Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə93/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   89   90   91   92   93   94   95   96   ...   194
 
Xanduz  milli tikmələrin məhəlli növü olub, əsasən, Lənkəran-Astara bölgəsində geniş 
yayılmışdır.
229
 Bu texniki üsulla, başlıca olaraq, süfrə hazırlanırdı. Tikmə növünün adı da 
buradan yaranmışdır. 
Xanduz tikmə üsulunda əvvəlcə parçanın toxuma telləri müəyyən qaydada çıxarılıb 
şəbəkələnir, sonra onun üzəri iynə, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, iplik, yun sap 
vasitəsilə işlənirdi. 
Şəbəkələnmiş parça çox vaxt tikmə  həvəskarlarının özləri tərəfindən hazırlanırdı. Bu 
məqsədlə kətan parçanın əriş və arğacı say hesabı ilə, təkəmseyrək olmaqla, çıxarılıb seyrəldilir 
və şəbəkə halına salınırıdı. Sonra həmin şəbəkəli parça vasitəsilə məmulat üzərində lazımi naxış 
salınırdı. Bunun üçün usta əvvəlcə  şəbəkəli parçanı qasnağa (kargaha) kip keçirilmiş  məxmər, 
atlaz, ağ, kətan və s. parça üzərinə qoyur, sonra əlində olan hazır naxış nümunəsinə baxaraq, 
rəngli saplarla bəzəyi say hesabı ilə işləməyə başlayırdı. O, yeni ilmə əldə etmək istədikdə iynəni 
say üzrə şəbəkəli saplardan eninə və bir də uzununa götürürdü. Çox vaxt iynə şəbəkəyə çəpəki 
keçirilirdi.
230
 Bunun sayəsində süfrə bəzəkli hala düşürdü. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin