə, o cümlədən Azərbaycan
xanlarına məxsus kirjim və səndəllərin üzməsinə əngəl törətməmək barədə yeni qərar qəbul
etməyə məcbur oldu.
95
Bu qərardan sonra Xəzərsahili vilayətlərdə yerli gəmiqayırma və gəmiçiliyin inkişafı
intensiv səciyyə almışdır. Həmin dövrdə Quba, Bakı və Talış xanlıqlarının Rusiya tərəfindən
işğal olunması faktı da buraya gəmiqayırma üçün gərək olan rus mallarının gətirilməsi ilə bağlı
mövcud maneələri aradan qaldırdı. Məhz bu səbəbdən də, XIX əsrin 30-cu illərində Bakı
limanında 6 gəmiqayırma tərsanəsi fəaliyyət göstərirdi.
96
Həmin dövrdə Bakı sakinlərindən 57
nəfərinin 60 gəmisi var idi.
97
Azərbaycanın ənənəvi dəniz nəqliyyatının tipik nümunələri olan kirjim və səndəllərin
quruluşu və inşa texnikası barədə dövrümüzə qədər çox cüzi məlumat gəlib çatmışdır.
Əcnəbilərə məxsus buxarla işləyən və yüksək tonnajlı gəmilərin Xəzərdə hakim yükdaşıma
vasitəsinə çevrilməsi ilə əlaqədar olaraq, kirjim və səndəl tipli yerli gəmilər XIX əsrin ortalarına
doğru əməli əhəmiyyətini itirib gəmiçilikdən çıxmışdı.
Dostları ilə paylaş: