Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə81/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   77   78   79   80   81   82   83   84   ...   194
At çulu. Varlı şəxslərin adlı-sanlı minik atı üçün sifarişlə çul toxutdurmaq ənənə halını 
almışdı. Çulun qabaq ətrafları atın boynunu və sinəsini, arxa hissəsi isə belini və yanlarını 
örtməli olduğundan onun forması buna müvafiq olaraq qabaq tərəfdə qoşa qanadlı toxunurdu.  
Azərbaycanın  ənənəvi ornamental xalçaları  bədii-texniki xüsusiyyətlərinə görə Quba, 
Şirvan, Bakı, Qarabağ, Gəncə, Qazax, Naxçıvan, Təbriz,  Ərdəbil olmaqla, müxtəlif məhəlli 
qruplara ayrılır.
206
 Bunların hər birinə xas olan xalçalar ilmə sıxlığına, xovların uzun (hündür) və 
qısa (gödək) olmasına, habelə  bəzək-nəqş motivlərinin səciyyəsinə görə bir-birindən seçilirdi. 
Aralarındakı  məhəlli fərqlərə baxmayaraq, texniki əlamətlərinə görə, bunların bir qismi bir-
birinə çox yaxın olub, bədii-texniki xüsusiyyət etibarı ilə vahid xalça istehsalı  mərkəzi  əmələ 
gətirmişdir. Bu cəhəti nəzərə alaraq mütəxəssislər Azərbaycanın xovlu xalçalarını Quba-Şirvan, 
Gəncə-Qazax, Qarabağ və Təbriz olmaqla, dörd böyük istehsal mərkəzi üzrə qruplaşdırmışlar.
207
 
Adları  çəkilən xovlu xalça istehsalı  mərkəzlərindən hər birinin özünə  məxsus «çeşni» 
adlanan çoxsaylı  bəzək-nəqş kompozisiyası yaranmışdır. Bununla belə, ornamental xalçaları 
birləşdirən bir sıra oxşar cəhətlər də  təşəkkül tapmışdır. Onların hamısında bəzək elementləri, 


 
85
adətən, iki sahədə: «göl» adlanan mərkəz hissədə  və onu dövrələyən «yelən» adlanan kənar 
haşiyədə cəmləşirdi.  
Çeşni növündən asılı olaraq, xovlu xalçaların yelən və göl sahələrinin nəqş ünsürləri 
həndəsi və ya nəbati motivi olması, forma və ölçüləri, habelə ilmələrin rəng uyarı etibarı ilə bir-
birindən seçilirdi. Hətta eyni bir çeşni  əsasında toxunmuş xalça ilmələrinin rəng uyarında 
toxucunun fərdi zövqündən, xoşlayıb seçdiyi boya çalarından asılı olaraq, nəqşlərin icrasında 
bənzərsizlik gözə çarpırdı. Buradan da eyni bir xalça çeşnisinin çox vaxt bu və ya digər 
xalçaçılıq mərkəzinin adını daşıyan çoxsaylı çeşidləri yaranmışdır. Xüsusilə, toxucu öz işinə 
yaradıcı münasibət bəslədikdə, onun toxuduğu çeşni növündən asılı olmayaraq, hər bir xalça 
nümunəsi bənzərsiz dekorativ-tətbiqi sənət  əsərinə çevrilirdi. Xalça toxucularının müxtəlif 
nəsilləri tərəfindən dönə-dönə toxunub təkrarlanan və  hər dəfə  də yeni-yeni nəqş  və  rəng 
çalarları  əlavə edilən həmin bənzərsiz çeşni örnəklərinin bir qismi zamanın sınaqlarından 
keçərək dövrümüzə qədər gəlib çatmışdır. 
Ornamental çeşnili xalçaların yeləni, adətən, zolaq halında, bir neçə haşiyədən ibarət 
toxuna bilirdi. Belə halda yeləni əmələ gətirən orta haşiyənin zolağı xeyli enli olmaqla, adətən, 
iri ölçülü nəqş ünsürlərindən ibarət toxunub doldurulurdu. Mərkəz (orta) zolağın hər iki yanı 
boyunca onu əhatə edən ensiz haşiyələrin «dar» zolaqları  xırda nəqş ünsürlərindən ibarət 
toxunurdu. Dar zolaqların hər ikisi, çox vaxt nəqş nümunələri və  rəng oxşarlığı  cəhətdən biri 
digərini təkrarlayırdı.  
Ornamental tipli xonçalı xalçalarda yelənin kənar haşiyələri, adətən, xalçanın «göl» 
nəqşlərinin yerliyi ilə ümumi rəng vəhdəti təşkil edirdi. Bəzi xalça çeşnilərində isə üç hissədən 
ibarət yelən zolaqlarından əlavə, onların kənarı boyunca 2-3 ilmə çinindən ibarət yekrəng (qara, 
qırmızı, sarı, narıncı, göy, mavi, ağ və s.) «dirək»lər toxunurdu,  
Xonçalı xalçaların dekorativ-bəzək kompozisiyasının  əsas məğzini «göl» nəqşləri təşkil 
edirdi. Bu səbəbdən də gölün bəzək-nəqş motivi ümumən bu və ya digər xalça çeşnisinin başlıca 
müəyyənedici əlaməti sayılırdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin