Ağlabənd məmulatı Azərbaycanda ənənəvi bəzək vasitələri tarixən ləl-cəvahiratla süslənmiş zinətistehsalı ilə
yanaşı güləbətin, keci sap, ip, yaxud iplik vasitəsi ilə hazırlanmış ağlabənd məmulatı
istiqamətində inkişaf etmişdir.
Ağlabənd məmulatının zəngin tipoloji növləri bafta, şərid (qaragöz, çapara), zəncirə, sərmə (sirma), şahpəsənd, qaragöz, qotaz,bağ və s. yaranmışdır. Bunların hər birinin özünə
məxsus istehsal texnologiyası təşəkkül tapdığı kimi, ənənəvi tətbiq sahələri də yaranmışdır.
Bafta. Əsasən,güləbətin sapla bafta dəzgahında, peşəkar baftaçı ustalar tərəfindən j enli və ensiz («dar bafta») olmaqla iki cür toxunmuşdur.
Güləbətin, bir qayda olaraq, qızıl və gümüşdən çəkilmiş metal tellərin ipək sapa
sarınması yolu ilə hazırlanırdı. Keçmişdə Azərbaycanın bir sıra şəhərlərində (Təbriz, Şamaxı)
«sirmakeş» adlanan peşəkar güləbətin ustaları fəaliyyət göstərirdilər. Onların hazırladıqları
güləbətin sapı satın alıb bafta toxuyur, yaxud güləbətin tikmələrdə işlədirdilər.
Bafta güləbətin sapla toxunduqda qızılı və ya gümüşü rəngdə düşürdü. Onu ağ, çəhrayı,
narıncı, qırmızı, al qırmızı rəngli ipək (keci) sapla da toxumaq olurdu.
Bafta başlıca olaraq, qadın üst geyimlərinin, həm də bayır-bayramlıq libasının
bəzədilməsində istifadə olunmuşdur.Bafta bəzək vasitəsi olmaqdan əlavə, həm də əməli məqsəd
daşıyırdı. Adətən, onu arxalıq tipli üst geyimlərinin yaxasına, ətəyinə, yan çapıqlarının
kənarlarına bəndləməklə əl tikişlərinin üstünü örtüb görünməz edir və yaraşıqlı hala salırdılar.
Bundan əlavə, kübar qadınların tumanının ətəyinə enli baftadan «ətəklik», çutqunun önünə
tutmaq üçün «qabaqlıq» düzəldirdilər.
Çapara. Baftanın ipək (keci) sapla toxunmuş bəsit növü «çapara» adlanır və üst
geyimlərinin bəzədilməsində bafta əvəzinə işlədilirdi. Kiçik ölçülü hananı xatırladan çapara
dəzgahında toxunan bu bəzək növü qara rəngli sapla həndəsi səciyyəli nəqş nümunələri
(çoxbucaqlı, dördbucaqlı, paxlava və s.) ilə bəzədildikdə «qaragöz» adlanırdı.
Dağlıq Şirvanda o, çapara dəzgahından əlavə, içərisi samanla doldurulmuş dağar və
toppuzuxatırladan xırda ağac çiliklər vasitəsi ilə də toxunurdu.