86
ornamental xalça çeşniləri də daxil idi.
Bütün bunlardan əlavə, Şirvan xalçalarında, həmçinin, kəlağayı nəqşlərinə xas olan
«buta» motivli bəzək ünsürləri: «gülabdan buta», «çiçəkli buta», «şah buta», «bala buta»,
«badamı buta», «qoşa buta», «əyri» yaxud «qarmaq buta» və s. üstünlük təşkil etmişdir.
210
Abşeron xalçaları texniki cəhətdən Quba-Şirvan xalçaları ilə tipoloji oxşarlıq təşkil
etsələr də, çeşni xüsusiyyətlərinə görə onlardan müəyyən qədər seçilirdi. Abşeronun xonça
çeşnili xalçaları ən çox Suraxanı, Novxanı, Fatmayı, Goradil, Xızı, Fındığan və b. kəndlərdə
hazırlanmaqla, eyniadlı çeşnilərdən ibarət olmuşdur. Bundan başqa, Abşeron bölgəsində «Xilə-
əfşan», «Xilə-buta» çeşnili xalçalar da çox geniş yayılmışdır.
211
Dostları ilə paylaş: