Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə183/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   179   180   181   182   183   184   185   186   ...   194
 
 Su nəqliyyatı 
Azərbaycanın dəniz, göl və üzgüçülüyə yararlı, dərin çaylardan ibarət təbii su tutarları 
qədim zamanlardan başlayaraq, burada ənənəvi su nəqliyyatı vasitələrinin meydana gəlməsinə və 
onların sonrakı inkişafına əlverişli zəmin yaratmışdır.  
Ölkənin daxili su tutarlarının səciyyəsindən asılı olaraq, burada tarixən həm çay, həm də 
dəniz nəqliyyatı vasitələri təşəkkül tapmışdır.  
Çay nəqliyyatı. Azərbaycanın nəqliyyat  əhəmiyyətli çayları arasında Kür və Araz çayları 
xüsusi yer tutmuşdur. Bəzi tədqiqatçılar hətta Kürü «qədim gəmiçilik çayı» adlandırmaqdan da 
çəkinməmişlər.
51
  
IX-X əsr ərəb müəlliflərinin məlumatına görə, Azərbaycana basqın edən ruslar qayıqlarda 
Kür çayı ilə Bərdə yaxınlığına qədər üzüb gələ bilmişdilər.
52
 
A.Mets  əl-Müqəddəsiyə istinad edərək Xilafətin gəmiçilik  əhəmiyyəti kəsb edən 12 çayı 
sırasında Kür çayı ilə yanaşı, Araz çayının da adını çəkir.
53
  
Kür və Araz çayları ilə yanaşı, Azərbaycanda Qanıx, Təvədöy, Arpaçay, Samur və başqa 
çaylar quru nəqliyyat üçün ciddi maneə törədirdi. Onları keçmək üçün insanlar tarix boyu 
müxtəlif nəqliyyat vasitələrindən istifadə etməli olmuşlar. 
Zəmanəmizədək gəlib çatmış mövcud faktları (qayaüstü rəsmlər, yazılı  məxəzlər, su 
arxeologiyası materialları  və etnoqrafik məlumatları) təhlil edib nəzərdən keçirdikdə  bəlli olur 
ki, dəniz nəqliyyatına nisbətən çay nəqliyyatı vasitələri daha qədim tarixə malikdir. İbtidai 
insanlar təhlükəli dənizlərdə üzmə vasitələrini icad etməzdən çox-çox əvvəllər ensiz çay 
maneələrini dəf etmək,  ərzaq və azuqə ehtiyatlarını, digər zəruri yaşayış vasitələrini çaylardan 
keçirmək, bir sahildən digərinə çatdırmaq məcburiyyətində qalmışlar. Dərin sulu çayların 
ətrafında məskunlaşmış  qədim tayfaların məişət həyatı  həmin su maneələrini keçmək üçün 
sərfəli nəqletmə vasitələri düzəltməyi tələb etmişdir. Bu yolda onlar aramsız axtarışlar etməli, 
üzgüçülük üçün etibarlı nəqletmə vasitələri düşünüb tapmalı olmuşlar. 
Çay nəqliyyatının inkişaf etdirilməsində  qıraqbasar  ərazilərdə  məskunlaşan oturaq əkinçi 
və köçəbə maldar (elat) əhalisinin bir-biri ilə qədim zamanlardan təşəkkül tapmış iqtisadi-ticarət 
əlaqələri mühüm rol oynamışdır. Başqa sözlə desək, həyati ehtiyac, zəruri təsərrüfat əlaqələrinin 
özü həmin tayfaları çay maneələrini dəf etmək üçün gərəkli nəqliyyat vasitələri axtarıb tapmağa 
vadar etmişdi.  
Çay nəqliyyatı vasitələri cəmiyyət tarixinin erkən mərhələlərindən etibarən yaranmağa 
başladığından daha zəngin tipoloji növə malikdir. Çay maneələrini keçmək, yaxud onların 
vasitəsilə bir sıra zəruri yükləri daşımaq ehtiyacından yaranan bəsit nəqletmə vasitələri:  kötük, 
sal, tuluq  (pələ)  və s. tədricən təkmilləşərək, yükdaşıma vasitələrinin daha mükəmməl tipoloji 
növlərinin: kolaz, kəraçi, pələ, kələk, qayıq, bərə və s. yaranmasına gətirib çıxarmışdır.  
Çay nəqliyyatının təkmilləşməsi sahəsində baş verən irəliləyişlər öz növbəsində böyük yük 
tutumuna malik olan və daha uzaq məsafələri qət edə bilən dəniz nəqliyyatı vasitələrinin: kirjim, 
səndəl, yelkənli gəmi və s. yaranmasına təkan vermişdir. Xüsusilə, qurama qayıqların meydana 
gəlməsi və onların sonrakı təkamülü bu işdə həlledici rol oynamışdır. 
Zəmanəmizədək gəlib çatmış çay nəqliyyatı vasitələrinin böyük əksəriyyəti yerli zəmində 
yaranmışdır. Elə  ənənəvi su nəqliyyatına, çay və  dəniz gəmiçiliyinə dair xalqımızın tarixi 
leksikonunda ilişib qalmış arxaik terminlərin rəngarəngliyi:  sal, tuluq, pələ, kələk, kolaz, kəraçi, 
qayıq, kirjim səndəl, gəmi, bərə, buraz, yelkən, avar, çəp, ləngər, lövbər, göyərtə, vətər, tərsanə, 
bərgah və s. ənənəvi su nəqliyyatı vasitələrinin tipoloji zənginliyini əks etdirməklə yanaşı, həm 
də onların böyük əksəriyyətinin mənşə etibarı ilə yerli zəmində yarandığını söyləməyə əsas verir. 
Çay nəqliyyatının inkişafına ölkədə  ağac, qamış  və qarğı materiallarının bolluğu da 
əlverişli zəmin yaratmışdır. Çaykənarı tuğay meşələrindən əldə olunan, üzgüçülük üçün yararlı, 
yüngül və qaim oduncaqlı agac növlərinin: agcaqayın, qovaq, cır söyüd, şilgir, tənək və s. 
bolluğu bu işdə mühüm rol oynamışdır.  
Bəsit su nəqliyyatı vasitələrinin arxaik növlərinin bir qismi çaykənarı  kəndlərdə yaxın 


 
 
212
keçmişə  qədər özlərinin  əməli  əhəmiyyətini itirməmişdir. Bu cəhətdən Kür, Araz, Qanıx 
(Alazan) və digər çayların ətrafında yaşayan əhalinin məişətində bu tipdən olan arxaik nəqliyyat 
növləri hələ də qalmaqdadır. Onlar çayın bir sahilindən digərinə keçmək, yaxud bir sıra zəruri 
yükləri çayın axarı boyunca daşımaq üçün əsrlər boyu bəsit quruluşlu üzmə vasitələrindən 
istifadə etmişlər.  
Təəssüflə qeyd etmək lazımdır ki, qədim dövrün arxaik su nəqliyyatı vasitələrinin tipoloji 
növlərinin hamısı  zəmanəmizədək gəlib çatmamış, sosial-iqtisadi və  mədəni-texniki tərəqqinin 
sonrakı gedişatı nəticəsində aradan çıxmışdır. 
İbtidai icma mədəniyyətinin görkəmli tədqiqatçısı E. Teylorun fikrincə, üzgüçülüyün 
əsasını suyun üzərində üzən ağac budağından yapışan və onun səthində qalmağa çalışan insanlar 
qoymuşdur.
54
 
Çay gəmiçiliyinin mənşəyini nəzərdən keçirdikdə, bu sözlərdə böyük həqiqət olduğu 
aydın görünür. Həqiqətən də, çay sahillərində yaşayanlar dəfələrlə, xüsusilə  də, yaz daşqınları 
zamanı ağac budaqlarının, yaxud kökündən qoparılmış ağacların, quru kötük və ya digər yüngül 
əşyaların çayın üzü ilə necə asan üzdüyünü dəfələrlə müşahidə etmişlər. Bütün bu əməli 
müşahidələr su nəqliyyatının bu və ya digər bəsit növünün yaranmasına gətirib çıxarmışdır.  
Qurumuş, yaxud qol-budağı arıtlanmış  ağac kötüyü  dərin sulu çayı keçmək üçün ən 
qədim və bəsit nəqliyyat növlərindən biri olmuşdur. Ondan tutmaq, yaxud üzərinə oturub əl və 
ya ayaqla onu hərəkət etdirməklə, insanlar təhlükəli axına malik çayı keçə bilirdilər. 
Sonralar həyati təcrübə kötüyün suda dönüb çevrilmə ehtimalını azaltmaq və onun 
istiqamətini idarə edib tənzimləmək üçün bir sıra yardımçı vasitələrdən:  çəp, avar, yan tay 
(qoşma) və s. istifadə olunmasını labüd etmişdir. Çayın burulğan və nahamar astanalarından 
salamat ötüşmək, beləliklə də, kötüyün çevrilməsinin qarşısını almaq və onun üzərindəki yükün 
suya qərq olmasına yol verməmək üçün bu təkmilləşdirici tədbirlərin çox böyük əməli 
əhəmiyyəti olmuşdur. Ən başlıcası isə, kötüyü qoşalaşdırmaq, yaxud onun yanına əlavə gırdın, 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin