Qondarma bəzəküsulu Azərbaycanın ayrı-ayrı bölgələrində «oturtma» və ya «qurama» adlanırdı. Ən sadə və bəsit naxış növüolan qondarma texnikası çox qədim zamanlardan məlum
idi. Daha çox köçəbə elat məişəti üçün səciyyəvi olan «qondarma» texniki üsulunun yaranma
tarixi dekorativ tətbiqi sənətin ilk çağlarına gedib çıxır. Qədim insanların öz məişətlərini bəzəyib
yaraşıqlı hala salmaq barədə ilk bəsit təsəvvürləri məhz qondarma bəzək texnikasının yaranma
mərhələsindən başlanmışdır. Bunu arxeoloji qazıntılardan əldə olunmuş yapma naxışlı saxsı
məmulatları da təsdiq edir.
Orta əsrlərdə varlı zümrələrə, xüsusilə, hökmdar və bəyzadələrə məxsus çadır və alaçıq
örtükləri «qondarma»(«oturtma») texniki üsulu ilə bəzədilmişdir. .XYII əsrdə Azərbaycanda
olmuş əcnəbi səyyahlar (A.Oleari, İ.Streys) yol qeydlərində bu barədə heyranlıqla bəhs etmişlər.
Qondarma (oturtma, qurama) üsulu ilə «pitik» adlanan xırda doğranmış, həndəsi və ya
nəbati nəqş formasına malik materialları (keçə, dəri, parça, yun, pambıq) müəyyən qaydada
məmulat üzərinə oturdub bəndləyir və beləliklə də, lazımi görkəmə malik bəzək-nəqş motivi əldə
edilirdi. Naxçıvan bölgəsində bu məqsədlə hətta oturtma materialı kimi, baramadan da istifadə
olunduğu təsbit edilmişdir.
231
Bu bəzək üsulunda təsvir materialı əvvəlcədən müəyyən formada doğranıb hazırlanandan
sonra nəqş kompozisiyasına müvafiq olaraq, məmulat üzərinə otuzdurulub (qondarılıb) ətrafları
«basdırma» tikiş növü ilə bəndlənirdi.
Qondarma nəqş ünsürlərinin qabarıq olması üçün çox vaxt pitiklərin altına pambıq, yun və
ya barama qoyulur, sonra onların ətrafları «yerlik» üzərinə bənd edilirdi.
XIX əsrdə bu texniki üsul ilə divar bəzəkləri (çəki), yük üzü, süfrə, tapança qabı, yəhəraltı və s. əşyalar bəzədilmişdir.