Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə96/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   92   93   94   95   96   97   98   99   ...   194
İNŞAAT MƏDƏNİYYƏTİ: 
YAŞAYIŞ MƏSKƏNLƏRİ VƏ EVLƏR  
  
Məskənlər 
Məskən insanların uzun müddət yurd salıb məişət və  təsərrüfat həyatı qurduğu, yaşayış 
evləri və yardımçı binalar, su təchizatı,  əlaqə yolları  və s. ilə  təchiz olunmuş, zaman keçdikcə 
abadlaşdırılıb müvafiq görkəmə salınmış insan düşərgəsi olmaq etibarı ilə çox böyük təkamül 
yolu keçmişdir. Yaşayış evləri, təsərrüfat tikililəri və  fərdi həyətlər daimi məskənlərin başlıca 
məişət göstəriciləri sayılır. Bütün bunlardan əlavə yollar, küçə və döngələr, meydanlar, sənət və 
ticarət dükanları, ictimai və dini binalar iri məskənlərin mühüm nişanəsi idi. 
Qədim zamanlardan başlayaraq məhsuldar qüvvələr inkişaf edib təkmilləşdikcə 
məskənlərin tipoloji cəhətdən bir-birindən fərqlənən müxtəlif növləri və formaları yaranmışdır. 
Məskən tipləri cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsi, istehsal münasibətləri və təbii-coğrafi 
şəraitlə üzvi sürətdə bağlı olduğundan hər bir tarixi dövrün və məhəlli məskunlaşma bölgəsinin 
özünəməxsus məskən növləri təşəkkül tapmışdır. 
Məişət həyatının səciyyəsinə görə insan məskənləri  müvəqqəti  və  daimi olmaqla iki 
qismə bölünür. Bu bölgü Azərbaycanın tarixən təşəkkül tapmış yaşayış  məskənləri üçün də 
səciyyəvi idi. 
Qədim daş dövrünə aid arxeoloji qazıntılardan bəlli olduğu kimi, ölkəmizin ərazisində ilk 
məskən növləri çox vaxt mövsümi və müvəqqəti səciyyə daşıyan  açıq düşərgə, təbii mağara, 
qayaaltı  və qayaarası  sığınacaqlar  olmuşdur. Daş dövrü insanları uzun müddət bu tip bəsit 
məskənlərdə yaşamışlar. Elmi ədəbiyyatda belə  məskənlər daha çox «düşərgə», yaxud «insan 
düşərgəsi» adı ilə tanınır. 
Yurdumuzun ibtidai sakinləri ilk vaxtlar məhz belə açıq düşərgə  və  təbii mağaraları 
özlərinə  məskən, yurd yeri seçmişlər. Arxeoloqlar Azərbaycan  ərazisindən qədim insanların 
məskunlaşdığı bu tip arxaik məskən növlərinə aid çoxlu abidə aşkar etmişlər. 
Azərbaycan  ərazisində Paleolit və Mezolit dövrlərinə aid xeyli ibtidai insan məskəni 
(Azıx, Tağlar, Buzeyir, Daşsalahlı, Damcılı düşərgələri) aşkar olunmuşdur.
1
 Bunların arasında 
təkcə ölkəmizdə deyil, Avroasiyada da ən qədim maddi mədəniyyət izlərini özündə əks etdirən 
Azıx mağarası müstəsna yer tutur. Mədəni təbəqələrin xronoloji diapozonu, başqa sözlə, məişət 
həyatının uzun müddət davam etməsi baxımından Azıx düşərgəsi dünyanın  ən qədim insan 
məskənləri arasında özünəməxsus yer tutur. Azığın ilk sakinləri «homo habilis», yəni «bacarıqlı 
insan» tipinə mənsub olmuşlar. 
Təbii mağara məskənlərinin mühüm bir xüsusiyyəti də öz sakinlərini tez-tez dəyişmələri 
olmuşdur. Mağara məskənləri sonralar, hətta feodalizm dövründə  də özlərinin  əməli 
əhəmiyyətini itirməmişdi. Lakin qədim dövrün mağara məskənlərindən fərqli olaraq, 
təhlükəsizlik məqsədi ilə salınmış mağara tipli orta əsr kəndləri, əsasən, daimi səciyyə daşıyır və 
yalnız yaylaq mövsümündə sakinləri onu qismən tərk edirdilər. 
Azərbaycanda mağara məskənlərinin tarixən iki növü-uca dağların sıldırım yamaclarında 
yaranmış  təbii mağara  və dağətəyi (yayla) ərazilərdə salınmış süni kühül tipli məskən növləri 
təşəkkül tapmışdır.  Ölkəmizin  ərazisində belə  məskənlərin bəzi nümunələri zəmanəmizədək 
gəlib çatmışdır. Süni mağara düşərgələri başlıca olaraq Laçın və  Zəngəzur dağlarında,
2
 
kühüllərdən ibarət elat məskənləri isə Qobustanda
3
 qeydə alınmışdır. Mağara və ya kühül tipli 
məskənlərin üstünlüyü bundan ibarət idi ki, əvvala, onların inşa olunmasında əlavə tikinti mate-
rialları sərf edilmirdi. Bu səbəbdən də onlar ucuz başa gəlirdi. İkincisi, bu tip məskənlərdə qışda 
isti, yayda isə sərin olduğundan atmosfer və hava şəraiti baxımından yaşayış üçün olduqca sərfəli 
sayılırdı. Elə bu səbəbdən də sosial-iqtisadi inkişafın aşağı səviyyədə olduğu bölgələrdə mağara 
(kühül) tipli məskənlər zəmanəmizədək gəlib çatmışdır. 
Azərbaycanın  Mustye  dövrü (100 min-35 min il bundan əvvəl)  mağara  və  açıq tipli 
düşərgələri Daşsalahlı, Tağlar, Köçəsgər, Qədirdərə ilə  təmsil olunur. Mustye dövründə daş 
alətlər xeyli təkmilləşmiş və tipoloji cəhətdən yeniləri ilə əvəz olunmuşdur. Bu dövrdən etibarən 
yurdumuzun qədim sakinləri ilk dəfə  sümük  alətlərdən  istifadə etməyə başlamış  və  od  əldə 
etməyi öyrənmişlər.
4
 


 
99
Yer kürəsində buzlaşma dövrünün başlanması və iqlim şəraitinin dəyişməsi ilə əlaqədar 
olaraq, insanlar açıq tipli düşərgələri tərk edib yenidən təbii mağaralarda məskən salmışlar. 
İnsanlar arasında erkən  əmək bölgüsü, ibtidai icma  və  nəsli qəbilə  quruluşunun ilk 
mərhələsi Mustye dövrü ilə bağlanır. Bu dövrün ibtidai insanları antropoloji cəhətdən neandertal 
tipinə məxsus olmuşdur. Arxeoloqlar tərəfindən ölkəmizin ərazisində Mustye dövrünə aid xeyli 
abidə aşkar edilib öyrənilmişdir. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin